Türk dünyasının uşaqlarının görüşü

 

 

 

BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA EYNİADLI TƏDBİR KEÇİRİLDİ

 

 

Türk Mədəniyyəti İrsi Fondunda Türkiyə Respublikasının Milli Bayramı - 23 aprel Milli Suverenlik Uşaq Gününə həsr olunmuş УTürk dünyasının uşaqlarının görüşüФ adlı tədbir keçirilib.

 

525.az xəbər verir ki, tədbirin keçirilməsi Fond ilə təşkilatın bütün üzv müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi gənc nəslin Türk Dünyasının mədəni dəyərləri ilə tanış etdirilməsi məqsədi daşıyır.

 

Görüşü Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə bütün uşaqları təbrik edib, sonra bir-bir onlarla tanış olub bu əlamətdar gündə onları sevincli görməkdən məmnun olduğunu bildirib. УMənə çox xoşdur ki, bugünkü tədbirimizdə böyük Türk Dünyasının gələcək təmsilçiləri iştirak edir. Burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Litva, Azərbaycan əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz sabahımızdır. Türk dünyası dərin tarixə, mədəni irsə malik bir dünyadır, uşaqlar da bu zənginliyi qorumalıdırlar. Onlar gələcəkdə hansı sahəni seçirlər seçsinlər gözəl mütəxəssis olmalıdırlar ki, böyüklər onlara baxıb fəxr etsinlər. Biz isə onlara elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt yaşaya bilsinlər. Çox şadam ki, uşaqlar böyüdükcə qardaş ölkələrin mədəni irsini dərindən öyrənəcəklər. Bizim təşkilatın da missiyası elə bundan ibarətdirФ.

 

Sonra üzv müşahidəçi dövlətləri təmsil edən uşaqlar: Belinay Uygun (Türkiyə), İpək Məcid (Azərbaycan), Amina Nurmaxambetova (Qazaxıstan), Madina Almazbekova (Qırğızıstan), David Bedecs ( Macarıstan), Medina Gurbangeldiyeva Xeseldjeman Garayeva (Türkmənistan), Arnas Can Eren (Türkiyə-Litva), Mələk Xəlilova (Azərbaycan), Zeynep Kaya (Türkiyə ), Gülyaz Həsənzadə, Kənan Bəşirli, Elxan Məmmədli, Mirəli Əlizadə Mahir Hacıyev (Azərbaycan) milli geyimlərdə öz ana dillərində şeir mahnılar oxuyub, milli alətlərdə musiqilər ifa ediblər.

 

Sonda Günay Əfəndiyeva uşaqlara hədiyyələr verib onlarla xatirə şəkli çəkdirib.

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.18.