“Azərbaycan Böyük İpək Yolu üzərində”
Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü
və dəstəyi ilə “Azərbaycan Böyük İpək
Yolu üzərində” adlı monoqrafiya ingilis və rus dillərində
işıq üzü görüb. Kitabın
nəşri Fond tərəfindən həyata
keçirilən “Türkdilli
dövlətlər Böyük
İpək Yolu üzərində“ adlı
genişmiqyaslı beynəlxalq
layihənin ilkin hissəsidir.
Kitab qədim
dövrdən son Orta əsrlərə qədər İpək Yolu ilə bağlı
Azərbaycan tarixinin tədqiqinə dair ilk akademik nəşrdir.
Əsərdə e.ə.
II əsrdən XVI yüzilliyədək, yəni
təqribən 1700 illik
tarixi dövrdə, Azərbaycan ərazisindən
keçən beynəlxalq
quru və dəniz ticarət yollarının ölkənin
siyasi, iqtisadi və mədəni inkişafına təsiri,
eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın
rolu araşdırılıb.
Monoqrafiya çoxsaylı
tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında
hazırlanıb.
Kitabın ideya və ön söz müəllifi Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.
Əsərin hazırlanmasında
tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi
ilə tarix üzrə fəlsəfə
doktoru Fərda Əsədov, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə
fəlsəfə doktoru,
dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev
iştirak edib.
Kitabın Azərbaycan
dilində nəşri
də planlaşdırılır.
525-ci qəzet.- 2021.-
6 mart.- S.11.