Milli Kitabxanada “Laçın işğaldan azad edildi!” adlı virtual sərgi açılıb

 

Laçın rayonunun işğaldan azad olunması münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindənLaçın işğaldan azad edildi!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Laçının tarixi, təbii sərvətləri haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

 525-ci qəzet.- 2021.- 2 dekabr.- S.9.