Musiqi xəzinəmizin Cahangir Cahangirov inciləri

 

BÖYÜK BƏSTƏKARIN 100 İLLİYİ TAMAM OLUR

 

Azərbaycan mədəniyyətinin parlaq simalarından biri, görkəmli bəstəkar, Xalq artisti, professor, dirijor ictimai xadim Cahangir Cahangirovun 100 illiyi tamam olur.

 

Dahi Üzeyir Hacıbəylinin ənənələrinə, yaradıcılıq irsinə arxalanan C.Cahangirovun "Azad" "Xanəndənin taleyi" operaları, "Sabir" "Hüseyn Cavid" oratoriyaları, "Füzuli" "Nəsimi" kantataları, "Arazın o tayında" vokal-simfonik poeması, "Durnalar", "Ana", "Alagöz", " şanı, qara şanı" kimi mahnıları digər əsərləri bu gün yüksək qiymətləndirilən musiqi inciləridir. Bəstəkarın kinofilmlərə yazdığı musiqi mahnılar da xalq arasında çox sevilir, dəyərli ifaçıların repertuarına daxil edilir. "Yenilməz batalyon" filmindən "Teymurun mahnısı", "Dəli Kür" filmindən "Ana Kür" başqaları buna nümunədir. "Füzuli" kantatasının "Şəbi-hicran" hissəsi dillər əzbəridir. Onun musiqisi insan hisslərinin ən zərif nöqtələrinə toxunur, musiqisevərlərin ruhunu oxşayır. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, bəstəkarın əsərlərinin hər bir parçası Azərbaycan xalq musiqisinə, bilavasitə muğamlara əsaslanır. Eyni zamanda, daim yaradıcılıq axtarışlarında olan bəstəkar dünya klassik ənənələrinə əsaslanaraq, özünün novator prinsiplərini fərdi yaradıcılıq ilə üzvi surətdə uzlaşdırmağa nail olub.

 

Cahangir Cahangirovun ilk bəstəkarlıq təcrübəsi mahnı janrına xor musiqisinə müraciəti ilə başlayıb. O, Azərbaycanda xor musiqisinin inkişafında böyük nailiyyətlər əldə etmiş bəstəkardır. Bu sahədə fəaliyyəti, müxtəlif ansambl kollektivlərə rəhbərlik etməsi, xor üçün çoxsaylı əsərlər bəstələməsi Azərbaycan Dövlət Konservatoriyasında "Xor dirijorluğu" kafedrasının müdiri olaraq yeni nəsil tələbələrin yetişdirməsi müstəsna əhəmiyətə malikdir. C.Cahangirov 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası xorunda ifaçı olaraq çalışmağa başlamış, daha sonra mahnı rəqs ansamblının xor qrupuna rəhbərlik etmişdi. 1944-cü ildən, 15 il ərzində Azərbaycan Dövlət Radio Komitəsinin xor kollektivinin dirijoru bədii rəhbəri vəzifəsində çalışmışdı. 1945-ci ildə Ümumittifaq Mədəni Əlaqələr Cəmiyyətinin tapşırığı ilə C.Cahangirov Cənubi Azərbaycandakı mədəni quruculuğa kömək üçün oraya göndərildi qısa zamanda xor, instrumental ansambllar xalq çalğı alətləri orkestri yaratdı. Bəstəkarın bu səfərinin təəssüratları ona yeni şöhrət gətirən, Azərbaycan musiqisinin yüksək nailiyyətlərindən olan "Arazın o tayında" vokal-simfonik poemasında öz əksini tapıb. Əsər 1949-cu ildə Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında ilk dəfə səsləndirilib 1950-ci ildə Dövlət Mükafatına layiq görülüb. Xor, solistlər simfonik orkestr üçün bəstələnən poemada (Cənubi Azərbaycan şairləri Mədinə Gülgün Əli Tudənin sözlərinə) xalqın azadlıq uğrunda mübarizəsi mövzusuna müraciət olunub. Bəstəkar soydaşlarımızın həyəcanlarını, mübarizəsini gələcəyə inamını musiqisinin təsirli epik-nəqledici xüsusiyyətləri ilə təqdim edir. Ümumiyyətlə, epik-nəqledicilik - yəni musiqi fikrinin tədricən açılması (proqramlı məzmundan irəli gələrək) C.Cahangirovun bəstəkarlıq üslubunun əsas xüsusiyyətlərindən biridir. Bunu biz bəstəkarın opera yaradıcılığında daha qabarıq şəkildə görürük.

 

1950-ci illərin sonunda yaratdığı "Azad" operası XX əsrin ortalarında Cənubi Azərbaycanda baş verən hadisələrə, xalqın azadlığı uğrunda mübarizəsi mövzuna həsr olunub Hüseyn Hüseynzadənin librettosu əsasında yazılıb. Burada Mirzə İbrahimovun "Azad qız" dramının "Gələcək gün" romanının motivlərindən istifadə edilib. Operada aparıcı rol oynayan xalqın obrazı bəstəkar tərəfindən məşhur xor nömrələrinin təqdimatında təsvir olunur. Onların mərkəzində, musiqi tariximizə ilk muğam tipli, muğama əsaslanan "Çahargah" xoru durur. Bu xor Cahangir Cahangirovun, nəinki bəstəkarlıq ustalığının, eyni zamanda, milli təfəkkürü, daxildən gələn xalq musiqi ruhunu nümayiş etdirmək bacarığının bariz nümunəsidir. "Azad" operası ilə C.Cahangirov Azərbaycan opera sənətində "nikbin-faciə" janrını təsdiq etmiş oldu.

 

 

Cahangir Cahangirovun bu sahədə ikinci uğuru "Xanəndənin taleyi" operasıdır. Bəstəkarın xalq musiqisinə, muğamlara olan məhəbbəti XX əsrin əvvəllərinin məşhur muğam ifaçısının - bakılı xanəndə Seyid Mirbabayevin faciəvi taleyi onda bu operanı yazmaq fikrini oyadıb. Əsər 1979-cu ildə tamaşaya qoyulub, əsas rolları Baba Mirzəyev Gülnarə Əhmədova ifa edib. Libretto müəllifi Kərim Kərimov 1964-cü ildə "Bakı" qəzetində çap olunan "Restorandakı qoca" hekayəsinə əsaslanıb. "Xanəndənin taleyi" operasında C.Cahangirov klassik opera janrının, Üzeyir Hacıbəyli ənənəsinin, müzikl müasir musiqili teatr xüsusiyyətləri ilə sintezinə nail olub. Operanın baş qəhrəmanı xanəndə olduğu üçün bəstəkar onun partiyasını məhz muğam ifaçısına tapşırıb. Beləliklə, muğam ənənəsi bu operada bir daha inkişaf etdirilib. Lakin Ü.Hacıbəyli tərəfindən təməli qoyulan muğam operalarından fərqli olaraq, bu operada muğam parçasından yalnız bir dəfə - əsərin epiloqunda istifadə edilib. Operanın bütün digər nömrələrində bəstəkar muğam intonasiyalarından, muğamın xarakterik inkişaf vasitələrindən geniş istifadə edərək, özünün muğamvari musiqi nümunəsini yaradır. Əsərin daha bir maraq doğuran cəhəti ondadır ki, məzmuna uyğun olaraq bəstəkar Amerika caz ifaçılarının, Avropa estrada musiqisinin səslənməsindən istifadə edib.

 

Cahangir Cahangirov yaradıcılığında vokal-instrumental əsərlərə kütləvi mahnı janrına xüsusi yer verilib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibəti ilə bəstəkar "Füzuli" kantatasını bəstələyir. Əsərdə Füzulinin "Söz", "Ney kimi", "Məni candan usandırdı", "Ol pərivəş..." qəzəllərindən, "Leyli Məcnun" poemasının bir hissəsindən Rəsul Rzanın Füzuliyə həsr olunmuş şeirindən istifadə olunub.

 

C.Cahangirov kantata janrına 1973-cü ildə yenidən müraciət edərək İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş "Nəsimi" kantatasını bəstələyib. Kantatanın finalı Nəsimi haqqında himn kimi səslənir.

 

Bəstəkarın vokal-instrumental musiqi yaradıcılığı onun "Sabir" "Hüseyn Cavid" oratoriyaları ilə təmsil olunur. Hər iki əsərdə dahi şəxsiyyətlərin obrazları hərtərəfli şəkildə əks etdirilib.

 

Məlum olduğu kimi, Cahangir Cahangirovun mahnı janrında nailiyyətləri musiqi mədəniyyətimizin nadir inciləridir. Burada bəstəkar lirik, vətənpərvər, qəhrəmani-patriotik, əmək-məişət satirik janrlara müraciət etmişdir. Lirik mahnıların mövzu dairəsi olduqca genişdir. Məsələn: "Alagöz", "Nazənin", "Zəriflik", "Gözlərin", xor üçün "Qəzəl" adlanan mahnılarda sevgi lirikası, "Aylı gecələr", "Çiçəklər", "Bahar nəğməsi" kimi mahnılarda təbiətin gözəlliyi təsvir olunur. Eyni zamanda, Cahangirovun "Ana yurdum", xor üçün "Kərəm kimi" mahnılarında emosional hisslər, "Buludlar", "Dan ulduzu, bir mən" mahnılarında xəyalpərəst lirika hakimdir.

 

Çoxşaxəli yaradıcı şəxsiyyət olan Cahangir Cahangirov dram tamaşalarına kinofilmlərə misilsiz musiqilər bəstələyib. Onun məşhur rejissor Hüseyn Seyidzadə ilə işbirliyi üç filmin çəkilişi ilə bağlıdır. Bunlar "Koroğlu" (1960), "Yenilməz batalyon" (1963) "Dəli kür" (1969) filmləridir. Burada C.Cahangirovun musiqisi ilə kinokadrlarının professionallıqla üst-üstə düşməsi kino musiqisinin inkişafının yüksək mərhələsi kimi qəbul olunur. Qeyd etmək lazımdır ki, hər bir filmdən gözəl məşhur mahnı nümunələri indi çox sevilir ifa olunur.

 

C.Cahangirovun Ə.Məmmədxanlının "Od içində" (1950-ci illər), N.Xəzrinin "Sən yanmasan" (1974) və "Mirzə Şəfi" (1982), H.Cavidin "Xəyyam" (1970), Ə.Əylislinin "Quşu uçan budaqlar" (1978), C.Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinin tamaşalarına yazdığı musiqilər yüksək yaradıcılıq nümunələridir.

 

Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndəsi olan Cahangir Cahangirov milli mədəniyyətimizin inkişafında, təbliğində böyük nailiyyətləri olan sənətkardır. Onun xor musiqisi sahəsində apardığı işi, müxtəlif kollektivlərə rəhbərlik etməsi və pedaqoji fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

 

Bəstəkarın yaradıcılığını tam nəzərdən keçirərək belə bir nəticəyə gəlirik ki, onun musiqisi birbaşa xalq musiqisindən bəhrələnən, yaddaşlarda qalan, ürəklərə yol tapan səmimi hissləri əks etdir. Həmçinin, novator bəstəkar olaraq özünəməxsus üslub və fərdi bəstəkarlıq xüsusiyyətləri ilə fərqlənən əsərləri ilə o, özünməxsus üslub - Cahangirov dəst-xəttini yaradıb. C.Cahangirov musiqisi öz müəllifini əbədi olaraq yaddaşlarda, könüllərdə yaşadacaq ilahi təsir qüvvəsinə malikdir.

 

Leyla QULİYEVA

Azərbaycan Milli Konservatoriyasının kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 17 iyun.- S.12.