Abdulla Şaiq 140 adlı virtual sərgi açılıb

 

XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyi tamam olur. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli Əsrimizin qəhrəmanları, Araz, Qafqaz çiçəyi, Məktub yetişmədi, Köç s. kimi pyeslərin müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları tələbatçıları tərəfindən maraqla izlənib daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər valideynlər üçün mühüm vasitəyə çevrilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Abdulla Şaiq 140 adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Abdulla Şaiqin həyat yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə , haqqında yazılan kitab məqalələr təqdim olunur.

 

525-ci qəzet.- 2021.- 25 fevral. S. 9.