Görkəmli ədiblərin ev-muzeylərinə virtual ekskursiyalar

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümumi təhsil müəssisələrində “Yay məktəbi” nin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən şair və yazıçıların ev muzeyləri ilə məktəblilər arasında virtual ekskursiyalar  təşkil etdi.

525.az xəbər verir ki, “Yay məktəbi” nin əsas məqsədi mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirmək, hərtərəfli dünyagörüşlərinin artırılmasını təmin etməklə uşaqlara mədəni xidmət göstərməkdir. Məktəblilər Azərbaycanın xalq şairi, dramaturqSəməd Vurğunun   görkəmli yazıçı-dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyiləri ilə tanış oldular.

 

Zoom platforması üzərindən reallaşan virtual ekskursiyaya Bakı şəhəri üzrəmüxtəlif məktəblərin sinif şagirdləri qatıldılar. Görüş çərçivəsində məktəblilərəbələdçilər tərəfindən muzeylərdəki eksponatlar haqqında ətraflı məlumat verildi.

 

Virtual ekskursiyalar şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

 

525-ci qəzet.- 2021.- 1 iyul. S. 9.