Qarabağdakı Alban məbədləri sahiblərinə qovuşur...

 

 

"525-ci qəzet"in hələ ötənilki 25 noyabr tarixli sayında Rəşad Məcid Qarabağdakı Alban mədəniyyətinə aid məbədlərin Azərbaycan Alban-Udi xristian dini icmasinin ixtiyarına verilməsi təklifilə çıxış etmiş, mənfur ermənilərin qədim Alban irsinə sahib çıxaraq albanlara aid tarixi abidələri mənimsədiklərini qeyd etmiş, Azərbaycanın Qəbələ rayonunun Nic kəndində Alban xalqının varisləri olan udinlərin yaşadıqlarını, bu yaxınlarda Heydər Əliyev Fondunun Qəbələdəki qədim Alban kilsəsini təmir etdirdiyini xatırladaraq, Şəkinin qədim Kiş kəndində xristianlığın ilk məbədlərindən biri sayılan Alban məbədinin mövcudluğunu, eləcə Laçında möhtəşəm Ağoğlan, Kəlbəcərdə Gəncəsər, Xudavəng monastırı, Ağdərədə Müqəddəs Yelisey kimi qədim alban abidələrinin olduğunu göstərmişdi. İran ərazisindən başlayaraq, Araz çayından keçərək, Həkəri çayı Ağoğlan çayı boyunca iki-üç aşırımlı (tağlı) körpülərin mövcudluğu, Laçın rayonunun Minkənd kəndində anbar kimi istifadə olunan Alban abidəsi, həmin ərazidən Sisian (Qarakilsə) rayonuna, oradan da İrəvan Qars istiqamətində karvan yolunun, yolboyu karvansarayların mövcudluğu bölgədə qədim albanların izlərini hələ özündə əks etdirməkdədir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov R.Məcidin təklifinə münasibət bildirərkən, Qafqazdakı Alban kilsələrinin xristian dünyasının ən qədim abidələrindən olduğunu, təəssüf ki, 1836-cı ildə Müqəddəs Sinodun qərarı ilə Alban Katolikosluğunun fəaliyyətinə son qoyulması ilə Alban kilsələrinə erməni Qriqoryan kilsəsinin sahib çıxmasına zəmin yaradıldığı, məbədləri bir qisminin isə gürcü Provaslav kilsəsinin təsiri altına düşdüyünü vurğulamışdı. G.İsmayılova görə, Qarabağda ona yaxın ərazilərdəki Alban kilsələrinin mütləq əksəriyyəti qriqoryanlaşdırılıb. Ermənistanın Azərbaycana qarşı təcavüzündən sonra ermənilər işgal altındakı bütün Alban məbədlərini qriqoryanlaşdıraraq özününküləşdiriblər. Komitə sədrinin müavini Alban kilsəsinin hüququ statusunun bərpası fikrinə toxunarkən, bunun çox vacib bir məsələ olduğunu bildirmişdi. Qeyd edək ki, hələ 2006-cı ildə Azərbaycanda Alban-Udi xristian dini icmasının yaradılması bu istiqamətdə aparılan işləri sürətləndirməklə yanaşı, uzaqgörənliyin nəticəsi kimi qiymətləndirilməlidir. G.İsmayılov R.Məcidin Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Azərbaycan Alban-Udi xristian dini icmasının ixtiyarına verilməsi təklifini ziyalı mövqeyi kimi təqdir etmiş, bu məsələlər müzakirəyə çıxarılarkən ziyalıların mövqeyinin mütləq nəzərə alınacağını bildirmişdi.

 

Mən "525-ci qəzet"də "Ermənilər qədim Alban məbəd abidələrinə qənim kəsilib" başlıqlı yazı ilə tanış olduqdan sonra Rəşad Məcidin Qarabağdaki Alban mədəniyyətinə aid məbədlərin Alban-Udi xristian dini icmasının ixtiyarina verilməsi təklifini ürəkdən bəyənmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun fikirlərini təqdir etdiyimi bildirmişdim. Eyni zamanda qeyd etmişdim ki, bu məsələlərlə bağlı AMEA Rəyasət Heyətinin Albanşünaslıq Elmi Mərkəzinin yaradılması barədə qərarı olduqca məqsədəuyğun addımdır.

 

 

 

Artıq yuxarıda göstərilənlərlə bağlı son üç ayda görülən işlər öz bəhrəsini verməyə bağlayıb. Yerli hakimiyyət nümayəndələri ilə yanaşı, bu müddət ərzində Azərbaycan Alban-Udi xristian dini icmasinin rəhbəri ayrı-ayrı üzvlərinin dəfələrlə Kəlbəcərdəki Gəncəsər Xudavəng monastırına ziyarətlərinin təşkili, ötən günlər bu dini icmanın təmsilçilərinin İkinci Qarabag müharibəsində iştirak edən Udi xalqının nümayəndələrinin iştirakı ilə Laçın rayonundakı möhtəşəm Ağoğlan Alban məbədinin geniş tərkibdə ziyarəti, bu ziyarətin dövlət özəl televiziya kanallarında dəfələrlə nümayişi, digər kütləvi informasiya vasitələrində xəbərlərin yer alması bütün xalqımızla yanaşı, Laçın rayon ictimaiyyətinin mənəvi hisslərinin yüksəlməsinə səbəb olub. Mən Laçın rayonunun əhalisi ziyalıları adından bu iftixar fərəh hisslərini bizlərə yaşadan Ali Baş Komandana Azərbaycan Ordusuna öz dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, bütün bu məsələlərin təşəbbüsçüsü kimi Rəşad Məcidə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, xüsusilə onun sədr müavini, bu işlərdə xeyli zəhmət çəkən hörmətli ziyalımız Gündüz İsmayılova da səmimi qəlbdən təşəkkür edirəm. Mən hələ "525-ci qəzet"in 16 dekabr 2020-ci il tarixli sayında dərc olunmuş yazımda əminliyimi bildirmişdim ki, bu təşəbbüslər bölgədəki müsəlman icmasına İslam dininə qarşı ədalətsiz məkrli qərəzin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə yol açacaq. Hesab edirəm ki, artıq ilkin nəticələr əldə olunub. Bu nəticələr istər Kəlbəcər istərsə Laçın rayonunun ərazilərindən daimi "dəhliz" kimi istifadə edəcəklərinə göz tikən mənfur qonşularımız üzərində ən böyük ictimai, siyasi mənəvi qələbəmizdir. Bu kimi tədbirlərin nəticəsidir ki, son günlər sülhməramlıların tabeliyində olan "Laçın dəhlizi"nin nəzarətə götürülməsi insanlarımızda məmnunluq hissi yaradıb. Laçın Kəlbəcər rayonunun əhalisinin istəyi ondan ibarətdir ki, Zəngilandan Naxçıvana dəmir yolu, avtomobil yolu ilə bağlı sərhəd keçid məntəqəsi olacağı halda, ermənilərə Laçın, Kəlbəcərdən keçid - "dəhliz" verilsin.

 

1905-1907-ci, 1918-1920-ci 1988-1993-cü illərdəki münaqişələr zamanı da ermənilər Laçın Kəlbəcər ərazilərindən Qarabağa yaxın məsafə olmasından istifadə edib ərazilərimizə soxularaq kütləvi qırğınlar törətmişdilər. Bütün bunları tarixçilər daha ətraflı izah şərh edə bilərlər.

 

 

 

Sonda növbəti Laçın səfərləri zamanı nümayəndə heyətinin tərkibinə bələdçi kimi mənim, eləcə Laçın rayonunu təmsil edən ziyalılardan ibarət bir qrupun da daxil olunmasını arzu edirəm.

 

Bütün fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

 

Elbrus TƏHMƏZOV

Milli Məclisin Laçın rayonundan seçilmiş sabiq deputatı

 

525-ci qəzet.- 2021.- 17 fevral.-S.13.