Musiqimizin dünəni və bu günü

 

 

Sosial medianın yaranması və sürətlə populyarlaşması həm jurnalistika sahəsində, həm də musiqi sənətində bir sıra dəyişikliklərə yol açdı. Əvvəllər müəyyən çərçivəyə sığdırılan musiqi bütün baryerləri aşaraq özünü bildiyimiz bilmədiyimiz tərəfləri ilə göstərməyə başladı. Televiziya radiolarda görüb dinlədiyimiz ifaçıların, bəziləri istisna olmaqla, böyük qismini sosial media üzərindən tanınan ifaçılar əvəz etdi. İnqilabi dəyişikliyin səbəbi isə, azad mühit, açıq boş qalan meydan, təmənnasız əlverişli şərait oldu.

 

Sovet dönəmini yada salsaq, belə bir mənzərənin şahidi olarıq: o zaman bir televizya kanalı var idi, bir radio dalğası. Orada çıxış etmək üçün hazırladığın məhsul senzuradan keçməli idi. Azərbaycan musiqi sənətini indiki qədər saysız-hesabsız ifaçılar yox, bu dövrə qədər adlarını əzbər bildiyimiz adamlar çiyinlərində daşıyırdı. Bu günə qədər o dönəmin sənətçilərinin əksər mahnıları dillər əzbəridir. Bəzi yaşlı nəsil nümayəndələri kimi o dönəmi tərifləyib, hazırdakı musiqi mühitini pisləmək hər iki dövrün sənət mühitini anlamağa kömək etməyəcək. Sovet Azərbaycanının ifaçılarının sayı barmaqla sayılası qədər idi. Dinləyici istəsə , istəməsə , seçim hüququ məhdud idi. Sovetlər Birliyinin çöküşü ilə yaranan müstəqil dövlətlərdə nisbətən demokratik mühit formalaşmağa başladı.

 

1998-ci ilin avqustunda Azərbaycanda mətbuat üzərində senzura ləğv edildi. Məhz bundan sonra müstəqil Azərbaycanın müstəqil ifaçılarının səsləri daha gur eşidildi. 20-ci əsrin sonlarına yaxın ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanda senzuradan əvvəl senzuradan sonrakı dövrləri əhatə edən zaman kəsiyində yeni televiziya kanalları radio dalğaları açıldı. Azərbaycan tamaşaçısı dinləyicisi öyrəşdiyi ifaçılarla yanaşı, yeni-yeni ifaçıları görməyə eşitməyə başladı. Efir məkanında müxtəlif musiqi janrlarında yarışmalar keçirildi. Bu müsabiqələrdən çıxan ifaçılar ölkənin musiqi sahəsinin formalaşmasında müəyyən rol oynadılar. Müstəqil Azərbaycan musiqi mühitinin tam formalaşması müstəqillikdən əvvəl fəaliyyət göstərən ifaçılar, eyni zamanda, müstəqillik əldə edildikdən sonra efirə yol tapa bilən ifaçılar sayəsində bütövləşdi. Sonralar bu ifaçıların bir neçəsi dövlət xətti ilə bir çox beynəlxalq musiqi tədbirlərində Azərbaycanı təmsil etdilər. Musiqi sahəsində nəzərə çarpacaq uğurları musiqiçilər sırf dövlətin sayəsində qazandılar. Musiqidəki ən böyük boşluqlardan məhz biri budur ki, azərbaycanlı musiqiçilər beynəlxalq arenaya çıxmaq üçün demək olar ki, heç etmirlər. İştirak etdikləri əksər beynəlxalq tədbirlər dövlət xətti ilə getdikləri tədbirlərdir. Buna görədir ki, ifaçılarımız, instrumentalistlərimiz heç bir ölkədə tanınmırlar. Düzdür, indiyə qədər bir çox keyfiyyətli sənət örnəkləri ortaya qoyulub, amma bu zamana qədər sənətçilərimiz beynəlxalq səviyyədə elə bir böyük uğur əldə edə bilməyiblər.

 

Sosial medianın olmadığı dövrdə müğənnilərimizin ən böyük cəhdi Türkiyə musiqi mühitinə qatılmaqdan ibarət idi ki, bu da onlarda demək olar ki, alınmırdı. Çox az ifaçılar bunu edə bilirdilər. Onlar da əslində, ölkə miqyasında xeyli tanınmış titullu müğənnilər idi. Sonra oldu? Olan o idi ki, əvvəldə qeyd olunduğu kimi, sosial media ortaya çıxdı istedadlı insanlar bu əlverişli şəraitdən bəhrələnərək öz ifalarını yutub, instaqram kimi sosial şəbəkələr üzərindən paylaşaraq ölkə daxilində ölkə xaricində özlərinə dinləyici tamaşaçı kütləsi yığdılar. Onlar bu yolla illərdir, Azərbaycan səhnəsində külüng vuran sənətçilərin Türkiyədə əldə etmək istədiyi, amma əldə edə bilmədiyi populyarlığı qısa müdətdə qazandılar (Orası artıq ayrı məsələdir ki, müğənnilər beynəlxalq arena deyəndə niyə təkcə Türkiyə şou məkanını başa düşürlər).

 

Təbii ki, sosial medianın xeyirli tərəfləri ilə yanaşı, ziyanlı tərəfləri də var. Bu imkanlardan istifadə edən istedadlı insanlar kimi, istedadsız insanlar da oldu. Müxtəlif yollarla izləyici sayı artıran bu insanlar, sonradan təbii şəkildə də izləyici kütləsi yığmağa nail oldular. Çünki artıq sosial şəbəkə platformalarında önə çıxmağı bacarıblar. Bu da həmin platformaların alqoritimini aldatmaq yolundan keçir. İşin qəribə tərəfi də budur ki, televiziya kanalları bir çox hallarda öz efirlərinə sosial şəbəkələrdə eybəcər musiqini təbliğ edənləri dəvət edir, digərlərini isə görməzdən gəlir. Necə deyərlər, belə işbazlarla əlbir olub musiqi mədəniyyətimizi ovlamaqla məşğul olurlar.

 

 

Xətai Azayev

525-ci qəzet.- 2021.- 18 avqust.- S.14.