Tolerantlıq dəyəri: dini müstəvidə təhlil

( II yazı )

 

Tolerantlıq demokratik multikultural cəmiyyətlərin əsas dəyərlərindən biri kimi, son illərdə əhəmiyyəti getdikcə artan mütərəqqi dünyada geniş müzakirə obyektinə çevrilən mövzulardan biridir. Bu gün sürətli inteqrasiya miqrasiya proseslərini ehtiva edən qloballaşma dövründə birgəyaşayış prinsiplərini bərqərar edərək tolerant bir mühit formalaşdırmadan cəmiyyətlərdə sosial-siyasi sabitliyə mənəvi rahatlığa nail olmaq qeyri mümkündür.

 

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun sözlərinə görə, bir cəmiyyətdə subyektiv gözləntilərə əhəmiyyət verməyərək universal olanı önə çəkmək birgəyaşayış, yaxud ictimai həyat baxımından əxlaqi dəyərlər sferasının dərəcədə əhəmiyyətli olduğunu göstərən başqa bir cəhətdir. Əxlaqi dəyərlər şəxsi xüsusiyyətlərdən daha çox hər kəsi ehtiva edəcək universal bir səciyyə daşıyır. "Mən" "özgəsi" şəklindəki bir tendensiyanın yer almadığı bu dəyərlər sferasında əsas prinsip "birmərkəzli" həyat fəlsəfəsidir. Buna görə universal xarakterdə bütün insanlar üçün qüvvədə olan mümkün obyektiv qayda qanunlar, ancaq əsas əxlaqi dəyərlər vasitəsilə tərtib edilə bilər: "Şübhəsiz ki, cəmiyyət üzvlərinin ədalət, doğruluq, empatiya, tolerantlıq başqa əxlaqi məfhumları düşünmələri, dərk etmələri həyatlarını bu istiqamətdə yaşamaları ailədəki sosial münasibətlərdən mədəniyyətlərarası cəmiyyətlərarası münasibətlərə kimi ictimai münasibətlərə böyük fayda verəcəkdir. Qeyd edilən bu əxlaqi dəyərləri mənimsəyərək həyata keçirən fərdlərdən meydana gələcək ictimai strukturda münasibətlər insana insan kimi davranmağı tələb edəcəkdir ki, fərdin "mənmərkəzli" köləlikdən qurtulması da məhz belə bir həssaslıq sayəsində reallaşacaqdır.

 

İnsan faktorunun davamlı şəkildə gündəmdə olmasını təmin edən belə bir əxlaqi həssaslıq "mən" "biz" duyğuları arasında ahəngi qoruyaraq, ictimai həyatı fərdi seçimlərin mütləqləşdirdiyi bir cəmiyyət olma xarakterindən xilas edəcəkdir. İnsana həyat ilə ölüm arasındaki yolda ahəngi təmin etməsi üçün həssaslıq şüur aşılayan əxlaqi dəyərlər həmrəy şəkildə yaşamaq ya ictimai həyat baxımından əsas meyarlardır. Əxlaqi dəyərlər insana insan şərəfi heysiyyətinə əsaslanan bir həyat yaşamağı tövsiyə edir. Buna əsasən deyə bilərik ki, mənəvi əlaqələr birgəyaşayış naminə maddi mənfəətlərin önündə yer alan əsas ünsürlərdir".

 

O bildirib ki, bəşər övladının hüzurlu bir ictimai həyat naminə əxlaqi dəyərlərə olan ehtiyacı təbii surətdə din dini dəyərləri gündəmə gətirir. Çünki əxlaqi dəyərlər sferası həm dini, həm əxlaq düşüncəsini fəlsəfəsini ehtiva edən geniş sferadır. Din ilə əxlaq arasında çox yaxın bir əlaqə var. Filosofların əksəriyyəti məhz bu əlaqələr üzərində duraraq, müxtəlif nəzəriyyələr ortaya qoymuşlar. Dinə qarşı olanlar belə, onun sosial bir hadisə fenomen olduğunu qəbul edirlər. Belə ki, Marks Dürkeym kimi bir çox sosioloq dinin bir yanılma olduğunu qəbul etmələrinə baxmayaraq, onun sosial mənada reallığını nəzərdən qaçırmamışlar. Bu mütəfəkkirlərdən bəzisi dini ürəksiz dünyanın ürəyi, gündəlik həyatın acımasızlığından qaçıb sığınılan bir liman olaraq, bəziləri dinin insanların müştərək etiqad dəyərlərini bəyan etmək üçün bir araya gəlmələrinə şərait yaradan eyni zamanda, ictimai transformasiyada mühüm rolu olan bir fenomen kimi tərif etmişdir: "Nəticə etibarilə bəşəriyyət tarixi qədər qədim olan din fərdi ictimai həyatın imtina edilməsi mümkün olmayan ünsürü olub, fərdin cəmiyyətlərin həyatını dərin şəkildə təsirə məruz qoymuş həyat tərzidir. Bu mənada, "din ictimai dinamizmin mayasıdır" desək, mübaliğə etmiş olmarıq".

 

Anar Qafarovun dediyinə görə, müasir insanın tez-tez qarşılaşdığı psixoloji problem streslərə qarşı ona mənəvi sakitlik bəxş edən dinin ictimai həyatda da insanların qarşılıqlı haqq hüquqlarına uyğun davranmalarına, bir-birlərinə haqsızlıq etməmələrinə müəyyən qədər mənəvi dəstək verir. Bu da öz növbəsində, birgəyaşayış tolerantlıq prinsipi baxımından dinin rolunu əhəmiyyətini göstərən bir xüsusdur. Fərdin haqq azadlığı, ictimai sülh bütün müqəddəs kitab mətnlərin ortaq mesajlarındandır. Dinlərin bəşəriyyətə təqdim etdiyi birgəyaşama fəlsəfəsi prinsip etibarilə fərqliliklər arasında ortaq zəmin formalaşdırma hədəfini güdür bu yolda atılacaq hər bir addımı insan olma həqiqəti üzərinə inşa edir. Böyük dünya dinlərinin bu mənadakı təlimi isə "özün üçün istədiyini başqası üçün istə" qaydasına əsaslanır. Buna görə insan olma duyğudaşlıq bir çox dini təlimin əsasını təşkil edən müştərək ünsürlərdir. Dinlərə görə, inteqrasiyaya əsaslanan birlikdə yaşama hadisəsinin ən əsas dinamikaları insan olma, empatiya tolerantlıqdır.

 

Mahiyyət etibarilə tolerantlıq bir cəmiyyətdə irqi, milli, dini, etiqadi kimliyindən asılı olmadan hər kəsin mövcudluğuna təminat verən hüquqi borc, mənəvi tələbat, dini-əxlaqi siyasi dəyərdir; mənsubiyyətindən asılı olmayaraq insanlara hörmətlə yanaşmaqdır. Tolerantlıq bir dəyər olaraq qanunilik məcburiyyəti deyil, mədənilik könüllülüyü əsas götürür.

 

Ölkəmizdə milli-mənəvi dini dəyərlər istiqamətindəki siyasi-ictimai fəaliyyətlərdə ümumbəşəri dəyərlər gözardı edilməmiş bu gün edilmir. Belə ki, ölkəmizin mənəvi dəyərlər istiqamətindəki dövlət siyasəti təkqütblü olmayıb, mahiyyəti etibarilə mədəni-mənəvi müxtəlifliyi multikulturalizmi özündə ehtiva edir. Bu mənada, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü ildə Peyğəmbərimiz Həzrət Məhəmmədin mövludu günündəki nitqində dilə gətirdiyi ifadələr diqqətəlayiqdir: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzudur".

 

Bu nitqi sosial-fəlsəfi aspektdən təhlil etsək, görərik ki, burada sosial-mənəvi vəhdət, birlik və tolerantlılıq istiqamətində mühüm mesajlar mövcuddur. Məsələnin teolojihüquqi aspektinə də işarə edən bu nitqdə insanların dini, mədəni mənsubiyyətindən asılı olmayaraq başqa dinlərə, mədəniyyətlərə, mənəvi dəyərlərə və adət-ənənələrə hörmət bəsləmələridözümlü olmaları tövsiyə edilir. Bu mənada, dini zəmində hər hansı bir ədavət və münaqişə yolverilməzdir. Ölkəmizdə müxtəlif məzhəb və konfensiyalardan olan insanlara öz millidini bayramlarını keçirmələri üçün rahatdemokratik şəraitin yaradılması, məscidlərlə yanaşı, kilsə və sinaqoqların tikinti və bərpasına dəstək verilməsi, 96%-i müsəlman olan ölkəmizdə 2000-dən çox məscidlə yanaşı, 40-dan artıq kilsə, sinaqoq və ibadət evlərinin fəaliyyət göstərməsi və ölkədə yaşayan müxtəlif millətlərin dini keçmişləri ilə bağlı 500-dən artıq müqəddəs ocağın mövcudiyyəti kimi faktlar Azərbaycan Respublikasının sosial-mənəvi vəhdət siyasətində bir dəyər kimi tolerantlığın mühüm yeri olduğunu söyləməmizə əsas verir. Bu istiqamətdə görülən işlər ölkəmizdə vətəndaş həmrəyliyinin və birliyinin yaranması və inkişaf etdirilməsi üçün həm nəzəri, həm də praktiki olaraq ciddi zəmin təşkil edir. Belə bir nəzəri və praktiki zəmin mahiyyəti etibarilə tarixi keçmişimizdən gələn mütərəqqi ənənənin izlərini daşıyır. Tolerantlıq və mədəni müxtəliflik olaraq qəbul edilən bu irsin ölkəmizdə bu istiqamətdə atılan sosial-siyasi addımlarla daha da inkişaf etdirilməsi, gücləndirilməsi bu gün dini-etiqadi zəmindəki münasibətlərin gərginləşdiyi və dini-etnik qarşıdurmanın vüsət aldığı bir dövrdə dünyanın digər xalq və cəmiyyətləri üçün nümunədir. Bu mənada, Azərbaycanın 2003-cü il üçün ABŞ Dövlət Departamentinin hesabatında dövlətimizin vətəndaşların etiqad azadlığı haqqının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbir və qərarlarını tədqirəlayiq görməsi ölkəmizdə dini-mənəvi dəyərlər və xüsusilə tolerantlıq istiqamətindəki sosial-siyasi fəaliyyətlərin müvəffəqiyyətinə dəlalət edən əhəmiyyətli faktlardan biridir.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 13 avqust.- S.8.