Milli Kitabxana Mart soyqırımına aid sərgi hazırlayıb

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" adlı virtual sərgi "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" Elektron məlumat bazası hazırlanıb.

 

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası "Unudulmaz faciə", "Rəsmi sənədlər", "Görkəmli şəxslər mart soyqırımı haqqında", "Hadisələrin gedişi", "Siyasi-hüquqi qiymətləndirmə", "Kütləvi repressiyaların qanlı tarixi", "Kitablar", "Məqalələr", "Filmoqrafiya" "Soyqırımı yaddaşlarda" bölmələrindən ibarətdir.

 

Virtual bazalarda fotolar, mövzu ilə əlaqəli kitab məqalələr nümayiş olunur.

 

525-ci qəzet.- 2021.- 1 aprel.- S.9.