"Bir sözün bitdiyi yerdə başqa bir söz başlayır"
- "9-luq"
"ULDUZ" JURNALI
İLƏ "525-Cİ QƏZET"in BİRGƏ
LAYİHƏSİ
- Məncə, ümumilikdə
ədəbiyyatın hər
iki tərəfi müharibədi... Nədənsə
Sabirin Xaqanidən tərcümə etdiyi beyt yadıma düşdü:
Durmuşam pişü-pəsü-tənədə
Sabir,
necə kim,
O əliflər ki pəsü-pişü
Əteynadə durar...
Tənə sözünün əvvəlinə
və sonuna əlif hərfi qoyanda əteyna sözü alınır ki, mənası tənələr deməkdi. Sabir demək istəyir ki, tənənin əvvəlində və sonunda əlif hərfi kimi durmuşam... O baxımdan,
müharibə də ədəbiyyatın əvvəlində
və sonunda duran məfhumdur, çünki davası olmayan mətn ədəbiyyat ola
bilməz. Bu dava saflıq, təmizlik, mənəvi yüksəliş
davası da ola
bilər, ictimai mübarizə də, xeyir-şər davası
da, fərqi yoxdu... Ədəbiyyatda konflikt dediyimiz məfhum, əslində, elə həmin müharibə, davadır... Sadəcə, söz davasıdır.
Bu baxımdan, dediyiniz
üçbucaq olmayan
yerdə və yaxud onun bucaqları
yola getməyən yerdə ədəbiyyat da
yoxdur...
- Böyük Vətən
müharibəsinin ədəbiyyatda
inikasında biz çoxşaxəli
işıqlandırmanı görürdük. Orda məğlubiyyət də
var, xəyanət də, geri çəkilmə
də, müdafiə də, itkilər də, hücum da, qələbə də... Amma son aylara qədər bizim Qarabağ müharibəsiylə bağlı
ədəbiyyatda bu dediklərimin bir hissəsi çatmırdı...
birtərəfli idi.
Lakin bundan sonra yaradılacaq sənət nümunələri,
ədəbi əsərlər,
məncə, artıq
tam olaraq hər tərəfə inkişaf
edəcək, mövzu
hərtərəfli işıqlandırılacaq...
Məncə, məhz bu qələbədən sonra biz Azərbaycanda sözün həqiqi mənasında müharibə
ədəbiyyatını görə
biləcəyik...
- Sözün bitdiyi yer yoxdur. Bir sözün
bitdiyi yerdə başqa bir söz başlayır.
Və bu silsilə Qiyamətə qədər
davam edir. Hərçənd Qiyamət
də, əslində,
sözün bitdiyi yer yox, həqiqət
sözünün başlandığı
yerdir... Çünki
orda yalan mümkünsüzdür...
Ölümə gedən - Cavid Zeynallı | Edebiyyatqazeti.az
Cavid
ZEYNALLI
(nasir)
- Əvvəlcədən qəti bir söz
demək çətindir. Bunu ədəbiyyat
tarixi göstərir.
Əgər söhbət Azərbaycan
ədəbiyyatının tarixindən
gedərsə, əlbəttə,
sonsuz sicilləmələrin
arasında həqiqi ədəbi mətnlər
də yarandı.
Əsl ədəbiyyat
həmişə az yaranır və dediyim həmin sonsuz sicilləmə müəlliflərini
hörmətlə xatırlamalıyıq
ki, bizə yaxşını seçmək
imkanı verdilər. Məsələn, İsa Hüseynovun povestləri. İsa İsmayılzadənin "Güllələr
demədi" şeiri.
Yaxud Əhməd Cəmilin "Can nənə,
bir nağıl
de", Süleyman Rüstəmin
"Ana və poçtalyon"
şeirləri. Bunlar Böyük
Vətən müharibəsinin
bizə ədəbi
"bəxşiş"ləridir.
Birinci Qarabağ savaşı haqqında yazılan yüzlərlə ədəbi
mətnlərdən biz hansıları
haqqında danışırıq?
Daha doğrusu, mənim yaddaşımda qalanlar hansılardır? İlham Qəhrəmanın
"Şəhidlər", Qulu Ağsəsin "Müharibə əlili"
şeirləri, Elçin
Hüseynbəylinin, Şərif
Ağayarın hekayələri.
Əlbəttə, yaddaşımı qurdalasam, siyahını böyüdə bilərəm.
- Hansı dövrdə, hansı şəraitdə
olmasından asılı
olmayaraq, müharibə
elə müharibədir.
Məhv olmuş insan talelərinin, yarıda qırılmış
insan ömürlərinin
hansı oxşar, fərqli tərəfləri
ola bilər?
Müharibənin ədəbi fikirdəki
inikası elə insanın taleyinə işıq tutmasıdır.
Faciəni, dərdi sözə
çevirməsidir. Dünyanın hər yerində belədir. Andre Moruanın "Əsirin qayıtması" adlı
bir hekayəsi var. Məşhur deyil, amma mənim üçün dünyanın
ən gözəl müharibə mövzulu hekayələrindən biridir.
Süjeti danışmıram,
amma eyni hadisə hər yerdə baş verə bilərdi: Fransanın ən ucqar əyalətində də, bizim Ağdamda, Füzulidə də. Ya da Svetlana Alekseyeviçin qadın qəhrəmanlarının
taleyini Qarabağın
qadın döyüşçüləri
yaşamayıbmı, yaşayıb.
Bəs
Alberto Moravianın "Çoçara"
romanındakı insan
müsibətlərini? Ona görə də ədəbi müstəvidə
oxşar və fərqli cəhətlər
axtarmağı doğru
hesab etmirəm.
- Öz başına gələn müsibəti
yaza bilməmək...
50 yaşlı Elçin Mirzəbəyli:
Elçin MİRZƏBƏYLİ
(şair)
- Nə müharibənin, nə ədəbiyyatın,
nə də müharibə ədəbiyyatının
bir üzü, bir siması yoxdur ki, onların
yola gedib-getmədiyi barədə konkret fikir söyləmək mümkün olsun. Ədəbiyyatın rəng və
çalarlarını görmək,
hiss etmək mümkündür.
Müharibəninkini isə yox.
Müharibənin rəng və
çalarlarının əhəmiyyətli
hissəsi gizli qalır. Onların sayı iştirakçıların
sayı qədərdir.
Müharibənin rəng və
çalarları, qoxusu
qaliblərin, məğlubların,
qazananların, itirənlərin
baxış sayı qədər və bəlkə də, çoxdur. Bu baxımdan, mənim üçün "müharibə
ədəbiyyatı" deyilən
bir anlayış yoxdur. Mən müharibəyə əsgər, ədəbiyyata
isə şair kimi baxıram. Söhbət vətən və torpaqdırsa, bayraqdırsa, millətimin
və dövlətimin
marağıdırsa, bütün
humanizm hisslərini qatlayıb qoyuram döş cibimə, qarşımda olanı düşmən, yanımda
olanı dost gözündə
görürəm. Sentimental
baxış bucağının,
mərhəmət hisslərinin
üzərindən çalın-çarpaz
xətt çəkirəm.
Əsgərimin, dövlətimin qalib gəlməsi, millətimin birliyinin qorunması üçün
döyüşçü ruhuyla hərəkət edir, məni ani də olsa,
duyğulandıra biləcək
heç bir hissi yaxına buraxmıram. Yazdıqlarıma da sonuna qədər savaşmaq və qələbə qazanmaq üçün emosional təsir vasitəsi kimi yanaşıram. Şüurlu olaraq, məqsədyönlü şəkildə!
Əlisilahlı düşmənə qarşı dünyanın
ən qəddar, ən amansız adamına çevrilə bilərəm. Ədəbiyyatdan fərqli olaraq, müharibədə zərif
hisslərə yer yoxdur. Bu baxımdan
müharibə dövrünün
ədəbiyyatı mənim
üçün dövlətimin
və millətimin qalib gəlməsinə xidmət edən emosional təsir vasitəsidir. Ola bilsin, bu yanaşmadan
doğan ədəbiyyatı
kimlərsə "böyük
ədəbiyyat nümunəsi"
hesab etməsinlər.
Amma belə yanaşmanın da iştirakı
ilə əldə olunan qələbə daha böyük ədəbiyyat nümunəsidir!
Vətənin sərhədlərində
dalğalanan Azərbaycan
bayrağından yüksəkdə
heç bir əsər yoxdur, ola da bilməz.
Bu "üçbücaq"da mən
dördüncü "bucağam"...
- İkinci Dünya
müharibəsi ilə
Qarabağ savaşı
arasındakı oxşar
cəhətlər hər
ikisinin ultramillətçilik,
faşizm ideologiyası
üzərində qurulan
qəsbkarlıq siyasətinə
qarşı mübarizəsi
ilə bağlı olmasındadır. Fərqli cəhətlər isə çoxdur. Məsələn, SSRİ bu müharibədə
işğala məruz
qalan dövlət olsa da, yaranışı qəsbkarlıq üzərində
qurulan bir imperiya idi. SSRİ-nin ideoloji platformasının
əsas məqsədi
xalqları assimilyasiya
etməklə, mədəniyyətlərin
süni qarışığından
"Sovet mədəniyyəti"
və "Sovet adamı" formalaşdırmaq
idi. Əslində,
"Sovet adamı"
ideyasına Hitler ariizminin-faşizmin
təmiz qanlı ali irq,
ali insan, "super insan" ideyasına qohum bir ideya
kimi də yanaşmaq mümkündür.
Amma
"Sovet adamı"
ideyasının faşizmin
"super ali irq-super insan" ideyasından daha humanist olduğunu qeyd etməyi də vacib sayıram.
Çünki Sovet ideologiyası qarşısına
faşizm kimi başqalarını tamamilə
məhv etmək, Yer üzündən silmək kimi bir hədəf qoymamışdı... Doğrusu, bu
barədə uzun-uzadı
danışmaq istəmirəm.
Çox
geniş və əhatəli yanaşma tələb edən bir mövzudur.
- Bu günün
baxış bucağından
yanaşanda, heç yerdə. Söz heç vaxt və heç bir şərtlər daxilində bitmir. Biz konkret halda
erməni vəhşiliyinin
bu və digər nümunəsinə
"sözün bitdiyi
yer" kimi yanaşırıq. Amma sonra bəlli olur ki, bundan
daha amansızına qadirdirlər. Sevgi də, nifrət də, bütövlükdə
insana xas olan nə varsa,
nəhayətsizdir. "Bitdi"
deyirsən, yenisi yaranır. Bu səbəbdən də bəşəriyyət mövcud
olduqca nə sevgi, nə nifrət, nə qəddarlıq, nə də mərhəmət bitəcək. Müharibələr
də həmçinin.
Forma dəyişəcək,
amma mahiyyət yox.
İlqar Fəhmi
525-ci qəzet.- 2021.- 12 mart.- S.13.