Altıağac Milli Parkında Beynəlxalq Ətraf Mühit günü qeyd olunub

Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə yaradılan 11 min hektar əraziyə malik Böyük Qafqazın cənub-şərq yamaclarını əhatə edən Altıağac Milli Parkında olan tədbir keçirilib.

 

Altıağac Milli Parkının nəzdində yerləşən Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzində keçirilən tədbirdə Ekologiya təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak, nazirliyin əməkdaşları media nümayəndələri iştirak ediblər.

 

Nazir Muxtar Babayev bildirib ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu gün "Beynəlxalq Ətraf Mühit Günü" kimi qeyd olunur. Azərbaycanda da Ekologiya Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun "Ümumdünya ətraf mühit günü" ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.

 

Nazirin dediyinə görə, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması dövlət siyasətinin prioritetlərindəndir. Nazirlik ekologiyanın qorunması, təbiətin mühafizəsi ilə əlaqədar müxtəlif tədbirlər, sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə ağacəkmə aksiyaları keçirir: "Biz hər zaman keçirdiyimiz bu kimi tədbirlərdə media ilə yaxından əməkdaşlıq edirik. Medianın bu prosesdə fəal iştirakı məmnunluq doğurur".

 

M.Babayevin sözlərinə görə, ətraf mühitə təsiri olan faktorlardan biri atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir: "Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə yaşıllıq zonaları meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Son illərdə Abşeronda ümumən ölkədə milyonlarla ağac əkilib bu işlər bu gün davam etdirilir. Havanın təmizlənməsi ilə bərabər flora fauna elementlərində pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində bu dəyişikliklər aydın görünür. Nazirlik üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da zəruri tədbirləri görəcək".

 

 

 

Nazir bildirib ki, ölkədə yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür: "Ölkədə fəaliyyət göstərən Milli parkların ərazilərinin daha da yaşıllaşdırılması təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Bəzən yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar görürük. Bu sahədə inzibati metodlarla görmək çətindir. Cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə əldə etmək olur".

 

BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak isə qeyd edib ki, ekoloji tarazlığın qorunması çox vacib məsələdir: "Yaxşı kənd təsərrüfatı qurmaq üçün keyfiyyətli torpaq çirklənməyən suya, eləcə təmiz havaya ehtiyac var. Bütün bunlar olmalıdır ki, məhsuldar təsərrüfat qura bilək. Bundan başqa, yaxşı qidalanma, yaxşı istehsal təbii fəlakətlərə davamlı ekosistem qurulması mütləqdir".

 

Melek Çakmak Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkında keçirilən bu tədbiri yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, bu səpkili tədbirlərə media, ictimaiyyət nümayəndələrinin dəvət olunması isə təqdirəlayiqdir.

 

Əməkdar jurnalist, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 5 iyun - Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkında möhtəşəm bir tədbir təşkil olunduğunu bildirib: "Ekologiya Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyaları keçirir. Media nümayəndələri bu kimi aksiyalarda iştirak etməklə ölkəmizin yaşıllaşdırılmasına öz töhfələrini verirlər. Mən nazirlik tərəfindən təşkil olunan bu səpkili tədbirləri yüksək qiymətləndirirəm. Yaşıllaşdırma işlərinin böyük əhəmiyyəti var. Dövlətimiz bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Məqsəd ekologiyamızın, insanların sağlamlığının qorunmasıdır. Ona görə ölkənin hər yerində yaşıllaşdırma işləri aparılır. Keçirilən bu aksiyalara daim media nümayəndələri dəvət olunur.Ekologiya Təbii Sərvətlər Nazirliyi media ilə sıx əməkdaşlıq edən dövlət qurumlarındandır".

 

 

Telejurnalist Aida Eyvazlı Ekologiya Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Altıağac Milli Parkında media nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə iştirakından çox məmnun qaldığını bildirib: "Tədbir Milli parkın ərazisindəki meşəliyin içərisində təşkil olunmuşdu.Dağlıq ərazi, yaşıl meşə örtüyü təmiz hava tədbir iştirakçılarını heyran etdi. Ekologiya Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq media nümayəndələrinin iştirakı ilə bu səpkili tədbirlər, ağacəkmə aksiyaları keçirir. Nazirliyin keçirdiyi bir neçə ağacəkmə aksiyalarında mən özüm şəxsən iştirak etmişəm. Nazirliyin bu təşəbbüsünü, media ilə sıx əməkdaşlığını çox yüksək qiymətləndirirəm".

 

A.Eyvazlı deyir ki, Altıağac Milli Parkının ecazkar təbiəti tədbir iştirakçılarını o qədər valeh edib ki, vaxtın necə tez keçməsinin fərqinə varmayıblar: "Parkın fauna aləmi kifayət qədər zəngindir.Milli Parkın ərazisində canavar, çöl donuzu, bildirçin, yenot, dovşan, tülkü, dələ, qaratoyuq digər heyvanlar, eləcə , adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş qonur ayı, vaşaq, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan var.Burada heyvanlara xüsusi diqqət qayğı göstərilir. Mən burada heyvanlara necə qayğı ilə yanaşıldığının canlı şahidi oldum. Təbiət bəşəriyyətin insanlara bəxş etdiyi ən böyük nemətlərindən biridir. Ona ziyan vurmadan qoynunda dincəlmək, gözəlliklərindən zövq almaq mümkündür. Bildirildi ki, burada ovçuluq etmək, ağac kəsmək sair qadağandır. Altıağac Milli Parkının ecazkar təbiəti bizi o qədər valeh etdi ki, vaxtın necə tez keçməsinin fərqinə varmadıq".

 

Aktyor, aparıcı Kamal Dənizin dediyinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 5 iyun Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar fərqli bir tədbir təşkil olunmuşdu: "Fərqli məkanda, yaşıl meşəliyin içərisindətəşkil olunan tədbir iştirakçıların çox ürəyincə oldu".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, nazirlik bundan sonra da bu səpkili tədbirin təşkilini nəzərdə tutur: "Biz daima təşkil etdiyimiz bu səpkili tədbirlərə media nümayəndələrini dəvət edirik. Bu günlərdə Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış jurnalistlər bağında əkilən ağaclara media nümayəndələri ilə birgə qulluq etdik və ərazidə yeni ağaclar əkdik.Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş əmələ gəlib. Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Nazirliyin təşkil etdiiyi ağacəkmə aksiyalarına daim media nümayəndələri dəvət olunur. Ölkənin yaşıllaşdırılmasında nazirliyə dəstək olan, aksiyalarda fəal iştirak edən bütün media nümayəndələrinə təşəkkürümüzü bildiririk. Nazirlik media ilə əməkdaşlıqdan çox məmnundur. Əməkdaşlığımız bundan sonra yüksək səviyyədə davam edəcək".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2021.- 10 iyun.- S.8.