Moskvada Nizaminin əsərlərində süjet obrazlar adlı sərgi açılıb

 

 

 

Moskvadakı Dövlət Şərq Muzeyində Nizaminin əsərlərindəki süjet və obrazlar adlı sərgi açılıb.

 

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Rusiya Mədəniyyət Nazirliyi Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunan sərgi dahi Nizaminin 880 illik yubileyinə həsr olunub. Ekspozisiyada 57 muzey eksponatı, o cümlədən əlyazmaları, miniatürlər, rəsmlər, xalçalar nümayiş etdirilir.

 

Açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqı Nizami irsinə böyük ehtiramla yanaşır, dahi şairin yaradıcılığının qorunub saxlanması istiqamətində böyük işlər görülür. Səfir 1941-ci ildə dahi şairin 800 illik yubileyinin Leninqradda qeyd olunmasını əlamətdar hadisə adlandıraraq deyib: O zaman Rusiya ziyalıları, ədibləri Ermitajın binasında toplaşaraq Nizami Gəncəviyə ehtiramlarını ifadə etmişdilər. Artıq, demək olar ki, blokada şəraitində yaşayan şəhərdə Nizami irsinə bu cür ehtiram olduqca qiymətlidir. 1991-ci ildə biz Moskvadakı Böyük Teatrda şairin 850 illik yubileyini təşkil etmişdik. Yubileydə Rusiya paytaxtının ziyalıları, hətta SSRİ-nin prezidenti Mixail Qorbaçov da iştirak etmişdi. O zaman Moskvadakı səfirliyimizin önündə Nizaminin heykəlinin açılışı olmuşdu. Sonralar Sankt-Peterburqda da ümummilli lider Heydər Əliyevin Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Nizaminin heykəlinin açılış mərasimi keçirilmişdi. Heydər Əliyev hər zaman deyərdi ki, Nizaminin yubileylərini yubiley ilində keçirmək azdır, onu hər zaman xatırlamaq lazımdır, - deyə Polad Bülbüloğlu bildirib.

 

Polad Bülbüloğlu sərginin təşkilində iştirak edən Rusiya Dövlət Ermitajı, A.N.Radişev adına Saratov Rəsm Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi Rusiyanın digər mədəniyyət müəssisələrinə təşəkkürünü bildirib.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Dövlət Şərq Muzeyi ilə əməkdaşlıqdan danışaraq qeyd edib ki, qarşıda sənətsevərləri hələ bir çox layihələr gözləyir. T.Əhmədova deyib: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqlar arasında dostluq ənənələrinin möhkəmlənməsində mədəni əlaqələrin genişlənməsinə böyük önəm verir. Fond Azərbaycandan kənarda miqyaslı layihələr həyata keçirir. Belə layihələrdən UNESCO-nun Parisdəki qərargahında baş tutan Azərbaycan xalçaları sərgisi, Pekində Azərbaycan musiqisi gecəsi digər tədbirləri misal gətirə bilərəm. Azərbaycan xalqının mədəni irsinin təbliği Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Artıq indi 30 il işğal altında qalmış torpaqlarımızda dağıdılmış mədəni abidələrin bərpasına xüsusi diqqət ayrılacaq. Bu abidələr etnik dini mənsubiyyətindən asılı olmayaq hamısı bərpa olunacaq. Bu, Azərbaycanın siyasəti, bizim prinsiplərimiz, tolerantlıq multikulturalizm ideyalarıdır.

 

Şərq muzeyinin direktoru Aleksandr Sedov çıxışında bildirib ki, sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur. Rusiyanın bir çox məşhur muzeylərinin, o cümlədən Dövlət Ermitajının sərginin təşkilinə cəlb olunması unikal haldır.

 

525-ci qızet.- 2021.- 12 mart.- S.9.