Nizami Gəncəviyə aid beynəlxalq xalça eskizi müsabiqəsi keçirilir

 

 

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

 

Xalça Muzeyindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına mayın 15-dək göndərmələri xahiş olunur.

 

Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək mayın 30-da elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin, qalibə pul mükafatı təqdim olunacaq.

 

Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

 

525-ci qazet.- 2021.- 23 fevral.- S.14.