Təsviri sənət tariximizdə parlaq imza: İsmayıl Axundov

 

O, Azərbaycan incəsənəti tarixində adı fəxarətlə çəkilməyə layiq rəssamlardandır. Təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan, uğurlu bədii yaradıcılıq ictimai fəaliyyəti ilə seçilən Xalq rəssamı İsmayıl Axundovdan (1907-1969) söhbət açırıq.

 

İ.Axundov Bakının Maştağa qəsəbəsində anadan olmuşdu. Rəssam sənətə gəlişini belə qeyd edirdi: "Mənim incəsənət aləminə gəlməyimə əsas səbəbkar Mirzə Cəlil olmuşdur. Bizim ailəmiz M.Cəlilə "Molla Nəsrəddin" jurnalına böyük rəğbət bəsləyirdi. Atam axund olmasına baxmayaraq, açıqfikirli bir şəxs idi, elmə, mədəniyyətə yüksək qiymət verirdi".

 

İ.Axundov ixtisas təhsilini Azərbaycan Rəssamlıq Məktəbində (1924-1928), sonra isə Moskva Poliqrafiya İnstitutunda (1928-1932) almışdı. O, təsviri sənətin qrafika teatr dekorasiya rəssamlığı sahəsində davamlı bədii yardıcılıq fəaliyyəti göstərək, bir-birindən maraqlı, diqqəti cəlb edən yüksək bədii estetik məziyyətə malik əsərlər qalereyası ərsəyə gətirmişdi. İ.Axundov həmçinin, uğurlu ictimai fəaliyyəti ilə ölkəmizin mədəniyyət tarixində silinməz iz qoymuşdu. O, Azərbaycan Rəssamlıq Məktəbinin direktoru (1937-1940), Azərbaycan Rəssamlar İttifaqının ilk sədri (1940-1944), (1947-1952), Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradıcılarından, muzeyin direktoru baş rəssamı (1940-1969) olmuşdu. Sadalanan nüfuzlu sənət ocaqlarında rəssam özünün yüksək təşkilatçılıq işgüzarlıq qabiliyyəti ilə çalışaraq, xalqımızın minilliklərlə formalaşdırmış olduğu incəsənətə sevgisini bağlılığını öz əməli ilə sübut etmişdi.

 

 

 

İ.Axundov Moskvada təhsilini başa vurub ölkəmizə qayıtdıqdan sonra "Azərnəşr"də rəssam, qrafika şöbəsinin müdiri vəzifəsində çalışmış (1932-1937), "Molla Nəsrəddin" (1926-1928) "Kirpi" (1953-1960) jurnallarında satirik yumoristik karikaturalar dərc etdirmiş, Böyük Vətən Müharibəsi illərində (1941-1943) 100-dən çox təbliğat materialı plakatlar hazırlamışdı.

 

Əhatəli gərgin fəaliyyəti dövründə rəssam daima yüksək yaradıcılıq əzmi ilə çalışaraq diqqəti cəlb edən sənət nümunələri yaratmışdı. Rəssamın akvarel texnikasında işləmiş olduğu "Mənzərə" (1927), "Köhnə Bakı" (1928),"Qəzet oxuyan qadın" (1928), "Pionerlərin yığıncağı" (1928), "Çoban" (1928) adlı əsərlər şərti-dekorativ, siluet formasında işlənilib. Rəssam yaradıcılığının birinci mərhələsində kontur xətt, cizgi, kontrastlıq lokal rəng qammasına üstünlük verib. İ.Axundovun 60-cı illərdə yaratığı akvarel əsərlər isə səlis işlənilmə, professional perspektiv kolorit həlli ilə diqqəti cəlb edir. Sadalanan xüsusiyyətləri rəssamın "Atabəy məqbərəsi", "Şirvanşahlar Sarayında məscidin portalı", "Divanxana. Şirvanşahlar Sarayı", "Qrafik rəsm", "Mənzərə" digər akvarel əsərlərinə aid edə bilərik. Rəssam tuşla şair M.P.Vaqifin olduqca bədii ifadə güclü emosional təsir qüvvəsinə malik portretini yaratmışdı. Akvarellə işləmiş olduğu "M.Ə.Sabirin portreti" (1962) əsərində rəssam bənzərsiz satirik şair Sabirin xarakterik xüsusiyyətlərini, şairin pisixoloji obrazını ustalıqla yarada bilib.

 

İ.Axundovun M.Ə.Sabirin "Hophopnamə" (1934), N.Gəncəvinin "İsgəndərnamə" (1940) "Molla Nəsrəddin lətifələri"nə (1958) yaratdığı illüstrasiyalar özünün məna məzmun dolğunluğu, lakonik ifadəliliyi ilə seçilir, mətnin süjeti ilə təsvirin bağlılığı diqqəti cəlb edir oxucunun zövqünü oxşayır.

 

 

 

İ.Axundov yaradıcılığının əhəmiyyətli hissəsini teatr dekorasiya rəssamlığına həsr edib. Rəssamı teatra məşhur rejissor Adil İsgəndərov dəvət etmişdi. O, bir çox teatr tamaşalarının səhnə tərtibatını geyim eskizlərini hazırlamışdı. Buna nümunə olaraq Akademik Milli Dram Teatrında M.F.Axundovun "Müsyo Jordan Dərviş Məstəli şah" (1938), C.Məmmədquluzadənin "Ölülər" (1939), (1948), O.Balzakın "Ögey ana" (1939), Z.Xəlilin "İntiqam" (1942), A.N.Ostrovskinin "Tufan" (1945), C.Cabbarlının "Yaşar" (1947), M.F.Axundovun "Lənkəran xanının vəziri" (1949), S.Rəhmanın "Aydınlıq" (1949), C.Cabbarlının "Solğun çiçəklər" (1949), "Dönüş" (1960), N.Hikmətin "Şöhrət" (1960), S.Rəhmanın "Əliqulu evlənir" (1961), M.Hüseynin "Alov" (1961), H.Cavidin "Siyavuş" (1963), Musiqili Komediya Teatrında Ü.Hacıbəyovun "Məşədi İbad", S.Rüstəmovun "Durna" (dramaturq S.Rüstəm) (1959), F.Əmirovun "Gözün aydın" (1966) (dramaturq M.Əlizadə), N.Məmmədov T.Bakıxanovun "Məmmədəli kurorta gedir" (1970) (dramaturq A.Zeynallı) başqalarını göstərmək olar. Rəssam teatr rəssamlığı ilə bağlı fəaliyyəti haqda "Ədəbiyyat incəsənət" qəzetinin 27 oktyabr 1962-ci il tarixli nömrəsində yazırdı: "Böyük dramaturqumuz M.F.Axundovun pyeslərindəki obrazlar silsiləsi hər bir tərtibatçı rəssamın yaradıcılığı üçün tükənməz ilham mənbəyidir.

 

 

 

Bu pyeslərdə cərəyan edən hadisələrin səhnə tərtibatı da rəssamın həyata müdaxiləsinə böyük material verir. Axundovun pyeslərinin tərtibində, sadəcə olaraq etnoqrafiyanı nəzərə almaqla kifayətlənmək olmaz. Bu obrazlar silsiləsi, bu zəngin material rəssam təhlilində dövrün ictimai ziddiyyətlərini dərk etmək üçün ən etibarlı çıxış nöqtəsidir". Sənətşünaslıq doktoru Mürsəl Nəcəfov rəssamın yaradıcılığı ilə bağlı "Ümumiyyətlə, yaradıcılığında satira yumor motivləri güclü olan rəssam M.F.Axundov C.Məmmədquluzadənin satirik surətlərini olduqca real, sözün əsl mənasında milli formada təsvir etmişdir" deyə qeyd edirdi. 

 

İ.Axundovun muzey işiictimai təşkilatlarda göstərdiyi fəaliyyətinin mayasında incəsənətimizə milli bağlılıq dayanırdı. Rəssam "Ədəbiyyat" qəzetinin 17 sentyabr 1960-cı il nömrəsində dərc olunmuş məqaləsində Teatr Muzeyi ilə bağlı "Təşkilat işlərini gücləndirmək, eksponatlar üzərində geniş və ətraflı elmi aparmaq, daimi ekspozisiya yaratmaq üçün muzey kollektivini elmi kadrlarla təmin etmək vaxtı gəlib çatmışdır", İncəsənət Muzeyi haqqında isə "Muzeyin Azərbaycan şöbəsi üzrə daimi ekspozisiya yoxdur" deyə ürək yanğısı ilə əsl vətənpərvər ziyalı mövqeyini sərgiləyirdi.

 

Məşhur ədəbiyyatşünas alim Abbas Zamanov rəssam dostu haqqında yazırdı: "İsmayıl müəllim Nizami muzeyinin yaradıcısı və rəhbəri idi. Ana öz sevgili balasının üzərində necə əsərsə, İsmayıl müəllim Nizami muzeyinin üzərində elə əsirdi. İsmayıl müəllim Nizami muzeyi üçün canını qurban verməyə hazır idi".

 

 

 

Akademik Həmid Araslı rəssamın 60 illik yubileyi ilə bağlı "Ədəbiyyat və incəsənət" qəzetində (22.04.1967) dərc olunmuş "Gözəl tərtibatçı" adlı məqaləsində qeyd edirdi: "İ.Axudov sərgilərin bədii tərtibatında respublikamızda xüsusi məktəb yaratmış bir rəssamdır. Bu isə rəssamı, yazıçıların üslub xüsusiyyətlərinin bir ədəbiyyatşünas kimi gözəl bilməsi, bədii axtarışların, müasirlik duyğusununümumi biliyinin qüdrəti ilə yaranmışdır. İ.Axundov həmişə axtaran, öyrənən, narahat bir sənətkardır".

 

Yuxarıda ayrı-ayrı tanınmış sənət adamlarından gətirdiyimiz sitatlar bir daha xalq rəssamı İ.Axundovun həyatı və yaradıcılığı haqqında oxucuda dolğun təəssürat yaradır. Rəssamın çoxşaxəli bədii və ictimai yaradıcılıq fəaliyyəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1960) kimi fəxri adlara və həmçinin, SSRİ dövlət mükafatına (1950) layiq görülüb.

 

Xalq rəssamı Böyükağa Mirzəzadə 1956-cı ildə rəssam dostu İ.Axundovun diqqəti cəlb edən portretini ərsəyə gətirib. Biz bu əsərə tamaşa edərkən kresloda masası qarşısında düşüncələrə dalmış vəziyyətdə əyləşmiş rəssam və ictimai xadimin bədii obrazı ilə qarşılaşırıq. Yüksək sənət amalları ilə yaşayandaim xalqının işıqlı gələcəyi üçün çalışan Xalq rəssamı İ.Axundovun adı təsviri sənət tariximizdə əbədi yaşayacaq.

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.23.