QURBAN

 

 

Ən böyük sevinci bir ahdan gələr,

Yurdunun kamıdır Qurban Bayramov.

fikir söyləsə, Allahdan gələr,

Tanrı ilhamıdır Qurban Bayramov.

 

Ömür yaşa dolan, qəm, ya şad olan

Məntiq bulağına ismi ad olan,

Ruhu saf sulartək kükrəyib-dolan

Ağlın mis camıdır Qurban Bayramov.

 

Söz-zəmi, o, əkin-biçin adamı,

Ürəkdən-ürəyə köçün adamı.

Qarabağ yuxuymuş O, çin adamı

Haqqın ehramıdır Qurban Bayramov.

 

İşıqdır sabahı, nurdu keçmişi,

Yaxşını pislərdən seçməkdir işi

Qədim el-obanın təəssübkeşi,

Xalqının namıdır Qurban Bayramov.

 

Dildə can kəlməsi gen yaddaşıdır,

Qüruru bəy şəsti, xan yaddaşıdır.

Qana-qan! hikkəsi qan yaddaşıdır,

Bütövlük tamıdır Qurban Bayramov.

 

Düzünü sənətə karvan deyibdir,

Sözünü karvana sarvan deyibdir.

Özünü sözünə qurban deyibdir;

Qurban bayramıdır Qurban Bayramov

 

525- ci qəzet.- 2021.- 1 iyun .- S.9.