Akademik İsa Həbibbəylinin İtaliyada monoqrafiyası nəşr olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı (La letteratura Azerbaigiana di inizio novecento tı) monoqrafiyası Romada nəşr olunub.

 

Monoqrafiyada akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixində zənginliyi ilə seçilən XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli ədəbiyyat xadimlərinin, yazıçı və şairlərinin həyat və yaradıcılıqları haqqında portret oçerklər yer alıb.

 

Azərbaycanın ictimai fikir tarixində mühüm mərhələ olan XX əsrin əvvəllərində Molla Nəsrəddin və Füyuzat kimi ədəbi məktəblər yaranıb. Akademikin monoqrafiyasında Azərbaycan ədəbiyyatında maarifçi realizm, tənqidi realizmromantizm ədəbi cərəyanlarının görkəmli nümayəndələri haqqında portret oçerklər müvafiq bölgü əsasında təqdim olunub. Əlavə olaraq bu dövrün ədəbi-tənqidi fikrinin formalaşmasında mühüm rol oynamış görkəmli fikir adamları ayrıca fəsildə verilib.

 

Girişdə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı xüsusi ədəbi mərhələ kimi verilibbu tarixi mərhələnin səciyyəvi xüsusiyyətləri şərh olunub. Monoqrafiyanın sonunda dövrə dair ədəbiyyatı özündə əks etdirən biblioqrafiyaakademik İsa Həbibbəylinin bioqrafiyası oxuculara təqdim edilib.

 

Kitabın üz qabığında Molla Nəsrəddin jurnalının birinci sayının üz qabığı, içərisində isə hər bir yazıçı və şairin fotosu, onların ev-muzeylərindən şəkillər verilib.

 

Sandro Teti nəşriyyatında çap olunan kitabın tərcüməçisi Giorgia Felici, redaktoru Giorgia Susannadır.

 

İtaliyanın paytaxtı Romada çap olunan monoqrafiya Azərbaycan ədəbiyyatının dünyada təbliği baxımından əhəmiyyətli elmi mənbədir. Kitab, həmçinin Azərbaycan-İtaliya elmi-ədəbi əlaqələrinin yeni bir səhifəsidir.

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.15.