Oturan gülən adam

 

 Əsrarəngiz Benjamin Bennet hadisəsi

 

 

Yutubda ilk videosunu 2014-cü il  iyulun 28-də paylaşan Benjamin Bennet videoda çöməlib oturur 4 saat boyunca sadəcə gülür. Bu vaxta qədər həmin konspektdə 268 video paylaşan Bennet, hər birində 4 saat oturmaqla, toplam 44 gün sadəcə oturmuş olur...

 

Bunu hər gün etdiyini gündə 8 saat yatdığını düşünsək, Bennetin ömrünün yarısını sadəcə, oturmaqla yatmaqla keçirdiyini anlaya bilərik.

 

Paylaşdığı ilk videosunda yayımı açır, oturmazdan əvvəl bir sıra hazırlıqlar görür, zəngli saatı 4 saat sonraya qurur oturub gülməyə başlayır. Bəs bu "gülən adam"ın gerçək üzü nədən ibarətdir? Hər şey göründüyü qədər bəsitdirmi, yoxsa məsələnin əsrarəngiz tərəfləri var?

 

Bir reportajında Benjamin Bennet belə deyir: "Bir çox mesaj alıram, bunların çoxu meditasiya ilə bağlı olur. Etdiyim şey insanların xoşuna gəlir. Gülməyim onlara daha rahat hiss etdirir". Ancaq bunlardan əlavə, daha qorxunc qəribə detallar var.

 

Benjamin Bennet 251-ci videosunda yenə həmişə olduğu kimi oturur gülümsəyir. Lakin dəqiqələr 03.01.07-ni göstərəndə bir anda ürküdücü şəkildə ağlamağa başlayır təqribən 2 dəqiqə boyunca ağlamağa davam edir. Burada baş verən hadisə, ağıllara "görəsən, bütün bunları kimsə Benjaminə zorlamı etdirir?" sualını gətirir. Belə bir şey üçün təhdidetmənin mənasız olduğunu nəzərə alsaq, ağlama səbəbinin ailəvi problemlərdən qaynaqlandığını da düşünmək olar. Ya da, kim bilir, öz içində "Mən burada neynirəm, həyatım bundanmı ibarətdir?" deyərək duyğulanmış da ola bilər.

 

Başqa bir videoda, "meditasiya" zamanı Bennetin arxasındakı qapı açılır, kimsə səslənir qapını təkrar bağlayır. Bunu fərqinə varan Bennet yenə qəribə bir reaksiya verərək izləyənləri ürküdür. Onun bu reaksiyanı göstərməsi qapını açan həmin adamı tanımadığı fikrini ortaya çıxarır. Kim bilir, bəlkə , evi soymağa gəlmiş bir oğruya sırf özü başında olduğu üçün heç edə bilmədiyindən narahatdır?

 

Digər videolarının birində 5 saniyəlik gözlərinin rənginin dəyişdiyini, başqa bir videosunda isə oturduğu güldüyü anda özündən asılı olmadan sidik ifraz etdiyini görən izləyicilər tamamilə çaş-baş qalmış, Bennetin bunu niyə etdiyini daha çox sorğulamağa başlamışdılar. Haqqında çox az şey bildiyimiz bu şəxs, özünün başqa bir reportajında "Bunu etməyimdə heç bir səbəb yoxdur, sadəcə etmək istəyirəm edirəm. Bunun ən yaxşı etdiyim şey olduğunu düşünürəm" - demişdi.

 

 

 

Fikrimcə, bütün bu hadisələr həmin illərdə özünü ön plana atmaq, vərdiş ediləndən daha fərqli üsullarla göz önündə olmaq, insanlarda maraq yaratmaq bütün diqqətləri öz üzərinə çəkməkdən başqa bir şey deyil. Bu silsiləni, sonradan yutub platformasında "Poppy", "Ashley Vlogs" s. kanallar da müxtəlif konspektlərlə çıxış edərək davam etdirmişdilər.

 

Məncə, Benjaminin ötürdüyü şüuraltı mesaj gülməyin vacibliyi, istənilən situasiyada gülməkdən vaz keçməməli olduğumuzun önəmi ilə bağlıdır. Əslində, bu, meditasiyanın məşhur bir ünsürüdür, lakin Benjamin bunu özünəməxsus şəkildə təqdim edir, daha yaddaqalan diqqət cəlb edən bir formada göstərir.

 

Sizdüşünürsünüz? 4 saat boyunca oturan və sadəcə gülən bir adamı izləmək sizə də özünüzü daha yaxşı hiss etdirərdimi? Yoxsa bu hal sizi daha çox narahat edərdi?

 

 

El ROMAN

 

525-ci qəzet.- 2021.- 15 iyun.- S.16.