Bakı metrosunda Nizami Gəncəvi sərgisi

 

2021-ci ildə dahi şair mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ölkəmizdə geniş qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

 

Dahi Nizaminin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC- bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu xüsusda mayın 31-də keçirilən sərgi formatlı ilk təqdimat dahi şairin həyat yaradıcılığının ədəbi-bədii təsviri sənət nümunələrində vəsfinə həsr olunub.

 

Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır.

 

“2021 - Nizami İli” adlanan sərgi “Nizami” stansiyasının giriş meydançasından artıq diqqəti cəlb edəcək. Burada stansiya binasının tağlarından birində Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi xatırladılır. Digər tağda isə dahi şairin özü sənəti haqqında beyti yer alır bununla şair sanki sərginin məzmun mahiyyətini bəyan edir.

 

Stansiya vestibülünün kassa zalında bir tərəfdə Nizami Gəncəvi yaradıcılığının ana xəttini təşkil edən “eşq” “söz” məfhumlarına verdiyi tərif yer alır. Burada şairin dünyəvi, insani dəyər kimi yaradıcılığında yaxşılığı xarakterizə edən misraları bəşər övladını saflığa, xeyir əməl sahibi olmağa çağırır.

 

Kassa zalının digər tərəfində isə bu gün dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər Nizami yaradıcılığından bəhrələnmiş Azərbaycan təsviri sənətinin inciləri olmaqla ölkəmizin zəngin mədəni irsinin göstəricisidir.

 

Vestibülün eskalator meydançasında dahi şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər ilk dəfə nümayiş olunmaqla “Bakı Metropoliteni” QSC- Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məxsusi olaraq seçilərək təqdim edilib. “Xəmsə”nin nəfis tərtibatlı bu nümunəsi XVII əsrdə Dost Məhəmməd bin Dərviş Məhəmməd əl-Dəraxçı Yusif Behbehani tərəfindən köçürülüb. Əlyazmadakı miniatürlər Məşhur Təbriz miniatür məktəbinə aiddir.

 

Eskalatorun aşağı meydançasının hər iki yan divarında da Nizami yaradıcılığının təsirindən yaranmış mövzular yer alır. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat çəkiliş meydançasında çəkilmiş fotoşəkillər, digər tərəfdə isə sərgi izləyicilərinə “Nizami” stansiyası haqqında məlumat təqdim olunur.

 

Nizami yaradıcılığına həsr olunmuş pannoların müşayiəti ilə platformanın orta zalının sonuna doğru irəlilədikcə Nizami portretinin hər iki tərəfində sərgi izləyicilərinə dahi şair onun “Xəmsə”si haqqında qısa məlumatlar təqdim edilir. Rəssam Mikayıl Abdullayevin adının olduğu divar yaxınlığında isə püpitr üzərində pannoların müəllifi haqqında məlumat da təqdim olunur.

 

Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir. Hər pannonun arxa hissəsində izləyicilər həm “Xəmsə”dən beytlərlə, həm əsərlərin məhz pannolarda təsvir olunmuş hissələrində yer alan onu təsvir edən misralarla tanış ola bilərlər. Bununla onlar Nizami yaradıcılığının geniş əhatəli mövzularının ibrətamizliyini bir daha yaxından təqib etmək fürsəti əldə edirlər.

 

Stansiyanın yol divarlarında təqdim edilən Nizami yaradıcılığının nadir misraları hər birimizi sənətkar dühasının mənəvi aləminə səyahətə dəvət edir.

 

Bundan əlavə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi metropolitenin bütün stansiyalarının monitorlarında da xüsusi elektron posterlərlə təqdim olunur.

 

Qeyd edək ki, Bakı metropoliteninin şöhrətini dünyaya tanıtdıran rəmzlərdən biri dahi sənətkarın adını daşıyan stansiyadır. Bu stansiya təkcə Azərbaycan memarlığının deyil, eləcə dünya təsviri sənəti metro inşaatı sahəsində öz unikallığı ilə seçilir. Dünya şöhrətli Mikayıl Abdullayevin kaşı daşlarından işlədiyi Nizaminin portreti onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno bu gün ölkəmizə gələn turistlərin diqqətini özünə cəlb edən nadir sənət nümunəsidir.

 

Onu da qeyd etmək yerinə düşər ki, nadir sənət nümunəsi olan stansiyanın ərsəyə gəlməsi heç asan olmayıb. Sovet rəhbərliyinin Bakıda metro inşaatına qısqanc münasibətinin olduğu, maneələr yaratdığı bir dövrdə memarlıq estetik görkəmi ilə sənət qalereyasına çevrilən stansiya ulu öndər Heydər Əliyevin inanılmaz səylərinin bəhrəsi olub. O, stansiyanın tikintisini daim diqqətdə saxlayıb bədii tərtibat məsələlərində yaxından iştirak edib.

 

 525-ci qəzet.-2021.- 2 iyun.- S.13.