Nizami Gəncəvinin fəlsəfi irsində "Ədalət" nəzəriyyəsi

 

(II yazı)

Şah Ədalət

 

XX əsrin tanınmış siyası filosofu Con Rauls siyasi fəlsəfədə "Ədalət" nəzəriyyəsi ilə məşhurlaşdı. O, tədqiqatlarının ikinci dönəmində Ədalət (Justice) məfhumunu İnsaf (Fairness) məfhumu ilə eyniləşdirdi. Rauls ədalətli olmağı insaflı olmaq kimi dəyərləndirdi. Maraqlıdır, XII əsrin filosofu Nizami Gəncəvi Ədalət təbirini işlədərkən ardınca İnsaf ibarəsini gətirir. "Sirlər xəzinəsi" əsəri 20 bölmə ya söhbətdən ibarətdir. Burada 2-ci 4-cü söhbətlər ədalət insaf məsələsinə həsr olunub. Nizami 2-ci söhbətdə ədalətin insafın əhəmiyyəti barədə söhbət açır. O, məmləkətin sabitliyinin yalnız ədalətlə mümkün olacağını vurğulayır. Ədalət gələrsə, insanın ağlı zəkası sevinər.

 

Poemanın davamında 531-579-cu illərdə İranda hökmranlıq etmiş Sasani padşahı I Xosrov Nuşirəvan şahın vəziri ilə söhbəti verilir. Onlar viran qalıb xərabəyə çevrilmiş bir kəndin yanından keçərkən səssiz kənddən 2 toyuq səsi eşidirlər. Vəzir şaha dərhal ədalət məsələsini xatırladır. Bildirir ki, məmləkətin idarəçiliyində ədalət prinsipi hakim olmasa, gələcəkdə viran qalmış kəndlərin sayı yüz minlərə çatacaq. Nəticədə, ölkə xarabalığa çevriləcək.

 

Bu poemanın 4-cü bülümündə məşhur bir hekayə nəql edilir: "Qoca qarı Sultan Səncər" hekayəsi. Sultan Səncər həmin dövrdə daim eyş-işrətdə olan, ədalətdən xəbərsiz Səlcuq hökmdarıdır. Şəhər hakimi (Sultanın təyin etdiyi hakim) bir qatili tapmaq üçün qoca qarının evinə hücum çəkir, ondan zorla qatil haqda məlumat istəyir. Qoca qarı isə qatil barədə məlumatsızdır. Qarının Sultana şikayəti ona dediyi sözlər poemada yüksək bədii tərzdə təsvir edilir. Qoca qarı Sultanı qiyamət gününün hesab-kitabı ilə qorxudur. Ona xatırladır ki, şahın vəzifəsi insanlara çətinlik yaratmaq deyil, onların çətinliyini həll etməkdir, zəiflərin başına sığal çəkməkdir, ac zavallıların komasına işıq saçmaqdır, yaralı könüllərə dərman olmaqdır. Deyir ki, şahdan xalqa həqarət gəlməz, güc-qüvvət gələr. Ədalət, insaf budur.

 

 

 

"Sirlər xəzinəsi"nin 14-cü məqaləsində yenidən rəiyyətin şahla dialoqu yer alır. Qoca bir kişi zalım şahın zülmlərindən danışır. Şahın xəfiyyəsi bunu görür şaha xəbər aparır. Şah qocanı saraya çağırır. Qoca dəstəmaz alır saraya yollanır. Şahla üz-üzə dayanan qoca onun bütün zülmlərini qorxmadan deyir. Şah qəzəblənir. Qoca özünü onun qarşısında dayanan güzgüyə bənzədir. Şaha bildirir ki, güzgü sənin eyblərini sənə göstərərkən güzgünü sındırma, eyblərini islah et, aradan qaldır. Bu sözlər şahın qəlbinə yatır, rəftarını dəyişir ədalətli olmağa qərar verir.

"Xosrov Şirin" poemasının əvvəlində Nizami Sasani hökmdar Hürmüzün oğlu Pərvizə qarşı ədalətli rəftarını şərh edir. Pərviz ova çıxır yorulur. Yaxındakı kəndlərdən birinə gedir orada musiqi-şərab məclisi təşkil edərək səhərə qədər əylənir. Pərvizin atı kəndlilərin həyətinə girib icazəsiz otlayır, qulu da icazəsiz bir kəndlinin bağına girir. Xəbər Hürmüzə çatır o, dərhal oğlunu cəzalandırır. Şair bu dastanı nəql etdikdən sonra atəşpərəstlik dininə sitayiş edən Hürmüzün ədalətini dövrünün müsəlman şahlarına nümunə kimi göstərir. Nizaminin ibarələrindən məlum etmək olur ki, onun fikrincə, müsəlmanın ədalətli olmağı daha vacibdir.

 

Əsərin sonunda Nizami yenidən fəlsəfi fikrin dərinliklərinə enir. Zülmün qarşılıqsız qalmayacağını bildirir: "Həyat ədalətin beşiyidir". Bu, filosofun təsbitidir. edirsənsə, bunun bədəlini ödəyəcəksən. Kainat nizam-intizam, ədalət üzərindədir. Başqasına quyu qazırsansa, bir gün həmin quyuya özün düşəcəksən. "Bütün cahana bir nida gəldi: Kim başqasına pislik edirsə, əslində, özünə pislik etmişdir". Çünki təbiət zülmkarı cəzalandırır. Bu, mütləqdir.

 

Nizaminin Xəmsəsindən şahların ədaləti ədalətsizliyi haqda hekayələri nəzərdən keçirdik. İndi isə onun ədalətlə bağlı digər bir ideyasına baxaq. Bu, 16-cı əsrin siyasi filosofu Tomas Murun təbirilə desək, utopiya ya ideal dövlət haqqında irəli sürdüyü mülahəzilərdir.

 

Nizamiutopiya

 

Utopiya, ideal dövlət modeli, ideal cəmiyyət konsepsiyasıdır. Qədim yunan filosofu Platon (e.ə. 4-cü əsr) "Dövlət" əsəri yazmaqla ideal dövlətin strukturunu, şərtlərini əsaslarını verməyə çalışdı. Sonralar bu ənənə filosoflar tərəfindən davam etdirildi. Müsəlman filosofu Əl-Farabi (872-950) ideal dövlət nəzəriyyəsi yaratdı. Utopiya ədalət məsələsinə sıx bağlıdır. Çünki məhz ədalətin ən yüksək olduğu dövlət, ideal dövlət statusu ala bilir. Nizami Gəncəvi "İskəndərnamə" əsərinin son hissəsində ideal dövlət barədə düşüncələrini bölüşür, bunun xüsusiyyətlərini, forma məzmununu təsvir edir. O, peyğəmbərlik məqamına çatdıqdan sonra yenidən dünyanın seyrinə davam edir. Bir şəhərə rast gəlir. Şəhər əhli səfa-səmimiyyət içində yaşayır. Şəhərin qapıları orada olan bər-bəzəkli dükanlar qıfılsızdı. Qocalar İskəndərin pişvazına gəlirlər. İskəndər onlardan soruşur: Necə ola bilir ki, sizin bağlarınız bağbansız, sürüləriniz çobansızdır? Onlar cavab verirlər: Bu şəhərin əhalisi həqiqətən dinə sitayiş edən insanlardı. Onların həyat meyarı dürüstlük sədaqətdir. Əgər bizdən kimsə ziyan görsə, hamı onun ziyanını aradan qaldırmaq üçün əlbir olur. Bizim cəmiyyətdə bərabərlik hökm sürür. Bizim varımız, mal-mülkümüz bərabərdir. Bu səbəbdən kimsə yoxsul deyil ki, varlılar ona rişxənd etsin. Bizim dövlətə, hakimiyyətə ehtiyacımız yoxdu. Axı heç kim başqasının malına göz dikmir, kimsə oğurluq etmir. Buranın əhalisi dünya malına hərislik etmir, möhtəkirliklə, var-dövlət yığmaqla məşğul olmur. Əgər ova getsək ovladıqlarımız çox olsa, biz israf etmərik, ehtiyacımız qədərində ondan yeyərik. Bu şəhərin əhalisi kifayət qədər uzun ömür yaşadıqdan sonra dünyadan köçərlər. Bu səbəbdən biz ölülərimiz üçün üzülmərik.

İskəndər bütün bu gördüklərindən təəccüblənir qərara alır ki, onların həyat tərzini seçsin.

 

Məşhur bir sual var: Cəmiyyət filosofu yaradır, yoxsa filosof cəmiyyəti? Bu sualın düzgün cavabı belədir: Şübhəsiz, cəmiyyətin sosial-siyasi durumu filosofun formalaşmasında əsaslı rola malikdir. Lakin filosof həmin cəmiyyətdə formalaşandan sonra oranın vəziyyətini problemlərini tənqid edə bilər. Nizaminin yaşadığı dövr ərazi Səlcuq sultanlarının Böyük Atabəylərinin hakimiyyətinə təsadüf etmişdi. Zülm, haqsızlıq ən yüksək həddə çatmışdı. Belə bir dövrdə yaşayan Nizami ömrünün bir neçə ilini cəmiyyətdən təcrid olsa da, o, xəlvətə çəkilib siyasi-fəlsəfi məzmunlu ədəbiyyat nümunələri yaradırdı, zalım hakimiyyətə qarşı ədəbiyyatın dili ilə mübarizə aparırdı. Bu, Nizaminin dühasının başqa bir səhifəsidir.

 

Mail Yaqub,

Fəlsəfə üzrə fəlsəfə doktoru

 

525-ci qəzet .- 2021.- 4 avqust.- S.19.