Qələmsiz yazılanlar

 

status-esseləri

Ermənilər həmişə öz namərdliklərinin cəzasını çəkiblər.

 

***

 

 

Kimsə nədənsə, niyəsə incik ola bilər. Amma buna görə böyük Qələbəmizə, haqlı savaşımıza kölgə salmaq naqislikdir.

 

***

 

 

Pandemiyanın hesabına paytaxt, böyük şəhərlər öz əvvəlki mahiyyətini xeyli itirib. İndi bölgədə, ucqar kənddə bir telefonun sayəsində özünü mərkəzdəki kimi hiss edə bilirsən.

 

***

 

 

Hərdən ağlamaq da lazımdır, vacibdir, xeyirlidir.

 

***

 

 

Bu yeni mediadakı təzə "jurnalistlərə" başa salmaq lazımdır ki, vəfat edən adamın yaxınlarını göz yaşı içində, hıçqıra-hıçqıra çəkilişə məcbur etmək operativlikdir, peşəkarlıq, olsa-olsa sırtıqlıq həyasızlıqdır. Robotdur bunlar, insan hisslərinə biganə, peşə etikasından xəbərsiz.

 

Bəd xəbəri tez çatdırmaqdan ötrü ölən bədnöyüslər jurnalistikanın da zayını çıxartdılar. Jurnalist əzmkar, inadkar olmalıdır. Amma həyasızlardan jurnalist düzəltməyin.

 

***

 

 

Dövlət qurumları öz fəaliyyətləri barədə xəbərlər, video-çarxlar hazırlayıb sosial şəbəkədə paylaşır, öz əməkdaşları da elliklə yığışıb bəyənirlər. Bu da olur yüksək reytinqli, kreativ piar...

 

***

 

 

Məmurlar kabinetlərində vaxt həbs olunacaqlarını, təqaüdçülər evlərində COVİD-ə haçan yaxalanacaqlarını gözləyirlər...

 

***

 

 

Bütün yeni dublyaj olunmuş filmlərdəki əsas kişi obrazlarını eyni aktyor səsləndirir, deyəsən.

 

Elə bilirsən bir-birinin davamıdır.

 

***

 

 

Fikrət müəllimin - Fikrət Qocanın ürəyi bir teldən asılı idi. Deyəsən, onu bu bərk külək apardı...

 

***

 

 

Ömründə bir kitab oxumayıb, jurnalist adına iddia edir...

 

***

 

 

Narahat olanlara gözaydınlığı: Əlavə məhdudiyyət olmayacaq...

 

Amma peyvənd etdirin...

 

***

 

 

Qapandın, qapanmadın, bu virus hələ uzun çəkəcək.

 

***

 

 

Şairi şeiriylə yad etmək savabdır...

 

***

 

 

Ürəkbulandıran insanlar həmişə olacaq. Lap ən sevincli günlərdə .

 

***

 

 

Hər fürsətdə içinin kinini tökən adamlardan uzaq durun...

 

***

 

 

Özünəgüvən hər şeyə təsir edir, hətta kəkələməyi yoxa çıxarır.

 

***

 

 

Yer üzünün iki ən insani fəsli sıradan çıxır - yaz payız. Qışdan birbaşa yaya, yaydan qışa keçirik. İqlim dəyişir, insan duyğularına qanad verən iki ecazkar fəsil yox olur.

 

İnsanlar da dəyişilir, iqlimə uyğunlaşır - isti soyuq insanlar...

 

***

 

 

Sadə, sıravi ermənilərin bizimlə birgə yaşamaq istəməməsi uydurmadır. Əgər faşist hakimiyyətləri, qisascıl diasporaları təzyiq etməsə, quzu kimi yaşayarlar Azərbaycan dövlətinin tabeçiliyində...

 

***

 

 

İndi informasiya ovuc içindədir. Bütün məlumatları telefondan almaq olur. Bəs görəsən, əhalinin savadı azalıb, ya artıb?..

 

***

 

 

Xaos ictimai rəyi öldürür, idarəçilərə bəhanə verir. Onsuz da hər ağızdan bir hava gəlir, hərə istədiyini deyir. Min yol həqiqəti desən , çevrilib baxan olmayacaq...

 

***

 

 

Gec gələnlər həvəsli olur...

 

***

 

 

İsrailə 2 səs verdim - 2-ci yerə çıxdı...

 

***

 

 

Zəvzək kimə deyirlər?

 

***

 

 

Sürücülük vəsiqəni 20 dəqiqəyə dəyişə bilirsənsə, ASAN ideyasına minnətdarlıq düşür...

 

***

 

 

Həmrəng həmxasiyyət barədə məsəl təsdiqini tez-tez tapır...

 

***

 

 

Tez-tez zarafatla deyirəm ki, 5 il tar dərsinə getdim, "Cücələrim"dən başqa heç yadımda qalmadı...

 

İndi Ağcabədidə evdə Ağdam Musiqi Məktəbinin müdavimlərinin şəklini tapdım. Diplomdakı qiymətlər isə heç üzə çıxarılası deyil. Musiqi istedadı duyumu hər insana nəsib olmur.

 

Bu gün təməli qoyulan Ağdam şəhər 1 nömrəli məktəbdə isə daha yaxşı oxumuşam.

 

***

 

 

Futbolçu Səmədağa Şıxlarov bizim gənclik illərimizdə çox məşhur idi. Dopdolu stadionun onun adını səsləndirdiyi vaxtlar var idi. Çoxdan xatırlamırdım. İndi faciəli şəkildə vəfat etdiyini eşitdim.

 

Pis oldum. O stadiondakı həyəcan, onun sürətli qaçışları, qırx il öncənin xiffət hüzn dolu aurası bürüdü məni.

 

Allah rəhmət eləsin.

 

***

 

 

Çox pis, sarsıdıcı xəbərdir. Heyif!..

 

Həmkarlarımız erməni terrorunun qurbanı oldular, şəhadətə yüksəldilər. Təsəlliyə söz tapmaq çətindir. Yerləri behişt, məkanları cənnət olsun!..

 

***

 

 

Medianın İnkişafı Agentliyi son aylarda gərgin çalışır mediaya daha geniş dəstək barədə düşünür. Burada əsas məqsədlərdən biri kritik vəziyyətdə olan çap mediasının qorunub saxlanmasıdır. Eyni zamanda, yeni saytların, audiovizual mətbuatın inkişafına dəstək proqramı da nəzərdə tutulur. Düşünürəm ki, elan olunan şərtlər bu istiqamətdə bir addımdır. Getdikcə medianın klassik formaları öz yerini yeni mediaya verməkdədir. Bu mənada, elan edilən şərtləri keçid dövrü üçün məqbul saymaq olar.

 

***

 

 

Siz bir-birinizi qırın, arada Mark qazansın...

 

Bir-birinə savaş açan media qurumları bu enerjini maliyyəni şəhid həmkarlarımızla bağlı məlumatların yayılmasına sərf etsəydilər, bu, Vətənə mətbuatımıza daha çox xidmət olardı.

 

***

 

 

Qeyri-peşəkarların idarə etdiyi media təhlükəlidir. Öz yanlışını ört-basdır etmək üçün trola çevrilib, hurreylə bir saytın üzərinə gedən bir dəstə media qurumunu necə müstəqil adlandırmaq, hadisələrə münasibətini özlərinin müəyyənləşdirdiyini necə iddia etmək olar? Bunun adı sifarişçiyə mütəşəkkil, can-başla xidmətçilik, qurama həmrəylikdir.

 

Əgər yeni media siyasəti budursa, yanlışdır. Peşəkarları sıradan çıxarıb, formalaşmamış, təcrübəsiz, ruhən mediadan uzaq gənclərə ciddi məsələlər həvalə etmək buna görə külli miqdarda pul ayırmaq havayı əziyyət, havaya sovrulan vəsait deməkdir.

 

İki jurnalistimizi şəhid verdiyimiz ağrılı həssas məqamda mübahisəli, şübhəli mövzunu yersiz qabartmaq, sonra da öz yanlışını ört-basdır etmək üçün bu tipli yazıları elliklə reklama qoyub qarşı tərəfi susdurmağa çalışmaq həm mənəvi iflasın göstəricisi idi. Bu günlərdə şəhid jurnalistlərimizlə bağlı hadisəsinin mahiyyətini hamılıqla dünyaya çatrdırmalı olduğumuz bir məqamda müəmmalı keçmişə malik hansısa "müharibə əlili" barədə lazımsız diskussiyaya bu qədər enerji sərf edildi.

 

Aşağı audutoriyanın diqqətinə hesablanmış, heç bir ictimai yük daşımayan xəbərlər yazmaq, primitiv cümlələrlə şou yaratmağa çalışmaq, sonra da o xəbərləri böyük vəsaitlər hesabına reklama qoyub oxucu yığmaqla media olmaq olmaz. Bu, müvəqqəti gözqamaşdırmadır.

 

Son onilliklərdə əldəqayırma, külli miqdarda investisiya yatırılan hay-küylə fəaliyyətə başlayan media orqanlarının sonda iflasa uğradığını, pul kəsilən kimi sıradan çıxdığını çox görmüşük. Təcrübə göstərir ki, peşəkar jurnalistlərin könüllü birləşməsi sayəsində, peşə maraqlarını üstün tutaraq yaratdıqları media orqanları daha etibarlı uzunömürlü olurlar. Ancaq pul-para naminə bir yerə toplaşan, jurnalist adına iddia edən şəxsləri heç bir mənəvi dəyər, sənətə sevgi birləşdirməyəndə iflas labüdləşir.

 

Amma unutmayaq: Belə qeyri-peşəkarlar bir gün elə ciddi məsələlərdə elə böyük xoruz buraxarlar ki, sonra o xoruzun çığırtısını kəsmək, yaratdığı yanlışın tozanağını yatırtmaq heç kimə müyəssər olmaz.

 

***

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ətraf mühitin mühafizəsi günündə Altıağac Milli Parkında olduq. Qafqazda ilk olan Heyvanların reabilitasiya mərkəzi barədə canlı təsəvvürümüz yarandı. Nazirnazirliyin əməkdaşlarının meşədə, piknik üçün ayrılmış məkanda jurnalistlərlə səmimi söhbətləri, ətirli samovar çayı, isti qarğıdalı, dürməklə xalça-palaz ətrafında mükalimələr unudulmaz anlar yaşatdı. Ətraf mühitin qorunmasıyla bağlı ictimai şüurda baş verən dəyişikliklər, təbiəti qorumağın hamımızın vətəndaşlıq borcu olmasının zəruriliyi, bu məsələdə ictimai qınağın əvəzedilməz rolu barədə rəsmilərlə fikir polemikası əhəmiyyətli idi.

 

Yüngül media üçün də maraqlı başlıqlar tapmaq olardı. Məsələn, "Nazir jurnalistlərlə isti qarğıdalı yedi".

 

Yaddaqalan və səmərəli günə, biro cür dadlı qarğıdalıya görə təşəkkürlər!..

 

***

 

Bakıda incə zövqlə qurulmuş Qızılgül parkı varmış. İçində də incə belli cam bardaqda - armudu stəkanda çay içməyə məkan...

 

Güllərin ətrinə bürünüş yığcam bağdır. Yerini demərəm...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2021.- 9 iyun.- S.17.