"İşıqlı ömür yolu"

Bu yazımda XX əsr təsviri sənət üzrə sənətşünaslıq elmimizin ən istedadlı nümayəndələrindən biri, sənətşünaslıq elminin formalaşması inkişafında müstəsna xidmətləri olan, təsviri sənət sahəsi üzrə bir çox mövzularda sanballı elmi məqalə, elmi mülahizə monoqrafiyalar müəllifi kimi incəsənət tarixində silinməz iz qoymuş sənətşünas, rəssam Adil Qazıyev (24.03.1906 - 31.12.1972) haqqında söhbət açmaq istərdim.

Adil Yusif oğlu Qazıyev Naxçıvanda dünyaya göz açıb. Tale yolunun müəyyənləşməsində yaxın dostu, tanınmış rəssam Bəhruz Kəngərlinin böyük rolu olub. Adil Qazıyev bu haqda "Qobustan" jurnalında (1971. 2.) B.Kəngərli haqqında xatirələrində belə yazırdı: "Bəhruz Kəngərli portret mənzərə əsərlərinin bir çoxunu mənimlə birgə etüdə getdiyimiz zaman (1919-1920) çəkmişdir. Mən ona baxaraq işləyir öyrənirdim. Lakin Bəhruzla işlərkən mən bir sıra müvəffəqiyyətli akvarel çəkmişdim. Kəngərli 1921-ci ildə öz əsərlərindən ibarət üçüncü sərgisinin ekspozisiyasına mənim işlərimdən bəzilərini daxil etmişdi. Bir gün sərgiyə gəldiyim zaman Bəhruz mənə dedi ki, sənin işlərindən bir neçəsini tamaşaçılar bəyənib alıblar. Bir dəfə o, mənə dedi: hər ölkənin keçmişdə sənət ustaları olmuşdur: onlar haqda kitablar da yazılıb. İndi biz ikimiz Naxçıvan rəssamıyıq. Hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin. Onun bu arzusunu yad edərək mən 1942-ci ildə Bəhruzun surətini yaddaşımın köməyilə işlədim. Bu, rəssamın 1921-ci ildəki simasını təsviri bir sənəd kimi əks etdirir". Bu sətirləri nəzərdən keçirərkən duymaq olur ki, Adil Qazıyev təsviri sənətə xüsusi məhəbbət göstərib ömrünü incəsənətə bağlayıb. O, əvvəlcə ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb, 1925-ci ildə oranı bitirib. Sonra Moskva Dövlət Tekstil İnstitutunun bədii fakültəsində (1927-1931) təhsil alıb, S.V.Gerasimov A.V.Kuprindən sənətin sirlərini əxz edib. Həmçinin, həmin institutun aspiranturasını bitirib (1936), institutun bədii fakültəsində (1932-1941) dərs deyib. 1941-ci ildə vətənə geri dönən sənətşünas alim Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1941-1945) pedaqoji fəaliyyətə başlayıb, Bakı Dövlət Universitetinin incəsənət kafedrasının müdiri (1946-1952) vəzifəsində çalışıb. Azərbaycan Milli Elmlər Akademiyası yaradıldıqdan sonra Adil Qazıyev ömrünün sonuna qədər AMEA-nın Memarlıq İncəsənət İnstitutunda böyük elmi işçi, şöbə müdiri vəzifələrində işləyib. Texnika elmləri namizədi (1938), sənətşünaslıq elmləri doktoru (1968), professor (1972) Adil Qazıyev öz araşdırma tədqiqatları ilə əldə etmiş olduğu nəticələr bu gün sənətşünaslıq elmində elmi aktuallığını qoruyub saxlayır mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

 

Adil Qazıyevin nəşr olunmuş kitab monoqrafiyalarından "Rəng nəzəriyyəsinin əsasları" (Bakı, 1951), "Xalq rəssamı Əzim Əzimzadə" (Bakı, 1953), "Rəsmin tədris üsulu I-VI siniflər" (Bakı, 1954), "Memarlıq, inşaat təsviri incəsənət terminləri lüğəti" (Bakı, 1956, Q.M.Əlizadə, Ə.M.Qasımov ilə birgə), "Nizami "Xəmsə"si 1539-1543-cü illər əlyazmasının miniatürləri" (Bakı, 1964, rus dilində), "Orta əsr kitab boyakarlığı, xəttatlığı cild sənətinin bədii-texniki materialları terminologiyası" (Bakı, 1966, rus dilində), "Qayçının möcüzələri" bədii kəsmə (Bakı, 1970), "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" (Moskva, 1977, rus dilində) başqalarını qeyd etmək olar. Məşhur alimin rus dilində yazılmış "Nizami "Xəmsə"si 1539-1543-cü illər əlyazmasının miniatürləri", "Orta əsr kitab boyakarlığı, xəttatlığı cild sənətinin bədii-texniki materialları terminologiyası" "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" adlı kitabları fundamental elmi əhəmiyyətə malikdir sənətşünaslıq elmimizin ən layiqli nümunələrindən hesab olunur. Çox təəssüf ki, hələ bu cür elmi əhəmiyyətə malik, incəsənət tariximizin miniatüra əlyazmalarla bağlı sahəsini özündə əks etdirən qiymətli monoqrafiyalar doğma ana dilimizə tərcümə edilməyib. Alimin ölümündən sonra Moskvada nəfis şəkildə nəşr olunmuş "XIII-XVII əsrlər Azərbaycan əlyazmalarının bədii tərtibatı" adlı kitabı dünya sənətşünaslıq elmində şərq incəsənəti ilə məşğul olan tədqiqatçı alimlərin istinad etdikləri elmi mənbələr sırasındadır. Sənətşünas alimin məşhur elmi toplu, jurnal qəzetlərdə təsviri sənətin müxtəlif sahələrinə dair çoxsaylı elmi məqalələri dərc olunub. Sənətşünaslıq elmində bir çox ilklərə imza atmış Adil Qazıyev təsviri sənət üzrə ilk sənətşünas, rəssam Sadiq bəy Əfşarın həyatı yaradıcılığı haqqında ilk dəfə araşdırma apararaq "Qanun üs süvər" adlı traktatını ana dilimizə tərcümə edib nəşr etdirib. Adil Qazıyev AMEA-nın elmi nəşrlərində dekorativ tətbiqi incəsənət rəssamlıq sahəsində müxtəlif mövzulara dair onlarla elmi məqalənin müəllifi olub. Sənətşünas alim XX sər sənətşünaslıq elmimizin ilk nümayəndələrindən olub həmçinin, bir çox sənətşünas alimlərimizin yetişməsində misilsiz xidmətlər göstərib. O, həmçinin, gənc sənətşünas alimlərin elmi rəhbəri, sənətşünaslıq üzrə nəşr edilmiş kitabların elmi redaktoru olub.

Adil Qazıyev, qeyd etdiyim kimi, yaradıcılığının ilk illərində həm rəssamlıq fəaliyyəti ilə məşğul olub. Onun işlərindən "Avtoportret" (1923), "İki dəmirçi" (1928-1930), "Bəhruz Kəngərlinin portreti" (1931, 1942), "M.F.Axundovun portreti" (1939), "Naxçıvan mənzərələri" (1938, silsilə, pastel), həmçinin, "Azərbaycan SSR 10 il" (1930, tempera) xalça, eskiz layihə və başqalarını qeyd etmək olar. Onun əsərləri Milli İncəsənət Muzeyi, Nizami adına Ədəbiyyat MuzeyiMilli Azərbaycan Tarixi Muzeylərində saxlanılır.

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev sənətşünas alim haqqında "Mədəniyyət" qəzetində dərc olunmuş "Sənətşünas-rəssam taleyi" adlı məqaləsində qeyd edir: "Adil Qazıyevin elmi-yaradıcı fəaliyyəti milli-mənəvi dəyərlərimizin tədqiqinə və təbliğinə xidmət etməklə, bütünlükdə, daşıdığı yüksək dəyərə görə zamansızlığa qovuşmuş tutumdadır" .

 

Nədənsə Adil Qazıyevlə bağlı çox az yazılıb, ümumiyyətlə, heç nə yazılmayıb desək, bəlkə daha doğru olar. Bu il sənətşünaslıq doktoru, professor Adil Qazıyevin 115 illik yubileyidir. Ümid edirəm ki, Nizami ilində və həmçinin, sənətşünas alimin yubiley ili ərəfəsində, alimin monoqrafiyaları doğma ana dilimizə tərcümə edilərək nəşr olunacaqdır. Bu, Nizami ilinə və alimin yubileyinə layiqli töhfə olardı. Ömrü boyu Azərbaycan incəsənətinin tədqiqi, araşdırılması, tədrisi və təbliği ilə məşğul olan, bu işdə uğurlu fəaliyyət göstərən sənətşünas alim və rəssam Adil Qazıyevin adı təsviri sənət tariximizdə əbədi yaşayacaq.

 

Əsəd QULİYEV

Sənətşünas,

AMEA-nın dissertantı,

Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet .- 2021.- 4 avqust.- S.20.