Bədii sözün unudulmaz təəssübkeşi

 

 

Görkəmli alim, şair, pedaqoq ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tiflis Dövlət Universitetinin tam professoru Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur.

 

Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə döndü, Azərbaycan Gürcüstan Yazıçılar İttifaqının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji İnstitutunda fəaliyyətinə başladı. O, 1989-cu ildə TDPİ-nin Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri seçilmiş 17 il həmin kafedraya rəhbərlik etmişdi. 1984-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Azərbaycan dilində şeir qoşan gürcü aşıqları" mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda "Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən həmin il müdiri olduğu kafedranın professoru seçilən V.Hacılar 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Elmləri Akademiyasının gizli səsvermə yolu ilə seçimlərində şərqşünaslıq üzrə akademiyanın həqiqi üzvü, akademiki seçildi.

 

V.Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, Gürcüstanın türkdilli folklor örnəklərinin toplanması, tədqiqi, nəşri, istərsə Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, gürcü dilinə tərcüməsi nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş məhsuldar işlər görmüş, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş etmişdi. O, dəfələrlə xarici ölkələrdə keçirilən mötəbər elmi konfrans simpoziumlarda Gürcüstan azərbaycanlılarını ləyaqətlə təmsil edib.

 

Valeh Hacılar şair-tərcüməçi azərbaycanca-gürcücə ikidilli lüğətlərin danışıq kitabçalarının ilk müəllifi kimi tanınırdı. Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunmuş, gürcü, rus, ukrayna abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr etmişdi. Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkar olunub üzə çıxarılmasında müstəsna xidmətləri olan V.Hacılar Borçalı əsilli əfsanəvi sərkərdə Mehralı bəy Borçalıda qaçaq hərəkatı barədə mühüm tarixi araşdırmalar aparıb, bu mövzuda mükəmməl monoqrafiyalar yazıb. O, xalq ədəbiyyatına, ədəbi əlaqələrə dair, eləcə tarixi-filoloji, leksikoqrafik bədii səpkidə yazılmış 30-dan çox kitabın müəllifidir.

 

Valeh Hacılar eyni zamanda Gürcüstanda, Azərbaycanda Türkiyədə tanınan fəal ictimai xadim idi. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tiflisdə UNESCO xətti ilə nəşr olunan "Prometey" "Qarapapaqlar", Bakıda AMEA-nın Folklor İnstitutunun xətti ilə çap olunan "Dədə Qorqud", Türkiyədə nəşr olunan "Milli folklor", "Türkiyə araşdırmaları", "Atatürk Universitetinin Türkiyat araşdırmaları" elmi jurnallarının redaksiya heyətlərinin üzvü, Gürcüstan təmsilçisi idi. V.Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı-2001) Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi H.Əliyev adına Respublika Sarayında çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Əlaqələndirmə Şurasının idarə heyətinin üzvü seçilmişdi.

 

 

V.Hacıların həyatı çoxşaxəli fəaliyyəti türkiyəli alimlərin diqqət mərkəzində olub, Atatürk Universitetində S.Alyılmaz tərəfindən bu mövzuda doktorluq dissertasiyası yazılaraq müdafiə edilib (2002) "Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar" adlı irihəcmli monoqrafiya nəşr olunub (Ankara-2003).

 

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif edilmişdi. 23 yanvar 2010-cu ildə vəfat edən V.Hacılar öz vəsiyyəti ilə doğma kəndində dəfn olunmuşdu.

 

Görkəmli alimin vəfatından sonra təsis olunmuş Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi 2010-cu ildən etibarən uğurla fəaliyyət göstərməkdədir.

 

2012-ci ilin 12-16 aprel tarixlərində İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetində qeyd olunan universitetin, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun, Türkiyənin Ərdahan Universitetinin, Suxum Dövlət Universitetinin Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə Valeh Hacıların xatirəsinə həsr olunmuş "Qafqaz xalqlarının folkloru linqvokulturologiyası" mövzusunda elmi simpozium keçirilib. Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndinin Mədəniyyət Evi Valeh Hacıların adını daşıyır.

 

525-ci qəzet.- 2021.- 9 aprel.- S.16.