"Nizami Gəncəvi və dünya ədəbiyyatı" mövzusu müzakirə olunub

 

Xəzər Universitetində onlayn seminar: Nizami Gəncəvi və dünya ədəbiyyatı

 

Xəzər UniversitetininXəzər”in ədəbiyyat səyyahlarıadlı ədəbi-fəlsəfi məclisiNizami Gəncəvi dünya ədəbiyyatımövzusunda onlayn seminar keçirib. Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilinNizami Gəncəvi İli elan edilməsi haqqındaSərəncamına uyğun olaraq təşkil edilib.

 

Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, seminara universitetin Dillər ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı moderatorluq edib. Tədbirin qonağı, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışıb.

 

İnteraktiv şəkildə keçən seminarda tələbələrdən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurbanəliyeva, Ələs Əliyev Şahin Əliyevin çıxışları maraqla qarşılanıb.

 

 525-ci qəzet.- 2021.- 10 mart.- S.12.