Fidanın uşaqlar günündə fidanlara hədiyyəsi - Resenziya

 

 

 

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Son dövrlər mətbuatda Fidan Nizaməddin qızının hekayələrinə tez-tez rast gəlirəm. Onların bəziləri nağıla bənzəyir, bəzisi sırf uşaqlar üçün yazılmış hekayələrdir. Bəzisi sanki böyüklər üçün yazılmış fəlsəfi hekayələrdir.

 

Diqqətimi çəkən, hər şeydən əvvəl, Fidanın tizfəhm müşahidə qabiliyyəti, az sözlə çox şey demək məharəti, hekayələrinin yığcamlığı oldu. Bu gənc yazıçı haqqında böyük fikirdə olmaqdan çox-çox uzağam. Ancaq Anton Çexovun, Mir Cəlalın Salam Qədirzadənin hekayələrindəki yığcamlığı Fidanın hekayələrində gördüm bu, məni çox sevindirdi. Bu yığcam hekayələrdə məna dolu mətləblərdən söz açılır. Hekayələrin hamısı kiçikhəcmli, ibrətamizdir. Uşaqlar üçün yazılmış hekayələr elə belə olmalıdır. Əminliklə deyə bilərəm ki, kiçikhəcmli hekayələrin müsabiqəsi keçirilsəydi, Fidanın "Yardım" "Uçurum" hekayələri mükafata layiq görülənlər sırasında olardı. Bu iki səhifəlik hekayələrdə nələr yoxdur?!

 

Yazıçının insan iztirablarını ustalıqla, real boyalarla təsvir etməsi, keşməkeşli həyatı dərindən duyması hekayədə bariz şəkildə özünü göstərir.

 

Fidanın çox yığcam "Uçurum" hekayəsi hegemon dövlətlərin Suriyada törətdikləri qanlı cinayət haqsızlıqlarından bəhs edir. Hətta kiçik yaşlı uşaqlar da yerə-göyə sığmayan bu haqsızlığı görür. Ölüm ayağında olan uşağın can verməmişdən əvvəl dediyi sözlər insanı haldan çıxarır: "Hər şeyi Allaha deyəcəm".

 

Tutumu, dərin mənası ilə seçilən bu cümlə dünyaya ağalıq etmək iddiasında olan dövlətlərə qəflət yuxusundan ayılmaq üçün tutarlı mesajdır. Real həyatdan bəhs edən bu kiçik hekayədən o da məlum olur ki, yazıçı dünya uşaq ədəbiyyatı ilə tanışdır. O, Heminqueyin "Uşaq ayaqqabıları satılır. Geyinilməyib" hekayəsini elə məqamda misal gətirir ki, heyran qalırsan.

 

Fidanın "Sonuncu teleqram" hekayəsi tapıntıdır. Psixoloji anlar adamı düşündürür. Böyük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən, sinəsini orden medallar bəzəyən babanın qız nəvəsi, ali məktəbin IV kurs tələbəsi, hər il Qələbə Günündə babasını təbrikə gəlir. Babasının paytaxtdan göndərilən teleqrama necə fərəhləndiyinin şahidi olurdu.

 

Bu il babasını təbrikə gedə bilmirdi. Lakin kəndə zəng edib babasının şənlik keçirib-keçirmədiyi ilə maraqlanır. Cavab onu məyus edir. Məlum olur ki, nədənsə, bu dəfə paytaxtdan babasına təbrik teleqramı göndərilməyib. Poçta gedərək özü ona təcili təbrik teleqramı göndərir, onu sevindirir. İstər-istəməz adam ürəyində bu tapıntıya görə müəllifə minnətdarlıq etmək istəyir.

 

Uşağın duası kitabı işıq üzü görüb Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər müsahibələrin tək ünvanı

 

Yazıçının "Məsum dilənçi", "Küsmək haqqım...", "Babamın gözləri", "Sehrli çörəklər", "Uşağın duası" başqa hekayələri maraqla oxunur, tərbiyəvi əhəmiyyəti ilə seçilir.

 

Müəllif "Ağdama gedən qatarlar"ında, bu vaqonlar bir gün kaş ki yola düşərdi... demişdi, hekayənin sonunda. Bu gün bu kitabın ərsəyə gəldiyi vaxtda Ağdama gedən qatarların yolu açılıb.

 

"Uşağın duası" uşaqlara inam təlqin edir. Məlumdur ki, kəndli qədər çalışsa da, su olmasa, zəhməti hədər gedir. Yeddi gün idi ki, kənddə su yox idi. Hətta anbarlarda içməli su azalırdı. Baba həyəcan keçirirdi. Nihat bilmirdi, babasına necə kömək etsin. Birdən anasının çətin anlarda ona necə dua etməyi öyrətməsini xatırladı:

 

"Baba, gəlin birlikdə Allaha dua edək, Allahdan kömək istəyək", - dedi. Babası onun xətrinə dəymədi. Birlikdə dua etdilər. Gözlənilmədən şıdırğı yağış yağdı iki saat davam etdi. Hər vaxt Nihadı ələ salmağa çalışan Sabir xahiş etdi ki, ona da dua öyrətsin.

 

Fidanın bütün hekayələrini dəyərləndirməyə ehtiyac duymadıq. Dəniz suyunun duzlu olduğunu bilmək üçün bir damcı kifayət etdiyi kimi, qələm sahibinin bir şeirindən, bir hekayəsindən onun istedadını görmək, gələcəyinə böyük ümid bəsləmək yetərlidir. Fidan yaradıcıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddin qızına bu ağır yolda uğurlar diləyirik.

 

Bu hekayələr dünyanın Fidan tərəfindən baxanda görünən həqiqətləridir. Ona görə o həqiqətlər romantikdir ki, Fidan həyata ən inandırıcı prizmadan - uşaq qəlbindən baxır. Bu, onun hekayələrinə səmimi bir ruh verir.

 

Düşünürəm ki, mövcud vəziyyətlə əlaqədar uşaqlar üçün yazılmış ilk bədii əsərin "Uşağın duası" adlandırılması xüsusi önəm kəsb edir. Bütün dünyanı fəlakət qarşısında qoyan koronavirus bəlası onun öhdəsindən gələ bilməyən böyüklərin deyil, yəqin ki, bu hekayələri oxuyan uşaqların duası ilə Allah bəşəriyyəti bu fəlakətdən xilas edəcək.

 

Qəzənfər PAŞAYEV

 

525-ci qəzet.- 2021.- 3 iyun.- S.11.