Azərbaycan və İran Milli kitabxanalarının əməkdaşlığı müzakirə olunub.

 

 

Fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan Milli Kitabxanada olub.

 

Qonaqları salamlayan kitabxananın direktoru, professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb, son illərdə bu əlaqələrin zəiflədiyini bildirib. Qeyd edib ki, Azərbaycan İran milli kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac var.

 

Əli Purmərcan Milli Kitabxanada olmasından şad olduğunu ifadə edərək, iki ölkənin milli kitabxanaları arasında mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. Qonaq Nizami Gəncəvi İlində dahi şair haqqında yeni kitabların nəşrinin, iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, N.Gəncəvinin Xosrov Şirin əsəri fars dilində nəşr edilib. Həmçinin Yeddi gözəl əsəri bu yaxınlarda çapdan çıxacaq.

 

Kərim Tahirov qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin ölkəmizdə Nizami Gəncəvi İli kimi qeyd olunmasının əhəmiyyətindən bəhs edən direktor Azərbaycan Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrə Nizami ilinin açılış tədbiri, sərgidə nümayiş olunan kitablar barədə məlumat verib. Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Milli Kitabxana Heydər Əliyev Fondunun onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında muzeylərində mühafizə edilən Azərbaycana aid əlyazmaların surətlərinin ölkəyə gətirilməsini həyata keçirir. Son iki ildə layihə çərçivəsində Türkiyədən, Pakistandan, Hindistandan digər ölkələrdən 58 əlyazmanın surətləri Milli Kitabxanaya gətirilib.

 

Görüşdə sözügedən layihə üzrə İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılıb.

 

Kərim Tahirov həmçinin Azərbaycan İran milli kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

 

Daha sonra Əli Purmərcan Nizami əsərlərinin səhnələşdirilməsinin Xəmsənin yenidən işlənilib nəşr olunmasının vacibliyini vurğulayıb, habelə hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanmasına köməklik göstərəcəyini bildirib.

 

Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.

 

525-ci qəzet.- 2021.- 9 fevral.- S.9.