Azərbaycan alimləri Əfqanıstanda Əlişir Nəvai konfransında iştirak ediblər

 

 

 

Əfqanıstanın Herat şəhərində görkəmli özbək şairi Əmir Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə beynəlxalq konfrans təşkil olunub.

 

Konfransda ölkəmizi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Almaz Ülvi Binnətova Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı təmsil edib. Açılış mərasimində çıxış edən alimlər Azərbaycan-əfqan əlaqələrinin çoxəsrlik tarixə malik olduğunu, bu gün sıx şəkildə davam etdiyini xüsusilə qeyd edib, II Qarabağ savaşında dost ölkə olaraq Azərbaycana dəstək verən Əfqanıstan dövlətinə əfqan xalqına öz təşəkkürlərini bildiriblər.

 

Konfransda müxtəlif ölkələri təmsil edən alimlər türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əlişir Nəvainin həyatı, yaradıcılığı, siyasi idarəçilik fəaliyyəti haqqında çoxsaylı elmi məruzələr ediblər. Nəvaişünas alim Almaz Ülvi Binnətova məruzəsində Əlişir Nəvainin elmi-ədəbi irsinə böyük qiymət verərək, onun türk dünyasının böyük ədəbi şəxsiyyəti, müsəlman dünyasında yüksəklərdə dayanan irfan sahibi adlandırıb. Böyük ədibin elmi-ədəbi fəaliyyətinə diqqət yetirən professor onu Nizami Gəncəvi ədəbi məktəbinin layiqli davamçısı adlandırıb.

 

Mübariz Ağalarlı isə öz çıxışında Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər arasında diplomatik-siyasi mədəni əlaqələrin inkişaf etdiyini, bu əlaqələrin möhkəmləndirilməsində özbək şairi Əmir Əlişir Nəvai, Azərbaycan ədibləri Kişvəri, Həbibi kimi şəxsiyyətlərin böyük rolunun olduğunu qeyd edib. Tarixçi-alim xüsusilə qeyd edib ki, Ağqoyunluların hakimiyyəti dövründə Azərbaycan-Teymuri münasibətləri yüksələn xətlə inkişaf edib, Azərbaycan hökmdarı Sultan Yaqub Teymuri sultanı Hüseyn Bayqara arasında siyasi-diplomatik mədəni əlaqələr əhəmiyyətli dərəcədə yaxınlaşıb.

 

Konfrans çərçivəsində Əfqanıstan Elmlər Akademiyasının prezidenti, professor Abdul Zahir Şakibin rəhbərlik etdiyi elmi heyətlə görüşən Azərbaycan alimləri mövcud dövrdə Azərbaycanla Əfqanıstan arasında elmi əlaqələrin inkişaf perspektivlərini müzakirə edərək, bu sahədə elmi əməkdaşlığın qurulması arzusunu dilə gətiriblər. Professor Abdul Zahir Sakibi Azərbaycan Ц Əfqanıstan əlaqələrinin çoxəsirlik tarixə malik olduğunu, hər iki xalq arasında ortaq tarix, mədəniyyət mənəvi dəyərlərin mövcud olduğunu vurğulayıb. Müzakirə zamanı Azərbaycan alimləri hər iki dövlət arasında elmi əməkdaşlığın olduqca gərəkli olduğunu, elmi kadrların hazırlanması, müştərək tədqiqatların aparılması, arxiv sənədlərin əlyazmaların mübadiləsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

 

Herat şəhərində olarkən alimlərimiz Əfqansıtanın müxtəlif bölgələrində yaşayan Azərbaycan kökənli Qızılbaş, Bayat, Əfşar, Qacar, Mərvi, Türkmanların nümayəndələri ilə görüşüb, bu insanların uzun illər öncə Azərbaycanı tərk edərək bu bölgələrə gəlməsinə baxmayaraq, öz ana dillərini, mədəniyyət, folklor nümunələrini unutmadıqlarının şahidi olublar. Orada yaşayan Azərbaycan mənşəli soydaşlarımız, hətta bu bölgələrə Azərbaycan mənşəli toponimlərinin adını verərək, Əfqanıstan torpağında Şəki, Bayat, Əfşar, Xocalı adlı qəsəbələr inşa ediblər.

 

Qeyd edək ki, xüsusilə son dövrlərdə öz inkişafının yüksəliş dövrünə qədəm qoyan Azərbaycan Ц Əfqanıstan əlaqələrində elmi inteqrasiya olduqca əhəmiyyətli xarakter daşıyır aktualdır.

 

525-ci qəzet.- 2021.- 15 aprel.- S.9.