Mitolojinin elçisi, Kamal Abdulla armağanı kitabının təqdimatı keçirilib

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə Türkiyədə nəşr olunmuş Mitolojinin elçisi, Kamal Abdulla armağanı adlı kitabın təqdimat mərasimi keçirilib.

 

Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov dekabr ayında görkəmli alim Kamal Abdullanın 70 illik yubileyinin tamam olduğunu deyib. Bildirilib ki, Kamal Abdullanın Azərbaycan xalqı, dövləti qarşısında xidmətləri böyükdür. Bir türkoloq alim kimi Kamal Abdullanın Azərbaycan filologiyasının, xüsusilə qorqudşünaslığın, sintaksisin nəzəri problemlərinin, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi inkişafında mühüm xidmətləri vardır. Kamal Abdulla, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin multikulturalizminin Avropa Amerika, Yaxın Uzaq Şərq ölkə universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərib, Azərbaycan həqiqətlərinin bu yolla da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında real işlər görüb. Bütün bunların nəticəsidir ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə sözügedən kitab Türkiyədə nəşr olunub. Kitabda istər Azərbaycanın, istərsə türk dünyasının xarici müəlliflərin Kamal Abdulla haqqında fikirləri, təbrikləri, mülahizələri öz əksini tapıb.

 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli məruzə ilə çıxış edərək Milli Kitabxananın elm, mədəniyyət sahəsindəki fəaliyyətini ziyalılarımıza göstərdiyi xidməti yüksək qiymətləndirib. O bildirib ki, Kamal Abdulla yaradıcılığı nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanınır, tədqiq edilir: K.Abdulla Azərbaycan ədəbiyyatına əhəmiyyətli töhfələr verən ziyalılarımızdandır. Onun həm Xalq yazıçısı, həm bir akademik kimi fəaliyyəti çox dəyərlidir. Belə ki, onun Kitabi Dədə Qorqud haqqında yazılan əsərlərində həm bədii, ədəbi yanaşma, həm elmi yanaşma olduğunu görürük. Postmodernizm cərəyanının yaradılmasında da Kamal Abdullanın mühüm xidmətləri vardır.

 

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Kamal Abdulla Azərbaycanın çox dəyərli alimlərindəndir. Onun Azərbaycan dilinin qrammatikası, sintaksisin ayrı-ayrı məsələlərinə dair ciddi tədqiqat əsərləri var. N.Cəfərov bildirib ki, akademikin Kitabi-Dədə Qorquda dair yazılan əsərləri tədqiqatçılara bir köməkdir. Həmçinin o qeyd edib ki, Kamal Abdullanın anadan olmasının 70 illiyi münasibətilə nəşr olunan Mitolojinin elçisi, Kamal Abdulla armağanı adlı kitabda 24 ölkənin 123 müəllifinin Kamal Abdulla haqqında məqalələri yer alıb. Kitab Azərbaycan yazıçısı haqqında xaricdə çap olunan mükəmməl bir nəşrdir. O vurğulayıb ki, Milli Kitabxanada nümayiş olunan bu kitablar Kamal Abdulla yaradıcılığının bir nümunəsi, göstəricisidir.

 

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında ilk əvvəl Milli Kitabxanaya Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli şəxslərinə həsr edilən belə tədbirləri təşkil etdiyinə görə öz təşəkkürünü bildirib. Daha sonra, o, Kamal Abdullanı yubiley münasibətilə təbrik edərək belə bir fundamental kitabın nəşrini yüksək qiymətləndirib. O qeyd edib ki, Kamal Abdulla yaradıcılığı çoxşaxəlidir. O həm şair, həm gözəl hekayə ustası, dilçi, türkoloq, folklorşünas, ədəbiyyatşünas, mədəniyyətşünas alimdir. O, istər Azərbaycan ədəbiyyatında, istərsə Azərbaycanın ictimai-siyasi fikrində mühüm rol oynamış şəxsiyyətlərdəndir.

 

Tədbir zamanı Milli Kitabxana tərəfindən akademikin 70 illik yubileyi münasibətilə hazırlanan Xalq yazıçısı Kamal Abdulla adlı virtual sərgi nümayiş olunub.

 

Tədbirin davamında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, professor Rəhilə Qeybullayeva digərləri çıxış edərək Kamal Abdulla yaradıcılığının çoxşaxəliliyi, eləcə kitabın bədii tərtibatı ilə bağlı məsələlər haqqında çıxış ediblər.

 

Tədbirin sonunda Xalq yazıçısı, akademik, Əməkdar elm xadimi Kamal Abdulla çıxış edərək ilk öncə ona yubiley münasibətilə Şərəf ordeninin verilməsinə görə, ölkə Prezident İlham Əliyevə bu tədbirin keçirilməsində təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib.

 

Sonda qonaqlar Kamal Abdullanın həyat yaradıcılığını əhatə edən geniş kitab sərgisi ilə tanış olublar.

 

525-ci qəzet.- 2021.- 4 fevral.- S.9.