Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Təhminə

( IV yazı )

 

Postmodern Azərbaycan nəsrində dekonstruksiya yalnız kanonik mətnlər arxetiplər üzərində qurulmur, daha müasir ədəbi mətnlərin dekonstruktiv variantları yaradılır. Bu baxımdan maraq doğuran, obyekt olaraq seçilən əsərlərdən biri Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanıdır. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əbədi ədəbi mövzulardan birinə - iki gəncin cəmiyyətin yazılmamış qanunlarının qarşısında davam gətirə bilməyib məğlub olmasına, nakam sevgiyə həsr edilib. Əsəri bir məhəbbət macərası oxumaq istəyi ilə mütaliə etmək niyyətində olan oxucu sadə bir sevgi süjeti ilə deyil, polifonik bir əsərlə qarşılaşır. Getdikcə mövzu şaxələnir, yazıçı cəmiyyətin müxtəlif qatlarını, fərqli problemləri, insan təbiətinin mahiyyətini, həyatın mənasını, cəmiyyət insan dilemmasını bu sevgi süjeti simvolikası vasitəsilə açır, əsərin alt qatlarında həmin dövrdə cəmiyyətin problemi olan, amma açıq deyilməsi mümkün olmayan mətləblərə toxunur. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin əsas qəhrəmanları olan, daha öncə yazılan " liman" əsərində xatırlanan Zaur Təhminənin sevgisi cəmiyyətin yasaqlarına təhdiddir. Oxucuların əksəriyyəti üçün Zaur obrazı qəbuledilən, ənənəvi olsa da, Təhminə obrazı dövr üçün çox koloritli, qeyri-adi qəbuledilməz idi. Azad sevgi anlayışının olmadığı bir zamanda Təhminə ürəyinin hökmünü cəmiyyətin hökmlərinə qarşı qoyur.

 

Təhminədən fərqli olaraq Zaurun sevgisi cəmiyyətin qanunlarını sındıracaq qədər güclü deyil. Beləliklə, cəmiyyətin "düzgün, əsl kişi" qəhrəmanı, öz sevgisinə sahib çıxa bilməyən Zaur sevgini sonsuz yeganə həqiqət hesab edən, cəmiyyətin "əxlaqsız" damğası vurduğu Təhminənin cəsədi üzərindən keçərək normal həyat qurur. Ancaq cəmiyyətin ona geyindirdiyi qiyafənin altındakı qəlbi hər zaman bu dünyada cəmiyyətin qanunlarına belə meydan oxuyacaq SEVGİNİN - Təhminənin, "beşmərtəbəli evin altıncı mərtəbəsi"nin olduğunu ona xatırladır.

 

Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı yazıldığı dövrdən bu günədək oxucular arasında öz populyarlığını qoruyub saxlaya bilmişdir. Əsərin ekranlaşdırılmasından sonra isə Təhminə Zaur obrazları yalnız oxucular deyil, həm tamaşaçılar tərəfindən sevilən tanınan obrazlara çevrildi. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu romanın motivləri əsasında iki yeni əsər - Günel Anarqızının "Altıncı" romanı Ziyad Quluzadənin "Kəpənəkdoğan" əsərləri qələmə alınmışdır.

 

Günel Anarqızının "Altıncı" romanı Təhminənin gündəliyi şəklində yazılmışdır. Mübhəm mətləblərin ifadəçisi olan gündəlik janrının köməyi ilə yazıçı Təhminənin Zaurdan əvvəlki, Zaurla birgə yaşadığı Zaurdan sonrakı həyatının daha geniş, daha incə ştrixlərlə zəngin, duyğularla yoğrulmuş təsvirini təqdim edir. 2018-ci ildə "Ədəbiyyat məcmuəsi"ndə (2019-cu ildən jurnal "Azərbaycan ədəbiyyatşünaslığı" adlanır) dərc olunan "Qadın ədəbiyyatı" müstəqillik dövrü Azərbaycan ədəbiyyatı kontekstində" adlı məqaləmizdə Təhminə obrazının kişi müəllif (Anar Ziyad Quluzadə) qadın müəllif (Günel Anarqızı) tərəfindən fərqli təqdimi interpretasiyası haqqında söhbət açarkən "Altıncı" əsərini tədqiqata cəlb etmişdik. "Altıncı" Təhminənin bir obraz kimi yenidən açılmasını, fərqli qavranılmasını təmin etsə , əsər "Beşmərtəbəli evin altıncı" mərtəbəsi əsərini dekonstruksiya etmir, Anarın təqdim etdiyi süjet xəttinə sadiq qalır. Bu səbəbdən bu məqalədə əsas diqqət çəkəcəyimiz əsər Ziyad Quluzadənin "Kəpənəkdoğan" romanıdır.

 

Ziyad Quluzadənin postmodern Azərbaycan nəsrinin maraqlı nümunələrindən olan "Kəpənəkdoğan" romanında Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri tam şəkildə dekonstruksiya edilmişdir. Ziyad Quluzadə Anarın süjetinə alterantiv süjet yaradaraq Təhminə-Zaur sevgisinin evlilikdən sonrakı taleyinin mümkün bədii həllərindən birini təqdim edir. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin "Kəpənəkdoğan"da dekonstrukiyaya uğradığı məqamları aşağıdakı kimi əyaniləşdirə bilərik:

 

1. Zamanın dekonstruksiyası. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri XX əsrin 70-ci illərində qələmə alınmışdır romanda da həmin dövrün realiləri əks olunur. Ziyad Quluzadənin "Kəpənəkdoğan" əsərində (2011) Təhminə Zaur XXI əsr oxucusunun çağdaşlarıdır. Hər iki əsərdə məkan (Bakı) toxunulmaz olaraq qalır.

 

2. "Təhminə Zaur". "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin əsasında çəkilən filmin çox zaman oxucular tərəfindən əsərin bu cür adlandırılması bu tandemin sevgi cütlüyü (Leyli Məcnun, Fərhad Şirin, Vərqa Gülşa b.) kimi qəbul edildiyindən xəbər verir. Ziyad Quluzadənin qəhrəmanları isə sevginin sehrini gündəlik həyatın keşməkeşlərində itiriblər. "Təhminə Zaur" sevdası romanda keçmiş məhəbbətin uzaq dumanlı xatirəsi, fon kimi çıxış edir.

 

3. Təhminə obrazının dekonstruksiyası. Anarın Təhminəsi azad sevgi uğrunda mübarizə apararkən cəmiyyətin yasaqlarını pozsa da, oxucu onun məhəbbətinin saflığına inanır, onu qorxmaz, mübariz bir qadın kimi tanıyır. "Kəpənəkdoğan"ın qəhrəmanı olan Təhminə isə cəmiyyət qarşısında məğlub olaraq onun yazılmamış qanunlarını etirazsız qəbul edən bir qadına çevrilir. "Yeni" Təhminə qızının başına gələn hadisənin cəmiyyətin gözündə anormal, qəbulolunmaz olmasından dolayı Zaur Məryəmi evdən qovarkən etiraz etmir, balasını ərinin statusuna, cəmiyyətin qanunlarına cəmiyyət tərəfindən "qəbul olunan" olmaq üçün qurban verir.

 

4. Zaur obrazı. "Kəpənəkdoğan"ın Zauru "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərindəki sələfindən xarakter baxımından seçilmir. Qocalsa da, yenə cəmiyyətin "sıravi əsgəri" kimi fəaliyyət göstərir. Zaur daxilən fərqli həyat istəsə , "cəmiyyətə yarınmaq", "hamı kimi olmaq" istəyi daha güclüdür. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə şayiələrə görə Təhminədən vaz keçən Zaur burada daha dəhşətli bir hərəkətə yol verir: karyerası üçün balasından üz döndərir, onu ölümün ağuşuna atır.

 

5. Məryəm rəmzi-mistik qat. Anarın Təhminəsi ana olmaq şansını həmişəlik itirmişdi. "Kəpənəkdoğan"ın qəhrəmanları olan Təhminə Zaurun isə Məryəm adlı bir qızları var. Adını daşıdığı Müqəddəs Məryəm kimi bakirə ikən hamilə qalan qiyamət xəbərçisi olan kəpənəklər dünyaya gətirən Məryəm əsərin əsas qəhrəmanıdır. Məryəm həm cəmiyyətin, həm Təhminə-Zaur tandeminin imtahanı sonudur. Məryəm obrazı vasitəsi ilə Ziyad Quluzadə əsərə Anarın təqdim etdiyi süjetdə olmayan rəmzi -mistik qat gətirir. Əsərdə həm xristian fəlsəfəsi ilə bağlı məqamlar (Müqəddəs Məryəm, İsa, kilsə, yeni eranın başlanğıcı, xilaskar yenidən doğulma), həm şərq fəlsəfəsi, sufizmlə bağlı məqamlar (kəpənək uzaq şərq arxetipi sufi simvoludur) əksini tapmışdır.

 

6. "Təhminə effekti". "Kəpənəkdoğan" əsərində Təhminənin anasının da gündəliyindən parçalar verilir bu priyomla Ziyad Quluzadə Təhminənin yeni obrazının ştrixlərini daha da qabarıq təqdim etməyə nail olur. Oxucu Təhminənin anası - Təhminə-Məryəm xətti üzrə gündəliklər vasitəsilə hadisələri izlədikcə nəsillər boyu davam edən "Təhminə effekti" ilə qarşılaşır. Əsərdə gündəlik janrından priyom kimi istifadə edilməsi obrazların daha inandırıcı səmimi qurulmasına, oxucunun diqqətinin fokuslanmasına səbəb olur.

 

Beləliklə, "Kəpənəkdoğan" romanında "Beşmərtəbəli evin altıncı mərtəbəsi"nin dekonstruktiv variantının yaradılması Anarın əsərinin əsas mətn olaraq qəbul edilməsini şərtləndirir və romanı kanonlaşdırır. Bu roman həm də postmodern Azərbaycan nəsrində zaman baxımından daha yaxın olan bədii mətnlərin dekonstruksiyası vasitəsilə dekonstruktiv prosesin növbəti etapının başlandığını göstərir.

 

 

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.17.