Milli Kitabxana beynəlxalq forumda iştirak edib

 

Azərbaycan Milli Kitabxanası martın 11-də Kitabxanalar birliyi: Uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri adlı beynəlxalq forumda iştirak edib.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, forumda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan digər MDB ölkələrinin milli kitabxanaları iştirak ediblər.

 

Beynəlxalq forumda milli kitabxanaların ötənilki fəaliyyəti, pandemiya dövründə həyata keçirilən ən yaxşı layihələr milli kitabxanaların istifadəçilərin informasiya təminatında rolundan danışılıb.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov forumun ekspert sessiyasında İlin ən yaxşı təcrübəsi: Yeni şəraitdə yeni xidmətlər mövzusunda çıxış edib. O, çıxışında Azərbaycan Milli Kitabxanasının fəaliyyəti haqqında bütövlükdə Azərbaycan kitabxanalarının pandemiya şəraitində üzərinə düşən vəzifələr ətrafında danışıb. Pandemiya şəraitində ölkənin əsas kitabxanalarının xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini müvafiq şəraitə uyğun qurduğunu qeyd edən K.Tahirov, Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn formada oxuculara kitabxana informasiya xidmətinin davam etdirilərək, kitabxananın onlayn xidmətlərinin (biblioqrafik sorğu, sənədlərin sifarişi elektron çatdırılması, virtual sərgi metodiki xidmətlər) oxucular üçün aktivliyini vurğulayıb. Kitabxananın direktoru Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi kitabtoplama kampaniyası haqqında məlumat verib. O, erməni işğalından azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan 975 kitabxananın tamamilə məhv edildiyini onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab digər çap məhsullarının tamamilə yandırıldığını bildirərək, hazırda bu kitabxanaların fondlarının bərpası məqsədilə kitabtoplama kampaniyasının keçirildiyini diqqətə çatdırıb, habelə forumda iştirak edən kitabxanaları bu kampaniyaya qoşulmağa çağırıb. K.Tahirov, həmçinin Azərbaycan Respublikasının erməni hərbi birləşmələrinin işğalından azad etdiyi 10 rayonunun mərkəzi kitabxanalarının Azərbaycan Milli Kitabxanasının adından Beynəlxalq Kitabxana Təşkilatının - İFLA-nın prezidenti xanım Kristin Makenziyə müraciət edərək bu vandalizm aktına qiymət verilməsini xahiş etdiyini İFLA-nın prezidenti xanım Kristin Makenzidən kitabların yandırılmasının insanlığa yaraşmayan hərəkət olması bu hadisənin ciddi qınanılması barədə cavab məktubu aldığını bildirib.

 

Forumda Azərbaycan Milli Kitabxanasının 2020-ci ildə həyata keçirdiyi layihələr təqdim olunub. Görkəmli şəxsiyyətlər əlamətdar tarixi hadisələr haqqında elektron məlumat bazaları, virtual sərgilər, Milli Kitabxananın nəşrləri böyük maraqla qarşılanıb.

 

525-ci qəzet.- 2021.- 12 mart.- S.9.