I Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı

 

YARAT Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir.

 

BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin uzun ayları ərzində, hamımız parlaq hadisələr üçün darıxmışıq şəhərimizin, onun binaları küçələrinin gözəlliyini yeni tərzdə qəbul etməyi öyrənmişik

 

2021-ci ilin festival müsabiqəsinin mövzusu – “Küçələr fokusdaseçilmişdir. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər siz hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman sizi küçə fotoqrafiyası festivalında iştirak etməyə dəvət edirik. Festival YARAT Müasir İncəsənət Məkanın (Azərbaycan) fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

 

Festival bir-birini tamamlayan iki elementdən, müsabiqə təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi gənc fotoqraflar nəsli üçün əlverişli şərait yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa fotoqrafiya sənətinin ən populyar dinamik istiqamətlərindən birində öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün nəzərdə tutulmuşdur.

 

Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının komandası, sadəcə fotoqrafların dəstəklənməsi yox, həm bir müəllif kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını çox vacib hesab edir.

 

Biz, fotoqraflar rəssamların demək olar ki, həmişəazdanışanolmaları barədə iddiaları təkzib edirik. Qonaqlarımız Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya ABŞ-dan olan peşəkar fotoqraflar olacaqlar. Onlar Zoom konfransları Instagram efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini emosiyalarını bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında baş verən səyahətlər, planlar, inanılmaz gülməli vəziyyətlərdən bəhs edəcəklər.

 

Proqram çərçivəsində, istedadlı fotoqrafların ortaya çıxmasına bizə bir az daha yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün efirlər axşam saatlarında hamının izləməsi üçün əlverişli olan vaxtda ya həftə sonlarında keçiriləcək. Festival çərçivəsində onlayn oflayn sərgilər, kitab təqdimatları diskussiyalar da keçiriləcək.

 

FestivalınKüçələr fokusdaadlı müsabiqə hissəsində iştirak etmək üçün, yaşadığı ölkədən asılı olmayaraq, 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.

 

Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün ərizələri nəzərdən keçirəcək qalibləri 4 nominasiyada mükafatlandıracaq (“Bir kadr”, “Silsilə”, “Mobil telefon fotosuAnaloq fotoqrafiyası”).

 

Müsabiqə Canon DiVi şirkətlərinin dəstəyi ilə təşkil olunur.

 

Münsiflər heyətinin mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı xarici fotoqraflar daxil olacaq: Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov, Valeh Məhərrəmov, Elşən İbrahimov.

 

Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək ya fotolarınızı contest@bakustreetphoto.az e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alacaqsınız.

 

İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin Instagram səhifəsinə yükləyə bilərsiniz.

 

 525-ci qəzet.- 20201.- 27 aprel.- S.9.