Esse felyetonda çağdaş müəllif xətti

 

 

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından sayılan Yunus Oğuzun "Nadir şah" (2008),"Təhmasib şah" (2009), "Əmir Teymur - zirvəyə doğru" (2011), "Əmir Teymur - dünyanın hakimi" (2012), "Şah arvadı cadugər" (2013), "Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz" (2017), "Ovçu" (2018), "Səfəvi Şeyxi" (2019) romanları tariximizin təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rola malikdir.

 

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalına, 2010-cu ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülən, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunan Yunus Oğuz daim Azərbaycançılıq, türkçülük, dövlətçilik idealları mövqeyindən çıxış edib.

 

Yunus Oğuzun müəllif layihəsi olan, 2017-ci il 15 sentyabrdan 27 mart 2020-ci il tarixinədək "Mədəniyyət" Televiziyasında yayımlanan "Yaddaş" verilişinin əsas qayəsi məhz tarixin dərindən öyrənilməsi, tarixi həqiqətlər fonunda müasir Azərbaycanın dünyaya tanıdılması, gənc nəslə Azərbaycançılıq türkçülük ideallarının aşılanması olmuşdu.

 

Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm esse felyetonları ilə oxuculara yaxşı tanışdır. Onun esselərində müasir Azərbaycan tarixində iz qoyan şəxsiyyətlər, hadisələr, faktlar bədii rübəndlə təqdim olunsa da, bu esselərdə yazarın müşahidə qabiliyyəti, mahiyyətə varma ən önəmli məqamları qabartmaq, vurğulamaq qabiliyyəti dərhal oxucunun diqqətini cəlb edir.

 

Yazarın "Ustad getdi" esse-elegiyası görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi ideoloji metodları kafedrasının professoru Şirməmməd Hüseynovun vəfatı münasibətilə qələmə alınıb. Yunus Oğuz essedə Şirməmməd Hüseynovu Həsən bəy Zərdabi ilə müqayisə edərək hər iki ustadın Azərbaycan xalqı onun gələcəyi yolunda böyük xidmətlərini vurğulayır: "Əsas məsələ yaddaşlardan heç zaman silinməyəcək tarixi günümüzə daşımaq, bildiklərini gəncliyə aşılamaq idi edirdilər. Xalqın pərvanəsi idilər. Xalq üçün yanırdılar".

 

"Zəfər paradı" essesi 44 günlük müharibədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəşadətli Azərbaycan ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm qələbənin Bakıda keçirilən yekun tədbiri olan, bütün dünyaya Azərbaycanın haqq savaşındakı qalibiyyətini çatdıran hərbi parada həsr edilib: "Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı".

 

Yunus Oğuzun "28 illik hazırlıq ermənilərə verilən 44 günlük dərs" silsilə yazıları da 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyətinə, Ali Baş Komandanın siyasi iradəsi ordumuzun rəşadəti sayəsində qazanılmış qələbəmizin ümumdünya miqyasında önəminə həsr edilib. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi boyunca digər Azərbaycan ziyalıları kimi Yunus Oğuz da qələmini süngüyə çevirib daim xalqın haqq savaşını tərənnüm etdi, Qarabağ uğrunda mənəvi-ruhi mübarizənin ön sıralarında oldu. Yunus Oğuzun Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi "Dövlət bizik" şeirinə Şahin Musaoğlu tərəfindən bəstə yazılıb. Azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov tərəfindən ifa edilən həmin mahnı tarixi qələbəmizi tərənnüm edən ilk nəğmələrdən biri kimi diqqətəlayiqdir.

 

Yunus Oğuzun esseləri ilə yanaşı, felyetonları da yazıçının yaradıcılığında mühüm yer tutur. Yunus Oğuzun felyetonlarının yazıçının prototipi olan baş qəhrəmanı özünü Mirzə adlandırır. Feyletonlarda bu obrazla qarşılaşan oxucuda Əbdürrəhim bəy Haqverdiyevin məlum hekayəsindəki Mirzə Səfər obrazı ilə bağlı assosiasiya yaranır. Yazıçının bu uğurlu priyomu sayəsində felyetonlar yeni çalar, altməna qazanır, artıq arxetipikləşməyə doğru gedən Mirzə Səfər obrazının müasir variantı, xələfi olan Mirzənin dilindən deyilənlər daha təsirli inandırıcı səslənir. Təbii ki, Mirzənin tərəf müqabilləri Həsənağalar onların qohumlarıdır. Yunus Oğuzun "Bekarçılıqdır", "Həsən ağanın qohumu" felyetonlarında yalançılıq, kiminsə qohumu olmasından istifadə etməklə özünə yol açmaq, güzəran qurmaq istəyənlər tənqid olunur. "Ayaqqabısını cənnətdə qoyan peyğəmbər" felyetonunda isə Mirzənin teoloq alim dostu ilə söhbətində dini xurafat savadsızlıq tənqid edilir. Bu felyetonlar içində "Deyirəm oyan, gözünü , ayağa dur! İstəmir" adlı felyetonu xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, 7 aprel 2019-cu il tarixində yayımlanan "Molla Nəsrəddin jurnalı"nın nəşr ildönümünə ithaf edilmiş felyetonda yazıçı oxuculara məhz Molla Nəsrəddin, Mirzə Cəlil üslubu ilə müraciət edir: "Deyirəm oyan, gözünü , ayağa dur! İstəmir. Yüz illərin ağrı-acısını, toz-pasını üstündən at, silkələn, yenilən. İstəmir. Yüz il bundan öncə necə idisə, indi eləcə istəmir".

 

Beləliklə, Yunus Oğuzun felyetonlarında daimi obraz olan Mirzə ilə yanaşı, Molla Nəsrəddin obrazı, üslubu da yenidən canlanır, məhz bu obrazların sayəsində müasir oxucu ilə yazıçının dialoqu daha dərin, daha kəskin, daha mənalı səslənir.

 

Elnarə Qaragözova

 

525-ci qəzet.-2021.-18 fevral.- S.12.