Milli Kitabxanadan Uşaqlar Gününə aid sərgi

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə virtual sərgi hazırlanıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab məqalələr nümayiş olunur.

 

Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında bu tarixi uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

 

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq əlverişli mənəvi sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

 

Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir.

 

 525-ci qəzet.- 2021.- 2 iyun.-S.13.