Səni düşünmək... - Sevinc Mürvətqızının

 

SU KEÇMƏZDİ ARAMIZDAN, GÖZ YAŞI KEÇDİ...

 

 

Bir park hansısa şairə görə sevilərmi?  Əlbəttə, sevilər , unudulmaz da... İllər əvvəl Gülhanə Parkına girər-girməz oradakı ceviz  ağaclarının həndəvərinə elə həyəcanla boylanmışdım ki, elə bil, oralarda bir yerdə, "polisin belə fərqində olmadığı"  bir köşədə məni gözləyirdi. Hündür çoxillik ceviz ağaclarının lap uclardakı budaqlarının arasından süzülən bahar günəşinin şüaları xoşbəxtlik yağışı kimi saçlarıma səpilib parkın göz oxşayan çəmənliyinin yaşıllığında sayrışırdı...

 

... Məkan: Gülhanə Parkı, zaman: Nazim Hikmət...  Amma oradakı mən, bu mən deyildim. Orada Nüzhətdim, Pirayəydim, Münəvvərdim, Qalinaydım, Veraydım... Mavi gözlü azmanımın baxışlarının işıltısını uzaqdan sezib oturduğum çəmənlikdən sevinclə sıçrayıb qalxmaq istədim.

 

Əliylə oturmağımı işarə elədi yaxınlaşıb:

 

- Sevgilim,

çimenin üzerine

diz üstü oturalım

karşı-be-karşı...

 

Onsuz da eşqdən nitqim tutulmuşdu, dinə bilmədim. Gülhanənin yamyaşıl çəmənliyində, qocaman ceviz ağaclarının kölgəliyində diz-dizə oturduq. Həyəcandan nəfəsimin təngidiyini hiss edib işıqlıca gülümsədi:

 

- Hoş geldin, kadınım benim, hoş geldin...

 

gözlərimin içindən düz ürəyimə boylandı:

 

- Gözlerine bakarken,

güneşli bir toprak kokusu vuruyor başıma...

 

Gülümsədim, nazlandım metaforanın hərarətindən:

 

-  Kim bilir gözlər gördü gözlərin?..

 

Buludlandı baxışları, amma çəkmədi yenə nəzərlərini üstümdən:

 

- Durup dinlenmeden değişen ebedi madde gibi gözlerin

 sırrını her gün bir parça veren.

fakat hiç bir zaman;

büsbütün teslim olmayacak olan...

 

Dalğalı saçlarını barmaqlarımla daraqladım, çox  sevdiyim misrası qopdu dilimdən:

 

- Yüz yıl oldu yüzünü görmeyeli..

belini sarmayalı,

gözünün içinde durmayalı...

 

Fəqət, ikimizin bildiyi səbəblərdən idi bu yüzillik həsrət:

 

- İkimiz de biliyoruz, sevgilim,

öğrettiler:

kalmayı, üşümeyi,

yorgunluğu ölesiye

ve bir-birimizden ayrı düşmeyi.

 

Amma bütün bunlara rəğmən necə ümidli idi!  İnsanlar üçün döyüşməyi, insanlara daha ürəkdən sevməyi öyrədəcəyinə necə inanırdı?! Üstəlik, məni inandırmaq üçün o iki daşın arasında, o bilinməz zaman boşluğunda çabalayırdı:

 

- İkimiz de biliyoruz, sevgilim,

öğretebiliriz:

dövüşmeyi  insanlarımız için

ve her gün biraz daha candan,

biraz daha iyi

sevmeyi...

 

Amma məndəki  qadın səbirsizliyi, qəlbimdə onun üçün böyütdüyüm yüzillik həsrətin hövsələsizliyi çənəmə vurmuşdu, susmaq bilmədən birnəfəsə söylədim:

 

- Seni düşünmek güzel şey, ümitli şey

Dünyanın en güzel sesinden

En güzel şarkıyı dinlemek gibi bir şey

Fakat  artık ümit yetmiyor bana,

Ben artık şarkı dinlemek değil,

Şarkı söylemek istiyorum...

 

Asiliyim gözünün mavi parıltısını söndürdü elə bil. "Qar kəsmişdi yolları, gəmilər keçmirdi, uçaqlar uçmurdu", mənsə şərqi söyləmək həvəsinə düşmüşdüm anlıq qəflətlə...

 

Qəfildən: "Ben senden önce ölmek isterim" dedi. Sevgi şəfqət hissindən elə qəhərləndim ki, Gülhanənin yaşıllığına qarışan  göz yaşıma əngəl ola bilmədim. Diz-dizə oturmuşduq, göz yaşım bir-birinə söykədiyimiz  dizlərimizin arasından qarışdı torpağa. Su keçməzdi aramızdan, göz yaşı keçdi... Cavabımı gözlərimdən oxudu:

 

- Gidenin arkasından gelen

gideni bulacakmı  zannediyorsun?

 

Hönkürüb ağladım. Ağladığım üçün utandım, utandığımdan lap möhkəm ağlamağa başladım. Hıçqıra-hıçqıra, kəlmələri uda-uda misraları gəvələdim:

 

- Nasıl etmeli de ağlaya bilmeli

farkına bile varmadan?

Nasıl etmeli de ağlaya bilmeli

ayıpsız,

aşikare,

yağmur misali?

 

O, bu dəqiqələrdə  mənim ruhumun yeganə istinad nöqtəsi idi. Sevdiklərinlə birgə olanda zaman niyə belə nisbiləşir ki? Keçən andırmı, əbədiyyətdirmi fərqinə vara bilmirsən. Bir azdan həmişəlik  gedəcəkdi. Özü ümidsizliyin qollarında çırpınmasına  rəğmən məni gələcək günəşli sabahlara tapşırıb sonra arxayın getmək istəyirdi. Mənsə onunla bir ömür beləcə diz-dizə oturub dalğalı qumral saçlarını, mavi gözlərini seyr eləməyi... Güvənini gələcəyə bəslədiyi hüdudsuz  ümidini laxlamış ruhu  tarazlığımın boşluqlarına pərçimləyirdi, indi  mənim üçün edə biləcəyi yeganə şey buydu. Bəlkə çox sevə bilmirdi, amma gözəl sevmək istəyinin işartıları idi bunlar. Bununla zehnimi heç bulandırmırdım da. Bilirdim... Ki, çox sevmək kəmiyyətdən, gözəl sevmək keyfiyyətdəndir...

 

- Sevgilim,

bu ayak sesleri, bu katliamda

hürriyetimi, ekmeğimi ve seni kaybettiğim oldu,

fakat açlığın, karanlığın ve çığlıkların içinden

güneşli elleriyle kapımızı çalacak olan

gelecek günlere güvenimi kaybetmedim hiçbir zaman...

 

O, mavi gözlü bir devdi. "Minnacık qadın arzuları" bəsit qalırdı onun azman ürəyinin yanında. Bunu anlayırdım. Amma mənim xəyalım  bağçasında xırdaca güllər açan kiçicik bir ev deyildi ki. Onun azman ürəyinə yerləşmək istəyirdim. Amma kirayənişin kimi yox, o qəlbin  sahibəsi kimi..." "Zəngin bir cücənin qolunda olmaq" arzum doğuluşdan yox idi ki...

 

Əllərimdən bərk-bərk yapışıb ömrüm boyu unutmayacağım bir türkü oxuyurdu: "Toprak çanaklarda güneşi içenlerin türküsünü!" Bu, mənə bəxş edə biləcəyi ən qiymətli ayrılıq hədiyyəsi idi. Halbuki hədiyyə istəyim-filan yox idi. Tək istəyim yanımda qalmasıydı. Narahat, səksəkəli idim, çox da ki "...ne polis farkında" deyirdi, birdən tutub aparardılar...

 

İçimdəki qarşısıalınmaz təlatümü hiss edirdi, sadəcə gülümsəməsi belə dadından doyulmaz bir təsəlli kimi ruhumundakı tufanları sakitləşdirməyə yetirdi, hər kəlməsi ilə özümə qaytarırdı məni:

 

- Yok öyle umutları yitirib

karanlıkta savrulmak,

unutma, aynı gökyüzü altında

bir dirənişdir yaşamak...

 

O, mənim sərxoşluğum idi: " ayılıram, ayıla bilirəm, ayılmaq istəmədiyim sərxoşluğum". Üçümüz idik: O, mən onu sevmək  səadəti:

 

- İçimde ikinci bir insan gibidir

seni sevmek saadeti...

 

Vaxt tamamdır... Getməyə hazırlaşır; xəfif tərpənişindən, gözlərindəki intizarın artmasından, baxışlarındakı həsrətin qatılaşmasından hiss edirəm. Gedir! Elə bil vaxtsa yenidən geri qayıdacaqmış kimi gedir! Gedərayaq aradakı ayrılıq gərginliyini xəfiflətmək üçün guya zarafatlaşır. Halbuki hər kəlməsi neştər kimi sancılır bağrımın başına:

 

- Ben senden çok önce gideceğim,

sen bensiz kalacaksın ihtiyarlığında...

en fazla bir yıl sürer

                     yirminci asır

larda

                                             ölüm acısı...

 

Bu gedişin əbədilik olduğunu bilirəm, boynuna sarılıb  "Özünü qoru" deyirəm. Kimdən, nədən?! Onu əslində, indiyə qədər bu gözəl sözləri qorumurdumu ki? Əvəzolunmaz enerjisinin yazdırdığı ölümsüz sözlər deyildimi o qədər zamandan sonra Gülhanə Parkında onu duyğu-duyğu, misra-misra, söz-söz xatırladan, əbədiyyət üçün qoruyan?! Qəlbinin tappıltısı ürəyimin ritminə uyğunlaşıb. İçimdəki ümidsizliyin qatili olub getməyə israrlıdır bu qısacıq görüşümüzdə:

 

- Sende, ben, imkansızlığı seviyorum,

Fakat  asla ümitsizliği değil...

 

Gözlərim yaşlı, illərin yorğunu kimi taqətsiz qalxıram. Daha doğrusu, o, çiyinlərimdən tutub qaldırır. "Səndən sonra necə yaşayacağam?" deyərcəsinə baxıram. Susur, gözlərinin yaşarmasını görməyim deyə son dəfə sarılır. Yalnız mənim eşidəcəyim tərzdə  pıçıldayır:

 

- Yaşamak şakaya gelmez,

büyük bir ciddiyetle yaşayacaksın

                        bir sincap gibi mesela,

yani, yaşamanın dışında ve ötesinde

hiçbir şey beklemeden,

 yani bütün işin-gücün yaşamak olacak.

...insanlar için öle bileceksin,

hem de yüzünü bile görmediğin insanlar için,

hem de hiç kimse seni buna zorlamamışken,

hem de en güzel, en gerçek şeyin

yaşamak olduğunu bildiğin halde...

 

qəfildən məni buraxıb gəldiyi sürətlə ceviz ağaclarının arxasında gözdən itir. Sanki heç olmayıbmış kimi. Amma bununla belə, hiss edirdim ki, Gülhanənin qələbəliyində hamı onun orada olmasının fərqindəydi...

 

Başımı qaldırıb masmavi, günəşli göyə baxıram. Bütün ruhumu izaholunmaz məsudluq hissi qaplayır: "Ne güzel şey hatırlamak seni..."b.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2021.- 3 mart.- S.17.