Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik

 

Türkiyə Respublikasına səfərimiz səmərəli oldu. Ankarada keçirdiyimiz görüşlərdə Azərbaycan Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə incəsənət, muzey, kitabxanaçılıqla bağlı təcrübə mübadiləsi üçün faydalı müzakirələr apardıq.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bildirib.

 

Türkiyəli həmkarı Mehmet Nuri Ersoy ilə görüşdə aparılan müzakirələr nəticəsində mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin yeni bir keyfiyyət mərhələsinə yüksəltmək barədə qərar qəbul olunduğunu diqqətə çatdıran nazir Anar Kərimov deyib ki, Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclasından sonra imzalanan iki sənəd əlaqələrin faydalı səmərəli inkişafına təkan verəcək.

 

Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən ölkəmizin Türkiyədəki səfirliyində TÜRKSOY-da tədbirlərdə iştirak edib.

 

Sabir Şahtaxtı

525-ci qəzet.- 2021.- 4 mart.- S.9.