Qarabağ xalçası haqqında məqalə Fransa mediasında

 

 

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmansenfrance.fr” xəbər portalındaBir Qarabağ xalçasının taleyi dönüşü” (Le destin et le retour d’un tapis du Karabakh) başlıqlı məqaləsi yayımlanıb.

 

525.az xəbər verir ki, məqalədə müəllif Beynəlxalq Muzeylər Günündən söz açaraq, Azərbaycan Milli Xalça Muzeyindən bəhs edib.

 

Muzeyin 1967-ci ildə keçmiş sovetlər birliyində yaradılan ilk dünyada yeganə unikal bir muzey olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Milli Xalça Muzeyinin zəngin ekspozisiyasından bəhs edən jurnalist burada 11 min mədəniyyət nümunəsi olan eksponatın, o cümlədən 6000 xalça tekstil məmulatının sərgiləndiyini qeyd edir.

 

Məkanın gözəlliyindən ağızdolusu söz açan, Azərbaycanın milli irsi olan maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi bu məkanı cənnətə bənzədən Zeynab Kazımova muzeydə saxlanılan bir xalçaya xüsusi olaraq diqqət çəkir. Bu xalçanın erməni işğalı zamanı itmiş, oğurlanmış, daha sonra uzaq Amerikada, Los-Ancelesdəqədim erməni xalçasıadı ilə satılmağa çıxarılmış Qarabağ xalça məktəbinə aid “Baxçada güllərxalçası olduğunu bildirir. Xalçanın çox maraqlı tarixə sahib olduğunu vurğulayan müəllif 1991-1994-cü illərdə, Birinci Qarabağ müharibəsi dövründə şəhərlərin kəndlərin ermənilər tərəfindən işğalı, bütün azərbaycanlıların evlərinin dağıdılması, evlərin, ev əşyalarının, xalçaların, digər maddi mədəniyyət sənət obyektlərinin qarət edilməsi oğurlanmasının Azərbaycan xalqına vurduğu maddi mənəvi zərbədən yazır.

 

Zeynab Kazımova bütün bunların insanların şəxsi əmlakına qəsd olmaqla yanaşı, həm Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixi, milli, maddi-mənəvi sərvətlərimizə qarşı məkrin bir hissəsi olduğunu, ermənilərin hər zaman xalqımızın bu mədəni irsini özününküləşdirmək cəhdlərini, hələ Azərbaycan tarixinə, ədəbiyyatına mədəniyyətinə əsassız iddialarının davam etdiyini nəzərə çatdırır. Müəllif yazır: “Bu dəhşətdir! Sənə məxsus olmayan şeyi oğurla, ələ keçir, götür, sat!”

 

Müəllif öz məqaləsində sözügedən xalça ilə bağlı fakta istinad edərək, Los-Ancelesdəqədim erməni xalçasıadı ilə satışa çıxarılan xalçanın bir vətənpərvər azərbaycanlının üzərində kiril əlifbası ilə azərbaycanca yazılmış “1 yanvar 1971-ci il, Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsiyazısından tanıdığını yazır, ermənilərin bu cəhdinin ilk belə hal olmadığını da qeyd edir. Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin dəfələrlə erməni mədəniyyəti adı altında təqdim olunduğunu bildirən müəllif, təəssüflə yazır ki, özünə məxsus olmayanı oğurlamaq, onu özününkü kimi təqdim etməklə satmaq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi çoxsaylı hallardan biridir. Jurnalist bildirir ki, azərbaycanlı tərəfindən hərracdan alınan xalça öz Vətəninə Azərbaycana qaytarılır, Azərbaycan Milli Xalça Muzeyi ona qucaq açır. Beləliklə, Vətənə qaytarılan xalça burada sərgilənir.

 

Muzeyin direktoru Şirin Məlikovanın sözlərinə istinad edən jurnalist yazır ki, 1992-ci ildə Şuşanın işğalından sonra o zamandan Şuşa Muzeyi Bakıda Xalça Muzeyinin nəzdində yerləşdirilib. Muzeyin direktoru hazırda həmin xalçanın Şuşa filialının kolleksiyası ilə birlikdə muzeydə sərgiləndiyini, işğaldan azad olunmuş Şuşada Muzeyin binası yenidən qurulduqdan sonra Qarabağda həmin kolleksiya ilə birgə sərgilənəcəyini qeyd edir.

 

Müəllif bildirir ki, xalçanın taleyi sanki müharibədə itkin düşmüş insanların taleyini xatırladır.

 

Eyni zamanda, məqalədə Azərbaycan xalqının həyatında, məişətində xalçaçılığın mühüm yer tutduğunu bildirir. Ta qədimdən nənələrin, anaların öz övladları üçün xalça, kilim hədiyyə etdiklərini, bunun Azərbaycan xalqının adət ənənəsinə məxsus olduğunu, övladların bu xalçalardan isti ana əllərinin hənirini aldıqlarını bu hisslərin böyük mənəvi çəkisini qeyd edir.

 

Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.

 

 

525-ci qəzet.- 2021.- 1 iyun .- S.9.