"Maestro Niyazi Türkiyəni öz vətəni kimi görürdü"

 

Ecem Tuğçe Akbulut: "İstanbulda yenidən bərpa olunan dövlət opera binasının salonlarının birinə dahi Niyazinin adının verilməsi maestronun xatirəsinə çox böyük töhfə olardı"

20 avqust görkəmli dirijor, bəstəkar, Xalq artisti, Beynəlxalq Nehru mükafatı laureatı, tanınmış ictimai xadim, Maestro Niyazinin anadan olmasının 109-cu ildönümüdür. Bu ərəfədə Türkiyədən Maestronun doğum gününə çox əhəmiyyətli bir töhfə gəldi. Belə ki, Türkiyənin "Net Kitaplık" nəşriyyatında gənc musiqişünas Ecem Tuğçe Akbulutun "Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan Türkiyə münasibətlərində mədəniyyət elçisi" adlı monoqrafiyası türk dilində nəşr olunub. Kitabın müəllifi ilə həm kitab, həm Niyazinin Sovet dövrü Türkiyədəki fəaliyyəti haqqında söhbətləşdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

 

***

 

- Ecem xanım, əvvəla, istərdik ki, özünüz haqqında oxuculara məlumat verəsiniz...

 

- İstanbulun Üsküdar ilçəsində anadan olmuşam. Uşaqlığım orta məktəb illərim burada keçib. Bakalavr magistratura təhsilimi İstanbul Universiteti Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə almışam. Skripka Azərbaycan kamançası - biz bu alətə Türkiyədə "kabak kemane" deyirik - ifaçısıyam. Müxtəlif musiqi layihələrinin həm iştirakçısı, həm koodinatoruyam. Musiqi sosiologiyası sahəsində bəzi araşdırmalarım var. Həmçinin, yeniyetmə gənclərin musiqi-estetik tərbiyəsinə bacardığım qədər töhfə verməyə çalışıram. Onları musiqiyə həvəsləndirirəm. Deyə bilərəm ki, musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malik olduğuna inananlardanam.

 

- Bu günlərdə sizin dahi Azərbaycan dirijoru Maestro Niyaziyə həsr olunmuş geniş həcmli monoqrafiyanız Türkiyədə çap olunub. Mümkündürsə, monoqrafiyanız haqqında danışaq...

 

- Əvvəla, onu qeyd edim ki, bu monoqrafiya bu ilin may ayında mənim İstanbul Universiteti Humanitar Elmlər İnstitutunda uğurla müdafiə etdiyim magistratura elmi işimin əsasında hazırlanıb. Monoqrafiyada, əsasən, Sovet dövründə Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında Maestronun rolu mədəniyyət diplomatiyası kontekstində təhil olunur. Üç fəsildən ibarət olan monoqrafiyanın birinci fəslində mədəniyyət diplomatiyası anlayışının nəzəri - konseptual əsasları nəzərdən keçirilir. Həmçinin, Sovet dövründə Azərbaycan Türkiyə arasında mədəni əlaqələrə dair əhəmiyyətli məqamlar geniş mənbələr əsasında tədqiq olunur. Niyazinin həyat yaradıcılığına həsr olunmuş ikinci fəsildə maestronun uşaqlıq gənclik illəri, yaradıcılıq dövrü, ömür-gün yoldaşı Həcər xanımla olan münasibətləri, dirijorluq sənətinə aparan yol müxtəlif mənbələr əsasında nəzərdən keçirilir. Həmçinin, Niyazinin bir sənətkar kimi yetişməsində əhəmiyyətli yerə malik olan ailəsinin incəsənət mühiti ələlxüsus, əmisi, Azərbaycan musiqisinin atası hesab olunan Üzeyir Hacıbəylinin rolu xüsusi yarımfəsildə tədqiq olunur. Niyazinin dirijorluq bəstəkarlıq fəaliyyətinin musiqişünaslıq nöqteyi-nəzərdən geniş şəkildə tədqiq olunduğu bu fəsildə Azərbaycanın xalqının müstəqil Azərbaycan Respublikasının dahi Maestronun musiqi mirasına xatirəsinə verdiyi qiymət faktlar əsasında xüsusi qeyd olunur. Monoqrafiyanın üçüncü fəsli isə Niyazinin 1960 1980-ci illər arasında Türkiyədə yaradıcılıq fəaliyyətinə həsr olunub. Maestro Niyazinin Türkiyədəki fəaliyyət dövrünə həsr olunub. Bu fəsildə Niyazinin Türkiyədə fəaliyyət göstərdiyi dövr ərzində dirijorluq etdiyi əsərlər haqqında məlumat verilir, onun Nazim Hikmət, Adnan Sayqun, Cəmal Rəşid Rey, İdil Biret kimi, Türk ziyalıları incəsənət xadimləri ilə münasibətləri təhlil olunur.

 

 

 

- Bu mövzu haqqında yazmaq ideyası sizdə necə yarandı?

 

- Magistratura təhsili zamanı yenilik orijinallıq göstəricilərinə malik olan mövzu axtarışındaydım. Elə bu ərəfədə Maestro Niyazinin Türkiyədəki fəaliyyət dövrü diqqətimi cəlb etdi. Həmçinin, maestronun yüksək professionalizmi, bəstəkar kimi əsərlərində dahi Üzeyir Hacıbəylinin üslubuna sadiq qalaraq Şərq Qərb musiqilərinin sintezindən qarşılıqlı faydalanması, Türkiyədə simfonik musiqinin inkişafı prosesində müstəsna rolu məni bu mövzunu seçməyə sövq etdi.

 

- Kitabınızda Maestronun Türk simfonik musiqisinə Sovet dövrü Azərbaycan-Türkiyə mədəni münasibətlərinə xidmətlərindən geniş bəhs olunur. Maestronun bu xidmətləri haqqında konkret faktlar əsasında deyə bilərsiniz?

 

- Hər şeydən əvvəl Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o peşəkar dirijor kimi bir çox simfonik əsərin Türkiyədə tamaşaya qoyulması üçün misilsiz işlər görüb. Maestro Türkiyədə fəaliyyət göstərdiyi dövrdə Ankara Opera Balet Teatrında, İstanbul Opera Teatrında böyük uğurlar qazanıb. Türk bəstəkarı Adnan Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluşunu verib, onun ilk tamaşasına "Yunus İmrə" oratoriyasına dirijorluq edib. Türkiyənin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış edib. Böyük sənətkar Çaykovskinin "Qaratoxmaq qadın" operasına dirijorluq edib. Sonra yenə həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Təsadüfi deyil ki, daha o dövrdə Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət fəaliyyəti haqqında geniş məqalələr dərc ediblər, musiqişünaslar maestronun yaradıcılığına çox böyük rəğbət göstəriblər. Azərbaycan simfonik musiqisinin Türkiyə musiqi məkanına tanıdılması təbliğ edilməsində Maestronun müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Həmçinin, Türkiyədə musiqi sənətinin inkişafı üçün çox faydalı təkliflərlə çıxış edib. Maestro Niyazi Türkiyəni öz vətəni kimi görürdü öz yaxın dostlarına daima "mən bu vətənin övladıyam" deyirdi.

 

 

 

- Niyazinin Türkiyədə tanınması istiqamətində daha hansı işlərin görülməsini vacib hesab edirsiniz?

 

- Monoqrafiyanın nəşrindən savayı, Niyazinin Türkiyədəki fəaliyyət dövrü ilə bağlı Türkiyədə, Azərbaycanda fərqli ölkələrdə keçirilən beynəlxalq simpozium konfranslarda elmi məruzələrlə çıxış etmişəm, televiziya radio verilişlərinə qatılmışam. Bu mənada 20 avqust 2020-ci il tarixində onlayn qaydada keçirilən Maestronun anadan olmasının 108-ci ildönümünə həsr olunmuş "Niyazi Azərbaycan-Türkiyə mədəni əlaqələri" mövzusunda beynəlxalq elmi-praktiki konfransı xüsusi qeyd etmək istəyirəm. Konfrans Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Türkiyənin Üsküdar Universitetinin sosiologiya kafedrasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Ancaq bundan sonra da bu istiqamətdə görülməsi vacib olan işlər olduğunu düşünürəm. Monoqrafiya çap olunduqdan sonra Türkiyə mətbuatına verdiyim müsahibədə Niyazinin adının əbədiləşdirilməsi üçün Türkiyədə konservatoriyalarının dərs otaqlarına Niyazinin adının verilməsi, universitetlərin musiqişünaslıq fakültələrinin tədris proqramlarına Niyazinin yaradıcılığı ilə bağlı mövzunun daxil edilməsi, Niyazi ilə bağlı sənədli filmin çəkilməsinin təklifi ilə çıxış etmişəm. Bir vacib təklif daha vermişəm bu təklifi sizin qəzetiniz vasitəsilə səsləndirmək istəyirəm. Bilirsiniz, maestro 1970-ci ildə İstanbulda Opera binası yandığında çox təəssüflənmiş üzüntüsünü ondan müsahibə götürən Fırat Kızıltuğ hocamıza ifadə etmişdir. İndi İstanbulda yenidən bərpa olunan Dövlət Opera Binasının salonlarının birinə dahi Niyazinin adının verilməsi Maestronun xatirəsinə çox böyük töhfə olardı.

 

UĞUR

 

525-ci qəzet.- 2021.- 18 avqust.- S.10-11.