Xatirələrdə yaşayan insan

İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur. Surəti yaddaşlara yazılır, əməlləri hafizələrdə iz buraxır.

 

Vətəni, xalqı üçün təmənnasız çalışan, qurub-yaratmağı, xeyirxahlığı həyat amalına çevirən insanların ömür yolu gələcək nəsillər üçün nümunəyə çevrilir. Uzun illər mühüm vəzifələrdə çalışmış bacarıqlı rəhbər işçi, istedadlı filoloq, humanitar elm sahələri üzrə geniş bilikli ziyalı, el ağsaqqalı Sadıq Nəbi oğlu Murtuzayev məhz belə insanlardan biri idi.

 

Sadıq Murtuzayev 25 iyul 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyətinə Zaqatala Pedaqoji Məktəbində müəllimliklə başlayıb. 1952-ci ildə partiya işinə irəli çəkilərək Zaqatala rayon partiya komitəsində şöbə müdiri olub. 1953-cü ildən Pedaqoji İnstitutun aspiranturasında təhsilini davam etdirib. 1956-cı ildən Zaqatala Rayon Partiya Komitəsinin ikinci, 1959-cu ildə birinci katibi seçilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Zaqatala, Qax Balakən rayonları üzrə partiya təşkilatçısı olub. 1962-cı ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam, yenidən Abşeron Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində işləyib. 31 il Azərbaycan KP MK-nın üzvü, bir müddət MK-nın büro üzvü seçilib. Dəfələrlə Sov.İKP qurultaylarının nümayəndəsi olub. 1961-ci ildə Zaqatala, Qax Balakən rayonlarından SSRİ Ali Sovetinin deputatı 6 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

 

1991-ci ildə təqaüdə çıxandan sonra Azərbaycan Müharibə Əmək Veteranları Şurası sədrinin müavini seçilib, Veteran müəssisələri Respublika Birliyinin sədri olub. Azərbaycan Kəndli Fermer Təsərrüfatları İttifaqı İdarə Heyətinin ilk sədri, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini seçilib. Keçmiş SSRİ-nin çoxsaylı ordenlərinə, mükafatlarına, bir neçə xarici ölkənin medallarına digər fəxri təltiflərə layiq görülüb. 100-dən artıq elmi publisistik məqalənin, 10-dan çox kitabın, "İlisu" ensiklopedik toplusunun müəllifidir.

 

Respublikanın geridə qalmış iri rayonlarına göndərilib onun rəhbərliyi ilə həmin rayonlar qabaqcıllar sırasına çıxıb. Respublikada yenilikçi raykom katibi kimi tanınıb, heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı yaradıcısı olub. 2021-ci il fevral ayının 4-də, 94 yaşında dünyasını dəyişib.

 

Bu zəngin mənalı bioqrafiya sahibinin ötən il işıq üzü görmüş "Son borc" kitabını vərəqləyən hər kəsin gözü önündə bütöv kamillik obrazı canlanır. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Rafiq Əliyev qeyd edir ki, uşaqlığı naz-nemət içində keçməyən Sadıq müəllim təkcə öz övladlarının deyil, millətin gələcəyi olan gənclərin həyatını elmlə, yaxşı əxlaqla zənginləşdirmək üçün ömrünü fəda edib. Sadıq Murtuzayev təkcə sözdə deyil, əməldə cavanlara örnək olub.

 

Yoxsul ailədə əzab-əziyyətlərlə böyüyən Sadıq müəllim 12 yaşında atasını, 14 yaşında anasını itirməklə mənəvi zərbə alıb. Bu acı ona uşaqlıq dövrünün şıltaqlığını, tələbəlik illərinin ləzzətini yaşamağa imkan verib. Erkən yaşlarında həyatın enişli-yoxuşlu, daşlı-qayalı yollarına atılıb bəlkə çox arzularını içində boğmaq məcburiyyətində qalıb. qədər həyat onu sıxsa da mübarizliyi, əzmkarlığı ilə zəhmətə alışıb bütün çətinliklərə sinə gərib. Özünün dediyi kimi, yaşadığı çətinliklər, çəkdiyi əziyyətlər onu böyüdüb, tərbiyə edib, eyni zamanda yüksəklərə ucaldıb.

 

Kiçik yaşlarından əməklə məşğul olaraq ailə saxlayan, amma oxumağı, təhsil almağı bir an belə unutmayan bu nəcib insan gənc yaşlarından məsul vəzifələrdə çalışıb, alimlik dərəcəsi alıb, xalqına təmənnasız xidmət etmək missiyasını üzərinə götürüb. Sadıq müəllim həyatın hər üzünü yaşamış, ancaq yaxşılığı, xeyirxahlığı, haqq ədaləti əldən verməmiş, özünün təvazökarlığı ilə hamının sevimlisinə çevrilmişdir.

 

Ömrünün 31 ilini Zaqatala, Şəki, Ağdam Abşeron rayon partiya komitələrinin birinci katibi vəzifələrinə həsr edən Sadıq müəllim əsl yaradıcı rəhbər işçi kimi tanınıb. Onun yaradıcılıq qabiliyyətinə ən geniş imkanlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra böyük meydan açılıb o, işlədiyi rayonlarda diqqətəlayiq işlər tədbirlər həyata keçirib. Belə demək mümkünsə, Sadıq Murtuzayevi Heydər Əliyev məktəbinin yetirməsi, kadr siyasətinin bəhrəsi kimi qiymətləndirmək olar. Çünki o, Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq hər zaman işlədiyi rayonlarda əhalinin maddi, sosial rifahını yaxşılaşdırmaq üçün çox böyük uğurlu işlər görüb. Onun saysız-hesabsız uğurlarına nəzər yetirsək görərik ki, həqiqətən Sadıq Murtuzayev yüzlərlə "ilklər"in müəllifidir.

 

Hələ Şəki şəhər partiya komitəsinin birinci katibi işləyərkən rayonda forel balıqçılıq təsərrüfatını yaradır. Bununla kifayətlənməyərək Azərbaycanda ilk dəfə olaraq Şəki heyvandarlıq üzrə 10 min başlıq mal-qara kökəltmə kompleksini qurur. Şəki rayonunda istifadəyə verilən bu sənaye kompleksinin təcrübəsini yaymaq üçün 1974-cü ildə Ulu öndər Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin keçmiş Sov.İKP MK-nin bölmə müdiri N.M.Tişşenkonun iştirakı ilə Zaqafqaziya seminar-müşavirəsi keçirilir. Həmin seminara yekun vurarkən Ulu öndər Heydər Əliyev deyir: "Şəkililər Sadıq Murtuzayevin rəhbərliyi sayəsində köhnə ənənələri cəsarətlə aradan qaldırıb, yeni ənənələr yaradıb böyük uğurlar qazanıblar. Bu, təqdirəlayiqdir". Əlbəttə ki, bu, Heydər Əliyevin inandığı güvəndiyi Sadıq Murtuzayevin fəaliyyətinə verilən yüksək qiymət ali dəyər idi.

 

Şəkidə 10 il işlədikdən sonra ulu öndər Heydər Əliyev onu Ağdama göndərərək bu böyük potensialı olan rayonda yeni irəliləyiş əldə etməyi tapşırır. Qısa müddət ərzində əhalinin, ziyalıların əmək adamlarının rəğbətini qazanan Sadıq müəllimin rəhbərliyi ilə Ağdamda xaliqələr yaradılır. Onun Ağdamda işlədiyi illərdə əldə olunan nailiyyətlər respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan KP MK-nın Birinci katibi ümummilli lider Heydər Əliyev həmin dövrdə iki dəfə Ağdama səfər edərək rayonda həyata keçirilən quruculuq işləri ilə tanış olur, zəhmətkeşlərlə ağsaqqallarla görüşür.

 

Sadıq Murtuzayev Ağdamda işləyərkən respublikada ilk yeni olan "Axtarış" informasiya mərkəzini yaradaraq texnika elmləri namizədi Zirəddin Tağıyevi mərkəzə rəhbər təyin edir. Z.Tağıyev Yaponiyada informasiya texnologiyaları ilə bağlı bir neçə il təcrübə keçərək bu məsələləri hərtərəfli öyrənir. "Axtarış" informasiya mərkəzi 140 mövzuda axtarış aparıb ən müasir yeniliklər barədə məlumat vermək imkanına malik olur. O dövrdə rayonda pambıqçılıq, üzümçülük heyvandarlıq sahəsində böyük uğurlar əldə olunur Ağdam respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilir.

 

Sadıq Murtuzayev Abşeron rayonunda işlədiyi dövrdə də yaradıcı rəhbər işçi kimi özünü bir daha təsdiq etmişdi. Burada işlədiyi dövrdə Bakı bağlarının əmək adamlarına verilməsi, Xırdalanın abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında salınan meşə zolaqlarının qorunması, çox gəlir verən Terrarium təsərrüfatının yaradılması, Zəfəran sovxozunda istehsalın artırılması, Mehdiabad qəsəbəsinin salınması da məhz onun adı ilə bağlıdır. Sadıq müəllimin gördüyü işləri saymaqla qurtarmaq olmaz. O, xalq arasında, işlədiyi kollektivdə, respublika ziyalıları arasında böyük hörmətə malik, əsl təşkilatçı rəhbər, yüksək ziyalı idi.

 

Müəllifi olduğu "İnsanla, torpaqla üz-üzə", "Kəndimizin magistral inkişaf yolu", "Fəzilət işığında", Yaşanmış ömrün anları", "İnsan amili, həyat və zaman", "XX əsrin Mir Cəfər Bağırov fenomeni", "Son borc" kitablarını vərəqlədikdə bütün nailiyyətləri barədə geniş məlumat almaq olur. Diqqəti cəlb edən digər məsələ isə Sadıq müəllimin "Qurani-Kərim"i dərindən bilməyi, daha sonra tarixi hadisələri dəqiq faktlarla göstərməyidir. Onun haqqında yazılmış "Palıd toxumu" və "Canlı əfsanə" romanlarında da bu gözəl insanın ömür yolu, həyat eşqi, yaradıcılığı öz əksini tapıb.

 

Görkəmli dövlət xadimi olmaqla yanaşı, Sadıq Murtuzayev həm də qayğıkeş ailə başçısı, dörd övladın atası, yeddi nəvənin babası və on üç nəticənin ulu babası idi.

 

Ən böyük arzusu Ağdamı, Şuşanı azadlıqda görmək idi. Tanrı bu nəcib insana böyük arzusuna çatmağa da ömür verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qüdrətli Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi ilə Ağdamın bir güllə atılmadan azad edilməsinə şahidlik etdi Sadıq müəllim. Bu, onun ömrünün ahıl vaxtında ən böyük hədiyyəsi oldu.

 

Yaşasaydı, iyulun 25-də 94 yaşını qeyd edəcəkdi. Həyat yollarında min cür əziyyətlərə, çətinliklərə qalib gəlmiş rəhbər işçi, gözəl ailə başçısı olan Sadıq müəllimin ömrü illərin sayına görə yox, xatirələrdə izi qalan əsrə bərabər bir ömür oldu.

 

Tofiq MAHMUDOV

Əmək veteranı

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.14.