Duymaq xoşbəxtliyi

 

Bir narahat gecəmin sabahı gəldi yaxşı ki, mən bu gecəylə birgə sabaha çıxa bildim. Səhərüzü saat 6-dan sonrakı iki saatı nəzərə almasaq, gecə çimir etməmişəm, yox, əsaslı bir səbəbi yoxdu, elə yuxumu öz əlimlə açıb buraxmışam, sonra da qədər çağırsam da, şıltaqlığından əl çəkib geri dönməyib. Beləcə hərəmiz bir yanda düşüb qalmışıq...

 

İndi pəncərəmdə Günəşin şəfəqləri oynayıb gözlərimə əksi düşəndə azca yatdığımı fərq etdim, mən cavabında Yer kürəsinin, ümumiyyətlə, elə dünyanın şahzadəsini təbəssümlə salamladım, sevindim ki, bir gecəni sabaha çıxaranların sırasındayam.

 

Yatağımdan qalxıb açıq balkona çıxaraq ucsuz-bucaqsız, əsrarəngiz səmanı minnətdarlıqla seyr edib Gözləgörünməzə çoxlu şükürlər ismarlayıram, mesajımın ünvanına çatdığına isə qəti şübhəm yoxdur...

 

, indi məni çoxlu sayda səhər prosedurları gözləyir, yubanmaq olmaz... Amma bu nədir, krantı açıram su yoxdur, işığın düyməsini basıram işıq yanmır! yaxşı, az da olsa ehtiyat suyumuz var hələ, bir neçə saat yaşamaq olar, amma telefonumun enerjisi tükənir, işıqsız çətin olacaq. Tez telefonu üzü üstə çevirirəm, qoy ekrandakı saat da enerji xərcləməsin. Belə, həyatın bir tərəfi iflic olub, amma insan beynindən fərqli olaraq bəla hansı yandan vurubsa iflic o tərəfi tutur...

 

Eh, hələ ağrılar var ki, can çəkir, bəlalar var başa gələsi. Anamın ən çox eşitdiyim dualarından biri "İlahi, sən sağ əli sol ələ möhtac eləmə...", uşaq idim, dərinliyini anlamırdım, böyüdüm sonacan dərk edə bilmədim. Bu söz sən demə, həm hərfi, həm məcazi mənada düzgün ifadə edirmiş istəkləri. İlahi, boyda hikmət var imiş bu sözlərdə, insan əzalarından tutmuş ta qarışıq dünyamızın bildiyimiz bilmədiyimiz ehtiyaclarına, daxili xarici tələbatlarına, qarşılıqlı münasibətlərinə qədər! Keçənlərdə gözləmədiyim halda bir bəla tapdı məni (əlbəttə, bəla elə həmişə gözlənilmədən gəlir), əl-bilək oynağında yaranan problem bir əlimi demək olar ki, tamamilə "çıxdaş" etdi, qaldım bir əlimin umuduna. Bax onda gördüm tək əldən səs çıxmadığını, gündəlik həyati ehtiyaclarının bir əl ilə yerinə yetirməyin əslində mümkünsüzlüyünü... Bax onda dedim: " xoşbəxt imişəm bir zaman, Allah..."

 

Anam bir onu deyərdi ki, bala, adama təkcə işləyəndə deyil, yeyəndə, içəndə kömək lazımdır. Əslində, bu, adi bir kənd qadınının heç adını belə bilmədiyi "humanizm"in təntənəsi idi, olanını paylaşmaq mədəniyyəti idi, yanındakı insanın kim olur olsun, ac qalmadığına əmin olmaq demək idi! Heç duydunuzmu siz , başınıza gəldimi, bişirdiyiniz yeməyin ehtiyacınızdan artığı məhz təkliyiniz ucbatından qalıb xarab oldumu?! Vəsilə xanımı xatırlayıram, Vəsilə Usubovanı, keçmiş yoldaşımı, gözəl yazar-jurnalisti, qələmindən zər tökən bu xanım gözləmədiyi, ağıla gəlməyən bir dərdə düşmüşdü, elə o dərdlə getdi dünyadan... Əvvəlcə udması çətinləşdi, çeynədiyi çörəyi qida borusuna ötürə bilmədi, sonra bu hiss tamamilə öldü. Yerli həkimlərdən əl üzüb xaricə üz tutdu, amma ümidsiz döndü geriyə. Onda böyüklərin dərdə şükür etməsinin səbəbini anladım: "Allah adama dərmansız dərd verməsin..." Amma gəlin düzünü deyək, sonuncu dəfə vaxt ağzınıza qoyduğunuz halal tikənizi çeynəyə uda bildiyinizin fərqinə varmısınız, bunun üçün Allaha şükranlıq etmisiniz? Vəsilə xanımla bir telefon söhbətimi unuda bilmirəm:

 

- Salam, axşamın xeyir, necəsən, Vəsilə xanım? Müalicən necə keçir?

 

- Sağ ol, Şahnaz xanım, bu gün Allaha çox şükür olsun, bir dənə peçenye yemişəm, yarım fincan da çay içə bilmişəm...

 

Təsəvvür edə bilməzsiniz bu anlarda onun səsi necə xoşbəxt idi!..

 

... İnsan niyə narazıdı, nədən narazıdı, hər şeyi varikən nədən o var olanları ayağının altına yığıb yenə uzaqlara boylanır, axtarır görəsən!? Sanki dünya bir yarış meydançasıdır, insanlar da yarışçı, əli yetənın, ovcunda olanın fərqində deyil, aza qane olmamaq, daha çoxunu istəmək yeni, bəzən lüzumsuz arzu-istəklərin peşində keçir ömür-gün. Axı insan qaçmaq üçün gəlməyib dünyaya, oturmalı, dayanıb nəfəsini dərməli yoluna həyatın ritminə uyğun davam etməlidir. Niyə bəs o, hər şeyin qədir-qiymətini onu itirəndən sonra dərk edir!? Bəzən xoşbəxtliyin, səadətin içində olub, əlini əlində tutduğu halda görə bilmir, hiss edə bilmir? Lap elə R.Taqorun Divanəsi kimi... Bütün həyatını dincəlmək olduğunu bilmədən "məhək daşı" axtarmağa sərf edən Divanənin başı işinə elə qarışmışdı ki, belindəki zəncirin vaxt qızıla çevrildiyini hiss etməmişdi. "Beləcə, o, məhək daşını tapmış itirmişdi..."

 

Xalq şairi, bəşəri şair Cabir Novruz demiş:

 

... Demə hər günümüz bir nağıl imiş,

Bu ölməz nağılı görmürük ancaq...

 

Bəli, ən adi şeylər imiş elə xoşbəxtlik içdiyin su, yediyin çörək, səni aparan ayaqların, işləyən əl-qolun, danışan dilin, görən gözün, düşünən beynin.., hər şey, hər şey xoşbəxtliyin özü imiş! Əli Kərim xoşbəxtliyin şəklini bax elə belə çəkib:

 

... İçdiyim o su da səadət imiş,

İşə getməyim , qayıtmağım da...

 

Dünyada qədər müxtəlif cür şikəst insan var, kimi bircə dəfə Günəş işığını görməyinə bütün varını verər, kimi yeriməyinə.., kimi dilinin söz tutmasına... qədər valideyn övladı üçün hər gün mücadilə verir görən!? Deməli, insanı yaradan çox zəngin varlı yaratmışdır, amma insan buna heç bir pul-para xərcləmədiyindəndir ki, naşükürlük edir. Təsəvvürə sığmayacaq böyük bir məbləğ edərdi insanın əzaları, daxili orqanları! Amma olsun, vaxtında dəyərini bilirmi? Bu yerə gəlib çatanda murdar ermənilərin Birinci Qarabağ müharibəsində əsir götürdüyü yüzlərlə uşağın daxili orqanlarının alveri ilə məşğul olmasını xatırladım... Dünyanın erməni yarasına nifrətim bir az da artdı!

 

Xoşbəxtliyin çox çaları var, amma sağlamlıq olmasa, heç nədən zövq almaq olmur. Deməli, sağlamlıqdan başlayır xoşbəxtliyə gedən yol, özü tək cismani sağlamlıq deyil, ruhi, zehni sağlamlıq şərtdir. Pifaqor boş yerə demirdi:

 

- Xoşbəxtlik ardınca qaçma, o, sənin özündədir!

 

Xoşbəxliyin qafiyəsi yoxdu, çünki tərkibi olduqca zəngin olan, özündə ən müxtəlif makro mikro xoşbəxt hissəciklər birləşdirən bu nəhəng hissin dadı bir ömür insanın damarında gəzib dolanır, tərk etmir onu.

 

hər kəs öz xoşbəxtliyinin memarı olmalı, onu qurmalı, qorumalı elə yaşamalıdır ki, sonra deyə bilsin:

 

Biz elə dünyanın bəxtəvəriyik,

Sən mən, eləcə xoşbəxt xoşbəxt...

 

Şahnaz Şahinn

 

525-ci qəzet.- 2021.- 4 fevral.- S.13.