İstiqlal Muzeyində Dönüş: sabaha qalmayan qisas sərgisi

İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş Dönüş: sabaha qalmayan qisas adlı sərgi-tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və heykəltəraş Güntay Hüseynli çıxış ediblər.

Sərgidə tanınmış rəssam Vaqif Ucatayın azərbaycanlıların soyqırımına aid Bax!, gör!, unutma! adlı 73 ədəd qrafika janrında çəkdiyi əl işləri nümayiş etdirilir.

Sərgi martın 10-dək davam edəcək.

 

525-ci qəzet.- 2021.- 25 fevral. S. 16.