Şirvanşahlar Sarayı Kompleksinin "3D" modeli
təqdimatı olunub
Martın 2-də Şirvanşahlar Sarayı Kompleksində Kompleksin 360°-li "3D" modelinin
və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruq İdarəsinin
(DTMQİ) Mətbuat Xidmətindən
APA-ya verilən məlumata görə, sayca üçüncü
olan layihə, Bəylər məscidi, Qız Qalası tarixi-memarlıq abidələrinin
360°-li "3D" modellərinin və virtual turlarının
hazırlanmasının davamıdır.
Layihə "İçərişəhər"
DTMQİ, "EKM" Global Consulting GmbH şirkəti
və "start-upper" Səbinə
Zülalova tərəfindən
həyata keçirilir.
Layihənin həyata keçirilməsində
əsas məqsəd insanların məsafəli
şəkildə İçərişəhərdəki
muzey və ekspozisiyaları ziyarət
edə bilməsi, həmçinin, təhsil
müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və
incəsənətinin öyrənilməsində
əyani nümunə
kimi muzey təcrübəsindən istifadə
edə bilməsidir.
Qeyd edək ki,
"İçərişəhər"
DTMQİ və Almaniyanın
"EKM" Global Consulting
GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq
abidələrinin 360°-li
"3D" virtual modellərinin
hazırlanması istiqamətində
əməkdaşlıq edir.
Ötən il sentyabrın 11-də tərəflər
arasında qarşılıqlı
əməkdaşlıq
Memorandumu imzalanı
525.-ci qəzet.- 2021.-
3 mart.- S.11.