"İkarın uçuşu" - "Bir rəsmin dedikləri" rubrikası

 

"Bir rəsmin dedikləri" rubrikasının  budəfəki qonağı sənətşünas Fatimə Əlizadədir. Onunla Yakob Peterin "İkarın uçuşu" əsərindən danışmışıq.***

 

- Yakob Peter haqqında bilirik?

 

- Yakob Peterin həyat yaradıcılığı haqqında geniş məlumat yoxdur. Mənbələrdə onun doğum ölüm tarixi tam dəqiq göstərilmir. Güman edilir ki, o, 1610-1644-cü illər arasında yaşayıb. Doğum vəfat yeri haqqında isə heç bir məlumat yoxdur. Rəssam əsərlərini Barokko üslubunda çəkirdi. Əsasən portret tarixi janrlara üstünlük verib. 1636-cı ildə İspaniya kralından mifoloji obrazlardan ibarət əsərlərin çəkilməsi haqqında sifariş alan Rubens Yakob Piter ilə birlikdə əsərlər çəkməyə başlayıb. Bu əsərlərdən biri "İkarın uçuşu əsəri"dir.

 

- Bu əsər mifologiyadan gəlir. Hekayəsini danışa bilərsinizmi?

 

- Əfsanəyə görə, İkarın atası memar Detal sürgünə göndərildiyi Krit adasında Kral Minosun yanında işləməyə başlayır. Qardaş davasından sonra Poseydonun köməyi ilə taxta çıxan Minos Poseydon ilə razılaşmasına əməl etmir. Bundan qəzəblənən Poseydon Minosun həyat yoldaşı Pasifayanı bir buğaya aşiq edir. Pasifayanın bu buğadan Minotavr adlı yarı insan, yarı buğa oğlu dünyaya gəlir. Minos bu canlını gizlətmək istəyir. Buna görə Dedalı çağırıb onu həbs etmək üçün labirint tikməsini əmr edir. Dedal onun bu əmrini yerinə yetirir. Minos hər il şəhərdən 7 kişi 7 qadını alıb bu labirintə qurban kimi göndərir. Artıq qurban vermək istəməyən Tesey Dedalın köməyi ilə labirintə daxil olur Minotavrı öldürür. Minosun qızı Ariadna isə qəhrəman Teseyə aşiq olur. Labirinti inşa edən Dedalın köməyi ilə ikisi Krit adasından qaçır. Bu xəyanəti öyrənən Minos qəzəblənir əmr verir ki, qapıları olmayan bir qala tikilsin. Hər şey əmr olunan kimi həyata keçirilir. Dedal oğlu İkarus həbs edilir. Ağıllı bacarıqlı memar olan Dedal quşların pəncərənin önünə buraxdıqları lələklərlə özünə oğluna qanadlar düzəldib arı mumu ilə bellərinə yapışdırır. Havalanmazdan qabaq oğlunu xəbərdar edir ki, çox alçaqdan, çox yüksəkdən uçsun. Çox alçaqdan uçarsa, qanadları nəmdən ağırlaşacaq, çox yüksəkdən uçarsa, Günəş arı mumunu əridəcəkdir. İkarus bu məsləhətlərlə razılaşır. Lakin uçmaqdan məst olan İkar atasının bu xəbərdarlıqlarını unudur. Getdikcə səmada daha da yüksəlir. Sonda o qədər yüksəlir ki, Günəş işığı onun qanadlarındakı arı mumunu əridir, qanadları qopur. Beləliklə, İkarus Egey dənizinə düşüb ölür. Yüksəlmək ona baha başa gəlir.

 

Bu əfsanə keçmişdən bu günə gələn əxlaq dərsi kimi qəbul edilə bilər. Həddindən artıq cəsarətli olmaq, acgöz olmaq, ağsaqqalların sözlərini dinləməmək kimi mənaları özündə cəmləşdirən İkarus, kədərli sonluqla bitən bir nağılın qəhrəmanına çevrilir. Ondan sonra başqaları üçün örnək olan İkarus mövzusu rəsm sənətində aktual olduğu qədər pisixologiyada da istifadə olunan mövzudur. Psixologiyada yeniyetmələrin ailələrindən bağımsız hərəkət etmə öz yollarını özlərinin seçmə arzularından danışarkən yada bu əhvalat düşür. Bu hekayə insana qoyulan qadağalar bunun müqabilində insanın ona maraqlarının artmasını da ifadə edir.

 

Bu əfsanənin öyrətdiyi əsas şey ondan ibarətdir ki, insanlar sahib olduqları istedadı məntiqlə idarə etdikləri halda uğur əldə edə biləcəklər. Özlərindən həyat təcrübəsi qat qat artıq olan insanlardan məsləhət almaqla, onların düşüncələrini öyrənməklə daha uğurlu bacarıqlı şəxsiyyətlər olacaqlar.

 

- Yakobdan əvvəl , sonra da bu mövzuya müraciət edən rəssamlar olub. Yakobun onlardan əsas fərqi nədə idi?

 

- Rəssamın işində digər rəssamların əsərlərindən fərqli olaraq daha dramatik bir səhnə ilə rastlaşırıq. Onlardan fərqli olaraq Yakob İkarusu kompozisiyanın mərkəzində yerləşdirərək onu xüsusi vurğulayır. Əsərin mərkəzində biri İkarus, digəri atası Daidalos olan iki fiqur var. Daidalosun əzəmətli qanadlarının əksinə, İkarusun qanadları əriyirmiş kimi təsvir olunub. Kompozisiyanın kvadrat şəklində qurulduğu əsərdəki məkan elementləri olan mənzərə və səma kompozisiyaları əsəri üfüqi olaraq iki bərabər düzbucaqlı hissəyə ayırır. Rəsmin alt hissəsindəki düzbucaqlıda tünd rənglər üstünlük təşkil edərkən, Göyün yuxarı düzbucaqlıda açıq rənglərlə təsvir olunduğunu görə bilərik. Kompozisiyanın yuxarı hissəsindəki fiqurların boşluq nisbətini nəzərə alsaq, kompozisiyada tarazlığı təmin etməyə xidmət etdikləri iddia edilə bilər. Barokko dövrünün ümumi xüsusiyyətlərini də əks etdirən əsərdə İkarın atası Daidalos daha qaranlıq və kölgəli, İkar isə daha parlaqGüclü işıqla təsvir edilib. İşığın dramatik istifadəsi və dinamika əsər boyu hiss olunur. Eyni zamanda, İkarın uçma anındakı pozası Rubensin başqa bir əsəri olan Phaetonun yerə düşməyini xatırladır. Hər iki əsərdə mifoloji mövzu seçilib, gəncliyin sadəlövhlüyü və ambisiyasının nəticələri səhnələşdirilib.

 

- Əsər hazırda harda saxlanılır?

 

- Əsər hazırda Madrid şəhərində yerləşən Prado muzeyində saxlanılır.

 

- Bu rəsm bizə nə deyir?

 

- Rəsmin mövzusu hər bir dövr üçün aktualdır. Rəsmdə özünə həddindən artıq güvənmək hissinin necə fəlakətlər doğura biləcəyi tamaşaçıya göstərilir. Təcrübə qazanmadan hər hansısa bir şeyə çox can atmaq, ona bələd olmadan özünə və öz gücünə güvənməyin yanlış olduğu göstərilir. Daha təcrübəli insanlardan məsləhət almaq, hadisələrə başqa insanların gözü ilə baxmaq bəzən bizi böyük fəlakətlərdən qoruya bilər.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.14.