"Modern korluq" - Gözəlliklərə qarşı etinasızlıq

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Musayevadır.

 

Elnarə xanımla amerikalı rəssam Kevin Sloanın "Modern korluq" əsəri haqqında danışmışıq.

 

- Bu əsərdə Kevin Sloan yaradıcılığının hansı cizgilərini görürük?

 

- Məşhur Amerika rəssamı Kevin Sloan daha çox magik realizm cərəyanın nümayəndəsi kimi tanınıb. Müasir sürrealizm magik realizm rəssamın yaradıclığını səciyyələndirən əsas amillərdəndir. Magik realizm bir növ rəssamın vizit kartına çevrilmişdi. Bu baxımdan onun əsərlərinin əksəriyyətini daha çox magik yaxud da alleqorik realizmə aid etmək olar. Rəssamın əsas məqsədi bizim yaşadığımız real aləmi hansısa sürreal deyil, gözəllik ətraf aləm prizmasından göstərməkdir.

 

Kevin Sloan əsərlərində səfərləri zamanı əldə etdiyi şəxsi təəssüratlarına əsaslanır. Zəngin bədii təfəkkür şərhin alleqorik texnikası tamaşaçını intellektini işə salaraq əsərdə gördükləri ilə bağlı öz hekayəsini yaratmağa çağırır. Buna görə Kevin Sloanı çox vaxt cavab yox, suallar verən rəssam adlandırırlar. Hər kəs onun əsərlərinə öz daxili aləmi, hiss duyğularından irəli gələrək istədiyi mənanı yükləyə bilər. Rəssamın əsəri simvollarla zəngindir. Onun əksər əsərlərində biz saat görə bilərik. Yəqin ki, bütün bunlar vaxtın sürətini, həyat sonu vurğulamaq üçündür. O, bununla insanların içindəki daxili saat, zaman ölçüsü ilə bərabər, bəşəriyyət sevgisini oyatmağa çalışır.

 

Bu baxımdan Kevin Sloanın simvol dərin fəlsəfi mənalarla zəngin olan "Modern korluq" əsəri olduqca diqqətəlayiqdir. Rəssam tablonu 2012-ci ildə tamamlayıb. Əsərdə tünd qəhvəyi fonda bəyaz vağ təsvir edilib. Vağın başında aralarından az da olsa işıq sızan örtük, önündə isə sönmüş şam.... Əsərin təsir ifadə gücünü artırmaq tamaşaçının diqqətini verdiyi suallara yönəltmək üçün Kevin Sloan çox az detallardan istifadə edib: vağ, şam kibrit. Rəng həllində isə qəhvəyi tonların üstünlük təşkil etdiyini görə bilərik. İşıq kölgə keçidlərinin qabarıq şəkildə verilməməsi əsərin təsir gücünə heç bir xələl gətirməyib.

 

- Vağ bir ayağını havaya qaldıraraq irəliyə doğru addım atmaq istəyir. Amma sanki tərəddüd edir. Vağın başının arxasında havada ipdən asılmış yanan kibrit görürük. Bütün bunlarla rəssam bizə deməyə çalışır yaxud nəyi anlamağımızı istəyir?

 

 

- "Modern korluq" adlanan bu əsərlə rəssam bizə müasir cəmiyyətin ətrafda baş verənlərə biganəliyini göstərməyə çalışıb. Bunun üçüno, yuxarıda sadalanmış bir sıra simvollara müraciət edir. Tabloda vağın başının arxasındakı yanan kibrit dənəsi çox yaxınımızda olan təhlükədən xəbər verir, sönmüş şam isə zamanın bitməsini simvolizə edir. Vağın başındakı toru xatırladan örtük ilə rəssam ətrafda baş verənləri "görüb-görmürük", "xəbərimiz yoxdur" kimi bir təəssürat yaratmağa çalışdığımızı vurğulayır. Amma əslində, biz hər şeyi görürük və səssiz qalmağa üstünlük veririk. Bu isə bəşəriyyəti, insanlığı yoxluğa sürükləyir. Texnika əsrinin hissiz, duyğusuz insanların ətrafımızda və özümüzdə var olan gözəlliklərə qarşı etinasızlığını rəssam açıq şəkildə ifadə edib.

 

- Əsər hazırda harada saxlanılır?

 

- Kevin Sloanın "Modern korluq" əsəri hazırda Bostonda Clark Qalereyasında saxlanılır.

 

- Bu rəsm bizə nə deyir?

 

- Sloan özü bu barədə belə deyir: "Müasir dünyada zaman çox sürətlə keçməkdədir. Hər gün gözümüzün önündə minlərlə səhnə canlanır. İstərdim ki, insanlar bir anlıq ayaq saxlayıb düşünsünlər: "Bu, heyrətamizdir!" Əgər siz gördükləriniz haqqında bu cür düşünsəniz, ətrafda olan canlı və cansız nə varsa, indiyə qədər görmədiklərinizi görmüş olacaqsınız".

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 23 iyun.- S.23.