Mətbuatla bağlı mövzulara Əvəz Sadıq baxışı

Əvəz Sadıq imzası ilə geniş tanınan Əbülfəz Əli oğlu Sadıqov (1898-1956) Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində nasir, tərcüməçi və jurnalist kimi özünəməxsus iz buraxan yaradıcı şəxsiyyətlərdəndir. Ə.Sadığın fəaliyyəti daha çox mətbuatla bağlı olmuş, publisistika isə onun yaradıcılığının mərkəzində dayanmışdı. "Kommunist", "Şərq qapısı", "İnqilab mədəniyyət", "Şərq qadını", "Vətən yolunda" "Kirpi" kimi mətbuat orqanlarındakı müxbir, məsul katib redaktorluq fəaliyyəti bu qənaətimizi əsaslandıran faktlardır.

 

Ə.Sadıqın publisistik yaradıcılığa başlaması həyatının Naxçıvan mərhələsinə təsadüf edir. O, 1923-cü ildən 1928-ci ilədək, yəni Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunanadək öz publisistik yazılarını daha çox Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetində dərc etdirmişdi.

 

Ə.Sadığın 1923-1928-ci illərdə "Şərq qapısı"ndakı yazıları "Ə.Sadıq Ordubadi", "Ə.Sadıqov Ordubadi", "Müəllim Ə.Sadıq Ordubadi", "Müəllim Ə.Sadıq", "Ə.Sadıq", "Ə.S.Ə." "Ə.S." imzaları ilə dərc olunmuşdur. Həmin illərdə Ə.Sadığın "Şərq qapısı"nda dərc olunan 25 yazısını aşkara çıxarmışıq. Bu yazıların əksəriyyəti "Şərq qapısı" qəzeti onun müxbirlərinin vəzifələri, Naxçıvanda teatr maarif işləri, təhsil məsələləri, ədəbiyyat cəmiyyətlərinin təşkili mövzularına həsr olunmuşdur.

 

Ə.Sadığın "Şərq qapısı" qəzetinin 1923-1927-ci il nömrələrində qəzetin nəşri onun müxbirlərinin vəzifələri haqqında "Qəzetəmizin yazı mətbuat tarixinə bir nəzər", "Qəzetəmiz məktəb", "Müvəffəqiyyət", "Kənd təsərrüfatını mədəniləşdirmək işində müxbirlərin vəzifəsi", ""Şərq qapısı"nın getdiyi gedəcəyi yol" adlı beş məqaləsi dərc olunmuşdu. Bu məqalələr yüksək peşəkarlıq səviyyəsində yazılıb. Məqalələri oxuduqca hiss olunur ki, müəllif dünya Azərbaycan mətbuat tarixinə yaxından bələddir bu bələdliyindən istifadə edərək hətta mətbuatla əlaqəsi olmayan oxucuların da diqqətini cəlb etməyə, xüsusilə "Şərq qapısı" qəzetinın oxunması geniş dairədə yayılmasına səy göstərir. Bu baxımdan müəllifin "Qəzetəmizin yazı mətbuat tarixinə bir nəzər" adlı məqaləsi diqqətəlayiqdir. Məqalədə əvvəlcə oxucuların diqqəti mətbuatın əhəmiyyətinə yönəldilir, sonra isə müəllif sözü "Şərq qapısı" qəzetinin nəşri onun yaşaması üçün köməyə ehtiyacı olmasının üzərinə gətirir: "Naxçıvan ölkəsi isə yalnız iki aydan bəri qəzetə intişarına əhəmiyyət verməyə başlamışdır. "Füqəra səsi", "Gənclər həyatı", "Şərq qapısı" namları ilə qəzetlər intişarına ümmət göstərilmişdir. Əhalinin maddi mənəvi köməyi görülmədiyində gənc ikən qapanmışlar. Şimdi ikinci kərə "Şərq qapısı" yaradılır. Bu yaradılmış qəzetə hər vətəndaşımızın ziyalılarımızın həmiyyətinə möhtacdır".

 

Əvəz Sadıq Vikipediya

 

Ə.Sadıq "Şərq qapısı"na həsr etdiyi yazılarında o vaxt Naxçıvanda yeganə mətbuat orqanı olan bu qəzetin əhəmiyyətindən təsir gücündən bəhs etməyi vacib sayırdı. Onun fikrincə, "Şərq qapısı" "cümhuriyyətimizin həm "Kommunist"i, həm "Raboçi"si, həm "Gənc işçi"si, "Şərq qadını" olaraq bütün başqa qəzetə məcmuələrə məadil sayılır ki, bunlar Azərbaycan dairəsində oynadığı rolları Naxçıvan dairəsində "Şərq qapısı" kəndisi təklikdə yapır".

 

"Şərq qapısı"nın 100-cü nömrəsinin çıxması münasibətilə yazdığı "Müvəffəqiyyət" adlı məqaləsində Ə.Sadıq qəzetin qazandığı uğurlardan söz açır bu uğurları qoruyub artırmaq üçün vətəndaşların köməyinə ümidvar olduğunu bildirirdi: "Yüz nömrədə qəzetimiz müxtəlif şəkillərdə olaraq birisi o birisindən daha islah edilmiş, daha müntəzəm bir surətlə çıxacağına olan ümidini imdidən təmin ediyor. Gözlənilən ümidi əldən qaçırmamaq üçün ölkəmizin bütün vətəndaşlarının var qüvvələri ilə çalışmaqları lazımdır".

 

O, 1927-ci ildə dərc etdirdiyi "Şərq qapısı"nın getdiyi gedəcəyi yol" adlı məqaləsində isə qəzetin redaktoru kimi bu mətbuat orqanının taleyi barəsində öz arzularını belə ifadə edirdi: "Şərq qapısı" ölkəmizin hər tərəfində oxunmalı, hər tərəfini öz sütunlarında göstərməlidir. Bunun üçün... qəzetəmizin tirajını mindən üç minə qədər qaldırmaq "Şərq qapısı" ətrafında həqiqi müxbirlər ordusu toplamaq yolunda çalışmalıyıq".

 

1920-ci ildən sonra yeni yaranmış ictimai-siyasi ideoloji şəraitdə Azərbaycanın mərkəzi digər regionlarında olduğu kimi, Naxçıvanda da ibtidai, orta peşə məktəblərinin, texnikum ali tədris müəssisələrinin yaradılmasına fəaliyyətinin təmin edilməsinə xüsusi diqqət yetirilirdi. 1920-1927-ci illərdə Naxçıvanda yaşayan Ə.Sadıq da bu proseslərin fəal iştirakçılarından biri olmuşdur. Onun 1923-cü ildən 1927-ci ilədək "Şərq qapısı" qəzetində maarif təhsil məsələlərinə həsr olunan səkkiz məqaləsi dərc olunmuşdur.

 

Ə.Sadıq belə bir qəti fikirdə idi: "Ölkədə bir sevimli şeyimiz vardır ki, o da məktəblərimizdir. Bütün gələcək arzularımız yalnız ondan gözlənilir". "Həmkarlar ittifaqı mövhumat məsələsi" adlı məqaləsində isə yazırdı ki, mövhumat dini fanatizm "xalq xəstəliyidir", "ondan ancaq xalqın öz oğlanlarının vasitəsi ilə qurtarmaq olacaqdır". Bunun üçün "vətənin gözəlliyini arzu edən hər bir həmkarlar ittifaqı üzvü xalqı mövhumatdan uzaqlaşdırıb maarif-mədəniyyətə dəvət etməkliyə çağırmalıdır". Onun "Mühüm bir vəzifə", "Qəzetəmiz məktəb", "Müəllimlər qurultayı qarşısında", "Məktəb muzeyləri haqqında", "İctimaiyyat müəllimlərinin müşavirəsi", "Altıncı şuralar qurultayı maarif məsələləri" adlı məqalələrində dörd məsələyə xüsusi diqqət yetirilir: məktəblərin maddı-texniki bazasının yaradılması möhkəmləndirilməsi; yeni proqram, dərslik tədris vəsaitlərinin hazırlanması; səriştəli müəllim kadrlarının yetişdirilməsi; tədrisin yeni üsullarla təşkili.

 

Maarif işləri təhsil məsələlərinə aid yazdığı məqalələrinin təhlili onu təsdiqləyir ki, Ə.Sadığın "Şərq qapısı" qəzetinin maarifçilik ruhunun formalaşması inkişafında da özünə məxsus payı vardır.

 

Ə.Sadığın 1923-1927-ci illərdə "Şərq qapısı" qəzetində teatrla bağlı məqalələri dərc edilmişdi. Onun "Teatro nədir?", "Ordubad teatrosu", "Qaplan paşa", "Azərbaycan aktyorları Naxçıvanda" adlı məqalələri nəzəri səviyyəsi Naxçıvan teatr mühitini işıqlandırması baxımından indi öz əhəmiyyətini itirməyib. Bu baxımdan müəllifin 1923-cü ildə qəzetin iki nömrəsində ardıcıl olaraq dərc olunan "Teatro nədir?" adlı məqaləsi daha çox diqqəti cəlb edir. Məqalədə narahatçılıqla qeyd olunur ki, mədəni millətlərdə məktəb qədər əhəmiyyətli sayılan teatr "bizlərdə oyuncaq yerində sanılır". Məqalənin sonunda Ə.Sadıq Naxçıvan şəraitində teatra diqqətin artırılmasının vacibliyini vurğulayır.

 

Ə.Sadıq öz yazılarında Naxçıvan respublikasının ayrı-ayrı şəhər, rayon və kəndlərində mövcud olan teatrların fəaliyyəti ilə də maraqlanır, bu teatrların problemlərindən bəhs edir, nümayiş etdirdikləri tamaşalara rəyini bildirir, Azərbaycannın məşhur aktyor və aktrisalarının Naxçıvana qastrollarından söz açırdı. Bu baxımdan onun "Azərbaycan aktyorları Naxçıvanda" adlı məqaləsi maraq doğurur. Məqalədən aydın olur ki, 1927-ci ilin aprel ayında Azərbaycan Dövlət Dram Teatrının bir qrup tanınmış sənətkarları Sidqi Ruhulla, Ülvi Rəcəb, Rza Təhmasib, Bağır Cabbarzadə, İsmayıl Hidayətzadə, Rza Əfqanlı, Məhəmməd Nuri, Aslan Tahirov, Məmməd Əlili, Əli Qurbanov, Məmmədvəli Vəlixanlı, Ağahüseyn Rzayev, Hacıməmməd Qafqazlı, Yeva Olenskaya, Panfiliya Tanailidi, Cəvahir xanım, Qəmər xanım və başqaları Naxçıvana qastrola gəlmiş və burada çox böyük ehtiramla qarşılanmışlar. Bunu müəllifin böyük səmimiyyətlə yazdığı aşağıdakı sətirlərdən duymaq çox da çətin deyil: "Bir həftədən artıqdır ki, Naxçıvan Bakı olmuşdur. Türk, fransız, ingilis, rus, alman həyatından alınmış dünya teatrının inciləri Naxçıvan şəhərində nümayiş etdirilir. Naxçıvanda hər gün, hər yerdə teatr haqqında mübahisələr və söhbətlər edilir... Aktyorlara küçədə rast gələn hər kəs deyir: "Xoş gəlmisiniz, yenə də gəlin!"

 

Ə.Sadıq Azərbaycan Dövlət Dram Teatrının Naxçıvana qastrolu zamanı burada nümayiş etdirilən "İki yetimə", "Müfəttiş", "Qaçaqlar", "Hamlet", "Otello", "Tələbələrin kələyi", "Hacı Qara", "Ölülər" tamaşaları haqqında orijinal və maraqlı mülahizələrini bildirməklə yanaşı, yuxarıda adları çəkilən sənətkarların ifa etdikləri Kefli İskəndər, Mir Bağır ağa, Hacı Həsən, Cəlal, Əsgər bəy, Kərbəlayi Vəli, Bobçinski, Qrafinya, Otello, Yaqo, Osip kimi obrazların tamaşaçıların şüurunda dərin iz buraxdığını da vurğulayır.

 

Məqalənin məzmunundan çıxan ümumi nəticə budur ki, Azərbaycan Dövlət Dram Teatrının Naxçıvana qastrolu zamanı göstərilən tamaşalar burada ədəbi-mədəni mühitə yeni ab-hava gətirmiş, Naxçıvan teatrının gələcək fəaliyyəti və inkişafına özünə məxsus töhfələr vermişdir.

 

Naxçıvanda ədəbi təşkilatların yaradılmasında həmişə fəallıq nümayiş etdirən Ə.Sadıq "Qızıl qələm" ədəbiyyat Cəmiyyəti" adlı məqaləsini bu təşəbbüsün həyata keçirilməsi məsələsinə həsr etmişdir. Müəllifin fikrincə, bu cəmiyyət gələcəkdə "ədəbiyyatı... köhnə və quru şəkildən çıxararaq bugünkü işçi-kəndlilərin ruhunu oxşayan həyati bir şəklə salacaqdır". Şübhəsiz ki, o dövrün ideoloji tələblərinin təsiri ilə irəli sürülən bu iddia yanlış idi.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərq qapısı" qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə" 2021-ci il 1 iyun tarixli Sərəncamı bu mətbu orqanın muxtar respublikanın ictimai-siyasi, sosial inkişafı və jurnalistikanın inkişafındakı xidmətlərinin yeni müstəvidə və daha əhatəli tədqiq olunmasına genişimkanlar açır. Ə.Sadığın "Şərq qapısı"na aid yazıları da həmin qəzetin nəşrə başlaması və ilk illərinin inkişaf yolu haqqında tədqiqatçılara dəyərli məlumatlar verən mənbə kimi elmi əhəmiyyətə malikdir.

 

Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə elmlər doktoru

 

 

525-ci qəzet.- 2021.- 22 iyun.- S.14