Nizami xəmsəsilayihəsinin yekun tədbiri keçirilib

 

Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunanNizami xəmsəsilayihəsiNizami dünyasının işığındaadlı ədəbi-bədii gecə mükafatlandırma mərasimi ilə yekunlaşıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev layihənin əhəmiyyətindən gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb.

 

Bildirilib ki, layihəyə əsasənNizamibədii filminin nümayişi, “Sirlər xəzinəsipoemasının müzakirəsi, Nizami Gəncəvinin həyat yaradıcılığına dairXəmsəmilli intellektual oyunu, “Nizami poeziyasıadlı bədii qiraət müsabiqəsi, “Nizaminin söz dünyası, poetik dili ədəbi irsimövzusunda açıq dərs, “Xəmsə möcüzəsiadlı rəsm müsabiqəsi keçirilib.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “ƏlincəqalaTarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Nizami Gəncəvinin həyat yaradıcılığından geniş söhbət açıblar.

TədbirdəNizami xəmsəsilayihəsi çərçivəsində reallaşanNizami poeziyasıbədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Həmçinin gecədəXəmsəmilli intellektual oyununun, adıçəkilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb..

 

525-ci qəzet.- 2021.- 24 fevral.- S.9.