Hüznün, depressiyanın Saffari rəngləri

 

Bu yaxınlarda gənc yazar Orxan Saffarinin "Hüznsov depressiya" adlı kitabı işıq üzü görüb. Kitabda cəmləşən hekayələrin əksəriyyəti özünün şahidi olduğu hadisələrdir.

 

Kitabın digər adını "Bayıl etüdləri" adlandırmaq olar. Mətnlərin orijinallığı isə ondadır ki, hekayələr küçələrdən, tinlərdən, ocaqlardan qopan hadisələrin ab-havasına uyğun üslubda qələmə alınıb, forma və məzmun vəhdət tapıb. Hekayələrdəki hadisələr çərçivələrə sığmır, ona görə də cümlələrdə pafos yox səviyyəsindədir. Bununla yanaşı, hekayələr yeni bənzətmələrlə, fikirlərin bir-biri ilə maraqlı əlaqələndirilməsi, sətiraltı mənalarla zəngindir. Ən əsası isə, hekayələrdə əsl xarakterlər var. Müəllifin personajları insana yad gəlmir, qarşılaşdığımız müxtəlif xasiyyətli adamları yada salır. Kitabdakı hekayələrin məcmusu süjetsiz poemaları xatırladır: bir-birilə aşağı-yuxarı eyni boz həyatı yaşayan insanların başına gələn müxtəlif hadisələr... Sanki obrazların hamısı bir məhlədə yaşayır, bir-birlərinin yaşantılarından xəbərdardırlar, hər biri mübarizədədirlər. Bir neçə hekayənin məzmunu ilə tanış olsaq, dediklərimi aydın şəkildə sezə bilərik.

 

Orxan Saffari hekayələrdə oxucu ilə söhbət edir. Məsələn, "İcazə verin, sizə Mərcan xaladan danışım..." Hekayələrində bu tip onlarla cümlə tapmaq olar. Oxucuda xüsusi maraq yaranır, yazıçının intonasiyasın hiss edir, bəzən xülyasında səsini eşidir. Sanki müəllifin özü oxucunun qarşısında əyləşib hadisələri nəql edir. Yuxarıda nümunə göstərdiyim cümlə "Mərcan xala və polipləri" hekayəsindəndir. Bu hekayənin psixoloji qatı çox dərindir. Hər şey bir foto vasitəsilə uşaqlıq xatirəsinin yada düşməsi ilə başlayır. Hekayədə maraqlı bənzətmələr var. Məsələn, şəkillərə baxmaq qarabaşaq arıtlamağa bənzədilir.

 

Ümumiyyətlə, Orxan Saffari hekayələrdə lazımsız uzunçuluğa yol vermir, lakonikliyi üstün tutur. Sözügedən hekayədə yazır: "Mərcan xala 200-ə yaxın kuklası, pişiyi, bəzən də əri ilə yaşayırdı. Ona görə bəzən deyirəm ki, deyəsən, ayrılmışdılar. Ara-sıra gəlirdi evə. Bu hissəni nəsə bulanıq xatırlayıram. Həm də ailədaxili məsələ olduğu üçün, ta dərinə getmirəm". Və yaxud hekayənin digər hissəsində yazır: "Mərcan xala imkanlı adam idi. Jekdə işləyirdi. İşə getməsə də, maaşını vaxtlı-vaxtında alırdı. Qoy bu məsələ ilə də dövlət strukturları məşğul olsun". Göstərilən nümunələrdən də göründüyü kimi, "lirik ricət"ə yer verilmir, mövzu ana xətdən şaxələnmir.

 

Mərcan xalanın bədii obrazı, həyatı 4-5 cümlə ilə oxucuya tam aydın olur. Pişiyə, kuklara olan bağlılığı onun tənhalıq simvoludur. Uşaqlara olan aşırı sevgisi isə sonsuz olması ilə əlaqəlidir. Müəllifin ifadə etmək istədiyi fikir odur ki, insanlar sahib olmadıqları şeyi daha çox sevirlər, daha çox onun dəyərini başa düşürlər və daim həmin boşluğu doldurmaq üçün nəsnə axtarırlar. Mərcan xalanın da sevgisi bu çatışmazlıqdan qaynaqlanırdı.

 

Mərcan xalanın psixoloji vəziyyətinin gərginliyi və bunun yaşam tərzinə çevrilməsi kuklalarla münasibətində təzahür edir. O, yemək yeyən zaman kuklaları masa arxasına düzür, otağının birini məhz kuklalara ayırıb. Müəllif bu barədə danışanda iki sözün leksik tutumu arasındakı incə pərdəni möhtəşəm izah edib: dəlilik və tənhalıq. Yazıçı göstərir ki, bunlar Mərcan xalanın dəliliyi deyildi, tənhalığı idi. Çünki o, insanlarla münasibətdə çox normal idi, bütün bunlarla yanaşı, xoşbəxt görünürdü, gözləri parıldayırdı.

 

Mərcan xalanın öz ölümünü əvvəlcədən xəbər verməyi və bundan sonra baş verən hadisələr əsas fokuslanmalı olan məqamlardır. Hekayənin sentimental hissələri bir yana, əsas məğz bu hissələrdə cəmləşib. Mərcan xala qonşulara xəbər versə də, hamı şirin yuxuya dalır, o dediyi vaxtda heç kim oyanıb getmir, bir nəfərdən başqa. Bu isə, insan təkliyindən və bu təkliyin göstəricisi olan etinasızlıqdan irəli gəlir. Təkcə həmin qonşuluqdakı uşaq oyaq olur, eşiyə çıxıb ətrafı izləyir. Hekayənin bu yerində bir nüans maraq cəlb edir: həmin uşaq sübh namazının vaxtını qonşuluqdakı dindar kişinin işığının yanmasından bilir. Bu məqamda digər qonşunun Mərcan xalanın evinə girdiyini görür və həmin qadın çıxaraq ah-vay edir. Əslində, o, Mərcan xalanın qızıllarını oğurlayıbmış. Bu da, həyatı fəlakətlərlə dolu bir tənha qadının həzin dəhşətinə rəğmən, pul ehtirasının, şəxsi mənafeyin insanlığa güc gəldiyini göstərir. Nəticə isə odur ki, o qızılları oğurlayıb yalandan vay-şüvən edən qadın ilə Mərcan xalanın öz ölüm vaxtını deməyinə rəğmən şirin yuxuda olan qonşularının heç bir fərqi yoxdur, sonda hamı müxtəlif cür biganədir, həmin uşaqdan başqa: "Qapının kandarındakı pişik ağlayırdı. Mən orada göz yaşı görmədim, amma məncə, ağlayırdı. Mərcan xalanın pişiyi olsam, mən də ağlayardım". İllər keçsə də, həmin körpə böyüyəndən sonra fikirləşir: "Görəsən, o pişik hardadır?" Müəllif bununla keçmiş xatirələrin həmişə insanı qarabaqara izlədiyinə işarə edir.

 

"Pünhan" hekayəsində isə daha çox novella ünsürləri var: hadisənin gözlənilməz sonluqla bitməsi hekayənin bədii təsir gücünü artırır. Hekayədə iki xarakterik obraz var. Orxan obrazı çərçivələri qəbul etməyən, həyatda rahat yaşamağı vacib bilən, dəliqanlı bir obrazdır. Amma onun bəzi məqamlarda verdiyi reaksiyalar, əslində, dəliqanlılığı ilə yanaşı, xüsusi həssaslığından xəbər verir.

 

Elə Orxan Saffari hekayələrinin orijinallığın bir səbəbi də budur. İnsan obrazını bütün mənfi və müsbət xüsusiyyətləri ilə oxucuya çatdırır. Mütləq ideallıqdan, pafoslu möhtəşəmlikdən, büsbütün mənfi xüsusiyyətlərdən uzaq real insan surəti hekayəni həyatın özünə daha da yaxınlaşdırır, oxucu yaşantıları ilə uzlaşdırır. Vaxtilə, İsi Məlikzadənin hekayələrini də oxucu kütləsinə məhz bu amil sevdirmişdi.

 

 

Yazar Pünhan obrazının xüsusiyyətlərini, davranışlarını, dialoqdakı söhbətləri qurarkən, bir növ, oxucunu hekayənin finalına hazırlayıb. Baş verən hadisələrin arasında zəncirvari əlaqələr var. Heç nə təsadüfi baş vermir. Orxan öz tanışı Pünhanın hamıdan fərqləndiyini anlayır, mütəmadi olaraq onunla əlaqədə olur. Çünki Pünhanla Orxanı bağlayan amil var: Orxan Aybənizlə birlikdə hazırlığa gedir və Pünhan da Aybənizlə sevgilidir. Pünhandakı bəzi qəribəliklər Orxanda maraq yaradır, amma heç nəyi tam başa düşmür. Pünhanın Aybənizlə qız kimi öpüşməyi, Pünhanın qızın toxunuşundan çəkinməyi, küçə davalarında qorxmağı onun zəif, gücsüz, incə oğlan olduğu təəssüratını yaradır. Bəzən Orxan buna görə onun haqqında gileyli düşünür. Əgər belədirsə, deməli, ona qarşı fikir ətrafda birmənalı deyil. Sonda Pünhanın əslində qız olduğunun aşkarlanmağı, cinsi xəstəliyinin üzə çıxmağı ilə müəllif cəmiyyətə bir mesaj ünvanlayır: insanlara, onların davranışlarına birmənalı yanaşmayın, bunların arxasında hamıya pünhan olan bir yaşantı dayanır. Yazarın qurduğu süjet ortaya qoyduğu problem üçün bir vasitədir. Orxan Pünhanın qız olduğunu öyrənəndə bütün hadisələr, şübhələr lent kimi gözü qarşısından keçir. Yazıçı o şübhələrin nəticəsi kimi Pünhanın səhhəti, yaşantısı ilə bağlı pünhan, gizli olan məsələni üzə çıxarır. Bir növ, dram janrının kompazisiyası kimi, gənclərin münasibəti, məişət problemlərində, küçə davalarında yoldaşlığı ekspazisiya, Pünhanın qəribəlikləri kulminasiya, hər şeyin aydın üzə çıxması zavyaskadı. Əslində, hər şey üzə çıxanda məsələnin düyünü açılmır, bir insanın faciəsi baş verir. Amma ən azından, Orxan üçün hər şey aydın olur. Hekayənin finalı isə, çox təsirlidir: "O gün Pünhangilin qapılarının ağzından keçdim. Amma bu dəfə hazırlığa getmirdim. O günləri yadıma salıb qəribə hisslər yaşadım. Aybəniz də yoxdur axı, evlənib çoxdan. Hiss elədim ki, dostum üçün yamanca darıxmışam. Amma heç vaxt onun qız adını da öyrənə bilmədim. Heç yas da vermədilər öləndə. Bir günün içində köçüb getdilər. Hamıya pünhan qaldı o gözəl qız. İndi məzarını tapsaydım, laylay oxuyardım. Bir də sevmək istəyərdim onu..."

 

Orxan Saffarinin hekayələrini sevdirən xüsusiyyətlərində biri də odur ki, o, hekayələrinin əksəriyyətində elə özüdür. Qəhrəmanları da özü kimi həm uşaq kimi həssas, həm püskürən vulkan kimi coşqundur. Amma bu həyat hadisələri müəllifin təxəyüllü ilə həmrəngləşərək ədəbiyyatlaşıb. "Qüsl" hekayəsi də bu real bədiiliklər silsiləsindəndir. Sözün düzü, onun bu hekayəsində mövhumata qarşı "Haqverdiyevvari" bir sarkazm sezdim. Sinə döyə-döyə məscidə tərəf irəliləyən, hadisəni nəql edən obraz məhərrəmliyin adət-ənənəsinə uyğun davranır, amma məscidə tərəf iməkliyə-iməkliyə gedən qadının nə qədər gülməli vəziyyətdə olduğunu da dərk edir. Dərk etsə də, gülmür, inkar etmir, bu rituallara əməl edir. Hətta digərləri bu mənzərəni görüb dillənir: "Allah bizim də qəlbimizə belə iman salsın!" Müəllif kortəbii yox, bilə-bilə bu mənzərəni qəbullananların faciəsini oxucuya çatdırmaq istəyir.

 

Hekayənin digər məğzi mahiyyətə varmadan formal dindarların tənqididir. "Qonşudan qalma geri" havası ilə müxtəlif səbəblərdən bu mərasimə yığılanlar çoxdu. Hətta dağın başında - məzarlıqda dava düşəndən sonra orda olan 20 gənc məhərrəmliyi yaddan çıxardı. Kiçik vahimə vadar edir ki, hamı öz halında olsun.

 

Müəllif, digər tərəfdən, insanların hansısa təsadüflərdən qaynaqlanaraq yalançı miflər ardınca olduğunu hekayədə izah edir. Məscidə gedənlər dağın başında ruh görürlər. Amma sən demə, bu, bir sellofan imiş, ağacın budağına ilişib, məscidin işığında nura bənzəyir. Başqa bir epizodda cavanlar qəbiristanlıqda olanda birinin boynuna kəfən dəyir. Məsciddə soruşur ki, bəs mən nə edim? Kəfəni buna tərəf tullayan oğlan eşidəndə ki, boynuna kəfən dəyən meyit qüslü verməsə öləcək, vəlvələyə düşür. Təhrik edir ki, qüsl alsın. Üstündən uzun zaman keçəndən sonra qəbiristanlıqda kiminsə dəfnində kəfəni tullayan oğlan kəfən dəyən oğlanın qəbrini görür, yadına hadisə düşür, yəqin edir ki, qüsl almayıbmış...

 

M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni-Məşhur" əsərində Paris onsuz da dağılacaqdı, çünki şəhərdə çevriliş var idi. Bu hadisənin Məstəli şahın cadusu ilə heç bir əlaqəsi yox idi. Amma bir təsadüf yenə də Şərəhbanu kimi düşünənlərin batil inanclarını möhkəmlətdi. C.Məmmədquluzadənin "Ölülər" əsərində hacılar hamısı Məkkəyə payi-piyadan gedən, Quranı dəfələrlə oxuyan adamlar idi. Amma cahillik, gözlərinə pərdə salan xurafat, bir yandan da Nəsrullahın həqiqətə oxşayan yalanları imkan vermirdi ki, hər şeyi dərk etsinlər. "Qüsl" hekayəsindəki kütlə də Cəlilin, Axundzadənin acı-acı güldüyü kütlədi.

 

Hekayədə dini fanatizm, batil inanclar tənqid olunsa da, müəllif bunların səbəbsiz yerə olmadığına da göstərməyə çalışır. Xüsusən, İlahi eşqi dərk etməyən, ürəyi Yaradandan kənar olanların özlərini aşiq kimi göstərmələri, əslində, bəzilərinin ikiüzlü müsəlmançılığı hekayənin əsas mövzusudu.

 

"Hüznsov depressiya" kitabındakı "sov" şəkilçisinin tam haqqını verən hekayə "Atamın ayaqqabıları" hekayəsidir. "Sov" şəkilçisi sifətin azaltma dərəcəsinin şəkilçidir. Yəni tam hüznlü yox, nisbətən hüznlü, hüzünlütəhər depressiya. Bu hüzn hekayələrdə mövcud olan depressiv hadisələrin bir çalarıdır. "Atamın ayaqqabısı" hekayəsində duyğulu, kövrək, həyatın sərt üzünü göstərən hissələr olsa da, sonunda bir ani xoşbəxtlik var. Bu xoşbəxtlik, əslində, müəllifin gələcəyə nikbin baxışlarından xəbər verir. Yəni həyatdakı çətin vəziyyətlər bütünlüklə hüzndən etibar deyil, bu çətinliklərin arasında insanlar kiçicik nüanslardan xoşbəxt ola bilərlər - həyatdakı bədbəxtliklər, sıxıntılar, depressiyalar tam hüznlü deyil, hüznsovdur.

 

Hekayə həyatla mübarizə və mübarizə içərisində insanı ayaqda tutan həmin xoş anlardan bəhs edir. Körpə uşağın əlcəyi yoxdur, ailəsi çox kasıbdır. Əllərinə corab keçirərək qartopu oynayır, amma yenə də xoşbəxtdir. İlk qar sevinci bu çatışmazlığı onun yadından çıxarır. Uşaq hər tərəfin ağappaq olmasını nurani babasının saqqalına bənzədir. Hekayənin özündə də uşaq saflığı var.

 

Uşaq qartopu oynamağa gedəndə atasının ayaqqabısının cırıldığını görür. Yolda gedəndə zibilliyin yanında təptəzə ayaqqabı qarşısına çıxır. Gizlədir ki, qayıdanda götürsün, atasına aparsın. Birdən dostunun məhləsində taxtadan düzəlmiş komada yaşayan kimsəsiz rus qadın yadına düşür. Qadın adətən zibillikdə yatır. Qadına baxmaq üçün həmin yerə gedir. Çəpərdən həyətə tullananda qadını yerdə ölmüş vəziyyətdə görür. Heç kimin yadına düşmədiyi halda həmin uşaq o kimsəsiz qadını xatırlamışdı, halına acımışdı, öldüyünü görüb sarsılmışdı. Geri qayıdanda ayaqqabıları gizlətdiyi yerdə tapmır. Evə çatanda həmin ayaqqabıları qapının ağzında görür.

 

Bu, uşağın saf niyyətinin, insanpərvərliyinin, həyata pozitiv baxışının mükafatı idi. "Atamın ayaqqabıları" Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini xatırladır. "Buz heykəl"dəki ana çovğuna rəğmən, balasını ağuşuna sıxır, onun sağ qalması üçün mücadilə aparır və sonda körpə sağ qalır, bu çovğundan xilas olur. Ana buz heykələ çevrilsə də, körpə ana məhəbbətilə isinir. "Atamın ayaqqabıları" hekayəsi də eyni notlar üstündədir. Mübarizə içində gələcəkdən gələn ümid işığı...

 

Orxan Saffarinin "Hüznsov depressiya" kitabındakı digər hekayələri də çox oxunaqlıdır. Müəllifin mövzuları rəngarəngdir, hadisələri dinamik və maraqlıdır. Bəzən hekayələrindəki reallıq bədiiliyi üstələsə də, bu hekayələr kitabını uğurlu adlandırmaq olar. Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Hüznün, depressiyanın Saffari rəngləri - Nadir Yalçın yazır

Hüznün, depressiyanın Saffari rəngləri - <b style="color:red">Nadir Yalçın yazır</b>

YazarOxunub: 1666 dəfəa -A +14.07.21 17:30

 

Facebook

Twitter

WhatsApp

Nadir YALÇIN

 

Bu yaxınlarda gənc yazar Orxan Saffarinin "Hüznsov depressiya" adlı kitabı işıq üzü görüb. Kitabda cəmləşən hekayələrin əksəriyyəti özünün şahidi olduğu hadisələrdir.

 

Kitabın digər adını "Bayıl etüdləri" adlandırmaq olar. Mətnlərin orijinallığı isə ondadır ki, hekayələr küçələrdən, tinlərdən, ocaqlardan qopan hadisələrin ab-havasına uyğun üslubda qələmə alınıb, forma və məzmun vəhdət tapıb. Hekayələrdəki hadisələr çərçivələrə sığmır, ona görə də cümlələrdə pafos yox səviyyəsindədir. Bununla yanaşı, hekayələr yeni bənzətmələrlə, fikirlərin bir-biri ilə maraqlı əlaqələndirilməsi, sətiraltı mənalarla zəngindir. Ən əsası isə, hekayələrdə əsl xarakterlər var. Müəllifin personajları insana yad gəlmir, qarşılaşdığımız müxtəlif xasiyyətli adamları yada salır. Kitabdakı hekayələrin məcmusu süjetsiz poemaları xatırladır: bir-birilə aşağı-yuxarı eyni boz həyatı yaşayan insanların başına gələn müxtəlif hadisələr... Sanki obrazların hamısı bir məhlədə yaşayır, bir-birlərinin yaşantılarından xəbərdardırlar, hər biri mübarizədədirlər. Bir neçə hekayənin məzmunu ilə tanış olsaq, dediklərimi aydın şəkildə sezə bilərik.

 

Orxan Saffari hekayələrdə oxucu ilə söhbət edir. Məsələn, "İcazə verin, sizə Mərcan xaladan danışım..." Hekayələrində bu tip onlarla cümlə tapmaq olar. Oxucuda xüsusi maraq yaranır, yazıçının intonasiyasın hiss edir, bəzən xülyasında səsini eşidir. Sanki müəllifin özü oxucunun qarşısında əyləşib hadisələri nəql edir. Yuxarıda nümunə göstərdiyim cümlə "Mərcan xala və polipləri" hekayəsindəndir. Bu hekayənin psixoloji qatı çox dərindir. Hər şey bir foto vasitəsilə uşaqlıq xatirəsinin yada düşməsi ilə başlayır. Hekayədə maraqlı bənzətmələr var. Məsələn, şəkillərə baxmaq qarabaşaq arıtlamağa bənzədilir.

 

Ümumiyyətlə, Orxan Saffari hekayələrdə lazımsız uzunçuluğa yol vermir, lakonikliyi üstün tutur. Sözügedən hekayədə yazır: "Mərcan xala 200-ə yaxın kuklası, pişiyi, bəzən də əri ilə yaşayırdı. Ona görə bəzən deyirəm ki, deyəsən, ayrılmışdılar. Ara-sıra gəlirdi evə. Bu hissəni nəsə bulanıq xatırlayıram. Həm də ailədaxili məsələ olduğu üçün, ta dərinə getmirəm". Və yaxud hekayənin digər hissəsində yazır: "Mərcan xala imkanlı adam idi. Jekdə işləyirdi. İşə getməsə də, maaşını vaxtlı-vaxtında alırdı. Qoy bu məsələ ilə də dövlət strukturları məşğul olsun". Göstərilən nümunələrdən də göründüyü kimi, "lirik ricət"ə yer verilmir, mövzu ana xətdən şaxələnmir.

 

Mərcan xalanın bədii obrazı, həyatı 4-5 cümlə ilə oxucuya tam aydın olur. Pişiyə, kuklara olan bağlılığı onun tənhalıq simvoludur. Uşaqlara olan aşırı sevgisi isə sonsuz olması ilə əlaqəlidir. Müəllifin ifadə etmək istədiyi fikir odur ki, insanlar sahib olmadıqları şeyi daha çox sevirlər, daha çox onun dəyərini başa düşürlər və daim həmin boşluğu doldurmaq üçün nəsnə axtarırlar. Mərcan xalanın da sevgisi bu çatışmazlıqdan qaynaqlanırdı.

 

Mərcan xalanın psixoloji vəziyyətinin gərginliyi və bunun yaşam tərzinə çevrilməsi kuklalarla münasibətində təzahür edir. O, yemək yeyən zaman kuklaları masa arxasına düzür, otağının birini məhz kuklalara ayırıb. Müəllif bu barədə danışanda iki sözün leksik tutumu arasındakı incə pərdəni möhtəşəm izah edib: dəlilik və tənhalıq. Yazıçı göstərir ki, bunlar Mərcan xalanın dəliliyi deyildi, tənhalığı idi. Çünki o, insanlarla münasibətdə çox normal idi, bütün bunlarla yanaşı, xoşbəxt görünürdü, gözləri parıldayırdı.

 

Mərcan xalanın öz ölümünü əvvəlcədən xəbər verməyi və bundan sonra baş verən hadisələr əsas fokuslanmalı olan məqamlardır. Hekayənin sentimental hissələri bir yana, əsas məğz bu hissələrdə cəmləşib. Mərcan xala qonşulara xəbər versə də, hamı şirin yuxuya dalır, o dediyi vaxtda heç kim oyanıb getmir, bir nəfərdən başqa. Bu isə, insan təkliyindən və bu təkliyin göstəricisi olan etinasızlıqdan irəli gəlir. Təkcə həmin qonşuluqdakı uşaq oyaq olur, eşiyə çıxıb ətrafı izləyir. Hekayənin bu yerində bir nüans maraq cəlb edir: həmin uşaq sübh namazının vaxtını qonşuluqdakı dindar kişinin işığının yanmasından bilir. Bu məqamda digər qonşunun Mərcan xalanın evinə girdiyini görür və həmin qadın çıxaraq ah-vay edir. Əslində, o, Mərcan xalanın qızıllarını oğurlayıbmış. Bu da, həyatı fəlakətlərlə dolu bir tənha qadının həzin dəhşətinə rəğmən, pul ehtirasının, şəxsi mənafeyin insanlığa güc gəldiyini göstərir. Nəticə isə odur ki, o qızılları oğurlayıb yalandan vay-şüvən edən qadın ilə Mərcan xalanın öz ölüm vaxtını deməyinə rəğmən şirin yuxuda olan qonşularının heç bir fərqi yoxdur, sonda hamı müxtəlif cür biganədir, həmin uşaqdan başqa: "Qapının kandarındakı pişik ağlayırdı. Mən orada göz yaşı görmədim, amma məncə, ağlayırdı. Mərcan xalanın pişiyi olsam, mən də ağlayardım". İllər keçsə də, həmin körpə böyüyəndən sonra fikirləşir: "Görəsən, o pişik hardadır?" Müəllif bununla keçmiş xatirələrin həmişə insanı qarabaqara izlədiyinə işarə edir.

 

"Pünhan" hekayəsində isə daha çox novella ünsürləri var: hadisənin gözlənilməz sonluqla bitməsi hekayənin bədii təsir gücünü artırır. Hekayədə iki xarakterik obraz var. Orxan obrazı çərçivələri qəbul etməyən, həyatda rahat yaşamağı vacib bilən, dəliqanlı bir obrazdır. Amma onun bəzi məqamlarda verdiyi reaksiyalar, əslində, dəliqanlılığı ilə yanaşı, xüsusi həssaslığından xəbər verir.

 

Elə Orxan Saffari hekayələrinin orijinallığın bir səbəbi də budur. İnsan obrazını bütün mənfi və müsbət xüsusiyyətləri ilə oxucuya çatdırır. Mütləq ideallıqdan, pafoslu möhtəşəmlikdən, büsbütün mənfi xüsusiyyətlərdən uzaq real insan surəti hekayəni həyatın özünə daha da yaxınlaşdırır, oxucu yaşantıları ilə uzlaşdırır. Vaxtilə, İsi Məlikzadənin hekayələrini də oxucu kütləsinə məhz bu amil sevdirmişdi.

 

 

Yazar Pünhan obrazının xüsusiyyətlərini, davranışlarını, dialoqdakı söhbətləri qurarkən, bir növ, oxucunu hekayənin finalına hazırlayıb. Baş verən hadisələrin arasında zəncirvari əlaqələr var. Heç nə təsadüfi baş vermir. Orxan öz tanışı Pünhanın hamıdan fərqləndiyini anlayır, mütəmadi olaraq onunla əlaqədə olur. Çünki Pünhanla Orxanı bağlayan amil var: Orxan Aybənizlə birlikdə hazırlığa gedir və Pünhan da Aybənizlə sevgilidir. Pünhandakı bəzi qəribəliklər Orxanda maraq yaradır, amma heç nəyi tam başa düşmür. Pünhanın Aybənizlə qız kimi öpüşməyi, Pünhanın qızın toxunuşundan çəkinməyi, küçə davalarında qorxmağı onun zəif, gücsüz, incə oğlan olduğu təəssüratını yaradır. Bəzən Orxan buna görə onun haqqında gileyli düşünür. Əgər belədirsə, deməli, ona qarşı fikir ətrafda birmənalı deyil. Sonda Pünhanın əslində qız olduğunun aşkarlanmağı, cinsi xəstəliyinin üzə çıxmağı ilə müəllif cəmiyyətə bir mesaj ünvanlayır: insanlara, onların davranışlarına birmənalı yanaşmayın, bunların arxasında hamıya pünhan olan bir yaşantı dayanır. Yazarın qurduğu süjet ortaya qoyduğu problem üçün bir vasitədir. Orxan Pünhanın qız olduğunu öyrənəndə bütün hadisələr, şübhələr lent kimi gözü qarşısından keçir. Yazıçı o şübhələrin nəticəsi kimi Pünhanın səhhəti, yaşantısı ilə bağlı pünhan, gizli olan məsələni üzə çıxarır. Bir növ, dram janrının kompazisiyası kimi, gənclərin münasibəti, məişət problemlərində, küçə davalarında yoldaşlığı ekspazisiya, Pünhanın qəribəlikləri kulminasiya, hər şeyin aydın üzə çıxması zavyaskadı. Əslində, hər şey üzə çıxanda məsələnin düyünü açılmır, bir insanın faciəsi baş verir. Amma ən azından, Orxan üçün hər şey aydın olur. Hekayənin finalı isə, çox təsirlidir: "O gün Pünhangilin qapılarının ağzından keçdim. Amma bu dəfə hazırlığa getmirdim. O günləri yadıma salıb qəribə hisslər yaşadım. Aybəniz də yoxdur axı, evlənib çoxdan. Hiss elədim ki, dostum üçün yamanca darıxmışam. Amma heç vaxt onun qız adını da öyrənə bilmədim. Heç yas da vermədilər öləndə. Bir günün içində köçüb getdilər. Hamıya pünhan qaldı o gözəl qız. İndi məzarını tapsaydım, laylay oxuyardım. Bir də sevmək istəyərdim onu..."

 

Orxan Saffarinin hekayələrini sevdirən xüsusiyyətlərində biri də odur ki, o, hekayələrinin əksəriyyətində elə özüdür. Qəhrəmanları da özü kimi həm uşaq kimi həssas, həm püskürən vulkan kimi coşqundur. Amma bu həyat hadisələri müəllifin təxəyüllü ilə həmrəngləşərək ədəbiyyatlaşıb. "Qüsl" hekayəsi də bu real bədiiliklər silsiləsindəndir. Sözün düzü, onun bu hekayəsində mövhumata qarşı "Haqverdiyevvari" bir sarkazm sezdim. Sinə döyə-döyə məscidə tərəf irəliləyən, hadisəni nəql edən obraz məhərrəmliyin adət-ənənəsinə uyğun davranır, amma məscidə tərəf iməkliyə-iməkliyə gedən qadının nə qədər gülməli vəziyyətdə olduğunu da dərk edir. Dərk etsə də, gülmür, inkar etmir, bu rituallara əməl edir. Hətta digərləri bu mənzərəni görüb dillənir: "Allah bizim də qəlbimizə belə iman salsın!" Müəllif kortəbii yox, bilə-bilə bu mənzərəni qəbullananların faciəsini oxucuya çatdırmaq istəyir.

 

Hekayənin digər məğzi mahiyyətə varmadan formal dindarların tənqididir. "Qonşudan qalma geri" havası ilə müxtəlif səbəblərdən bu mərasimə yığılanlar çoxdu. Hətta dağın başında - məzarlıqda dava düşəndən sonra orda olan 20 gənc məhərrəmliyi yaddan çıxardı. Kiçik vahimə vadar edir ki, hamı öz halında olsun.

 

Müəllif, digər tərəfdən, insanların hansısa təsadüflərdən qaynaqlanaraq yalançı miflər ardınca olduğunu hekayədə izah edir. Məscidə gedənlər dağın başında ruh görürlər. Amma sən demə, bu, bir sellofan imiş, ağacın budağına ilişib, məscidin işığında ağ nura bənzəyir. Başqa bir epizodda cavanlar qəbiristanlıqda olanda birinin boynuna kəfən dəyir. Məsciddə soruşur ki, bəs mən nə edim? Kəfəni buna tərəf tullayan oğlan eşidəndə ki, boynuna kəfən dəyən meyit qüslü verməsə öləcək, vəlvələyə düşür. Təhrik edir ki, qüsl alsın. Üstündən uzun zaman keçəndən sonra qəbiristanlıqda kiminsə dəfnində kəfəni tullayan oğlan kəfən dəyən oğlanın qəbrini görür, yadına hadisə düşür, yəqin edir ki, qüsl almayıbmış...

 

M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni-Məşhur" əsərində Paris onsuz da dağılacaqdı, çünki şəhərdə çevriliş var idi. Bu hadisənin Məstəli şahın cadusu ilə heç bir əlaqəsi yox idi. Amma bir təsadüf yenə də Şərəhbanu kimi düşünənlərin batil inanclarını möhkəmlətdi. C.Məmmədquluzadənin "Ölülər" əsərində hacılar hamısı Məkkəyə payi-piyadan gedən, Quranı dəfələrlə oxuyan adamlar idi. Amma cahillik, gözlərinə pərdə salan xurafat, bir yandan da Nəsrullahın həqiqətə oxşayan yalanları imkan vermirdi ki, hər şeyi dərk etsinlər. "Qüsl" hekayəsindəki kütlə də Cəlilin, Axundzadənin acı-acı güldüyü kütlədi.

 

Hekayədə dini fanatizm, batil inanclar tənqid olunsa da, müəllif bunların səbəbsiz yerə olmadığına da göstərməyə çalışır. Xüsusən, İlahi eşqi dərk etməyən, ürəyi Yaradandan kənar olanların özlərini aşiq kimi göstərmələri, əslində, bəzilərinin ikiüzlü müsəlmançılığı hekayənin əsas mövzusudu.

 

"Hüznsov depressiya" kitabındakı "sov" şəkilçisinin tam haqqını verən hekayə "Atamın ayaqqabıları" hekayəsidir. "Sov" şəkilçisi sifətin azaltma dərəcəsinin şəkilçidir. Yəni tam hüznlü yox, nisbətən hüznlü, hüzünlütəhər depressiya. Bu hüzn hekayələrdə mövcud olan depressiv hadisələrin bir çalarıdır. "Atamın ayaqqabısı" hekayəsində duyğulu, kövrək, həyatın sərt üzünü göstərən hissələr olsa da, sonunda bir ani xoşbəxtlik var. Bu xoşbəxtlik, əslində, müəllifin gələcəyə nikbin baxışlarından xəbər verir. Yəni həyatdakı çətin vəziyyətlər bütünlüklə hüzndən etibar deyil, bu çətinliklərin arasında insanlar kiçicik nüanslardan xoşbəxt ola bilərlər - həyatdakı bədbəxtliklər, sıxıntılar, depressiyalar tam hüznlü deyil, hüznsovdur.

 

Hekayə həyatla mübarizə və mübarizə içərisində insanı ayaqda tutan həmin xoş anlardan bəhs edir. Körpə uşağın əlcəyi yoxdur, ailəsi çox kasıbdır. Əllərinə corab keçirərək qartopu oynayır, amma yenə də xoşbəxtdir. İlk qar sevinci bu çatışmazlığı onun yadından çıxarır. Uşaq hər tərəfin ağappaq olmasını nurani babasının saqqalına bənzədir. Hekayənin özündə də uşaq saflığı var.

 

Uşaq qartopu oynamağa gedəndə atasının ayaqqabısının cırıldığını görür. Yolda gedəndə zibilliyin yanında təptəzə ayaqqabı qarşısına çıxır. Gizlədir ki, qayıdanda götürsün, atasına aparsın. Birdən dostunun məhləsində taxtadan düzəlmiş komada yaşayan kimsəsiz rus qadın yadına düşür. Qadın adətən zibillikdə yatır. Qadına baxmaq üçün həmin yerə gedir. Çəpərdən həyətə tullananda qadını yerdə ölmüş vəziyyətdə görür. Heç kimin yadına düşmədiyi halda həmin uşaq o kimsəsiz qadını xatırlamışdı, halına acımışdı, öldüyünü görüb sarsılmışdı. Geri qayıdanda ayaqqabıları gizlətdiyi yerdə tapmır. Evə çatanda həmin ayaqqabıları qapının ağzında görür.

 

Bu, uşağın saf niyyətinin, insanpərvərliyinin, həyata pozitiv baxışının mükafatı idi. "Atamın ayaqqabıları" Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini xatırladır. "Buz heykəl"dəki ana çovğuna rəğmən, balasını ağuşuna sıxır, onun sağ qalması üçün mücadilə aparır və sonda körpə sağ qalır, bu çovğundan xilas olur. Ana buz heykələ çevrilsə də, körpə ana məhəbbətilə isinir. "Atamın ayaqqabıları" hekayəsi də eyni notlar üstündədir. Mübarizə içində gələcəkdən gələn ümid işığı...

 

Orxan Saffarinin "Hüznsov depressiya" kitabındakı digər hekayələri də çox oxunaqlıdır. Müəllifin mövzuları rəngarəngdir, hadisələri dinamik və maraqlıdır. Bəzən hekayələrindəki reallıq bədiiliyi üstələsə də, bu hekayələr kitabını uğurlu adlandırmaq olar. Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 14 iyul.- S.20;22