Udmurtiyada Azərbaycan bağının açılışı olub .

 

Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərindəki Kosmonavtlar Parkında Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə Azərbaycan bağının açılışına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzinin Azərbaycanın mədəni dəyərlərinin simbiozu olan nadir Azərbaycan bağı layihəsi çərçivəsində baş tutub.

 

Açılışda tədbirin əsas təşkilatçısı olan Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev, Administrasiya rəhbərinin müavini - İjevsk şəhər Administrasiyasının Aparat rəhbəri Denis Loqinov, Udmurtiya Respublikası Milli Siyasət nazirinin müavini Aleksandr Filatov, İjevsk Şəhər Duması sədrinin müavini Nikolay Şevtsov, İjevsk Sənaye Məhəlləsi İdarəsinin rəhbəri Lyubov Zaytseva, İjevsk Şəhər Dumasının sosial siyasət üzrə daimi komissiyasının sədri Bəhruz Hümbətov, Udmurt Keneş Ümumudmurt Birliyi Assosiasiyasının vitse-prezidenti, Udmurtiya Xalqları Assambleyasının sədri Vladimir Baymetov, həmçinin yəhudi, rus, Belarus, tacik, tatar mari diasporlarının liderləri iştirak ediblər.

 

İjevsk Şəhər Duması sədrinin müavini Nikolay Şevtsov çıxış edərək bildirib ki, Kosmonavtlar Parkında açılan Udmurtiya üçün bənzərsiz olan Dostluq bağı onun direktoru Vitali Tyulpinin sayəsində yaradılıb üç il əvvəl prezident qrantları müsabiqəsinin qalibi olub. Udmurtiyanın 15 milli-mədəni dərnəyi burada öz həqiqətlərini, ənənələrini milli qürur mənbələrini əks etdirən guşələrini yaradıb inkişaf etdirib. Hər bir kompozisiya udmurt torpağında sülh harmoniya içərisində yaşayan 70-dən çox millətin nümayəndələri üçün doğma yerlərinin ənənələrinin bir parçasıdır. Əminəm ki, zaman keçdikcə onların sayı daha da artacaq. Udmurtiya həmişə tolerantlığı millətlərarası dinlərarası dostluğu ilə seçilib. Respublikada yaşayan bütün millətlərdən olan insanlar yerli əhalinin mədəniyyətinə ənənələrinə hörmət edirlər. Bu xeyirxah ənənələrin davam etməsini arzulayıram!, - deyə o qeyd edib.

 

Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzinin sədri Zülfüqar Mirzəyev bildirib ki, bağın açılışı azərbaycanlıların digər millətlərin udmurt torpağında qədər mehriban yaşadığını bir daha nümayiş etdirir. O deyib: Respublikada yaşayan azərbaycanlılar yerli əhalinin mədəniyyətinə ənənələrinə hörmət edirlər, ancaq Vətənimizi unutmuruq. Məsələn, Udmurtiyada azərbaycanlı uşaqların ana dilini öyrəndiyi bazar günü məktəbi var. Burada bağın hər bir kompozisiyası udmurt diyarında Azərbaycan xalqının ruhunun bir hissəsidir gənc nəslin təlim-tərbiyəsinə, onun tarixinə mədəniyyətinə maraq oyandıraraq töhfə verəcək. Ötən il bayram gününün şərəfinə Kosmonavtlar Parkında açılan Dostluq bağının xalq guşəsində səkkizguşəli ulduz şəklində Buta abidəsi qurulub. Buta Azərbaycan milli ornamenti üçün səciyyəvi olub sanskrit dilindən tərcümədə od deməkdir. Həmçinin, burada Qobustanın qayaüstü rəsmlərinin dekorativ heykəltəraşlığı da öz əksini tapıb. Parkda yerləşdirilən böyük daş abidənin üzərində Azərbaycanın xəritəsi əks olunub. Xəritədə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimiz vahid Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Mədəniyyət obyektində Azərbaycanın ən məşhur mədəni, tarixi görməli yerləri əks olunub. Bağın memarlıq landşaft dizaynı layihəsinin həyata keçirilməsi şəhər mühitini daha da gözəl bənzərsiz edir. Azərbaycan Bağı Kosmonavtlar Dendrari parkının gözəçarpan bəzəyi olaraq şəhər əhalisinin bütün təbəqələri üçün maraqlı faydalı istirahət yerinə çevrilib.

 

Sonra tədbirin digər iştirakçıları təbrik nitqi ilə çıxış ediblər.

 

525-ci qəzet.- 2021.- 3 iyun.- S.8.