"Bir sözün bitdiyi yerdə başqa bir söz başlayır"
- "9-luq"
"ULDUZ" JURNALI
İLƏ "525-Cİ QƏZET"in BİRGƏ
LAYİHƏSİ
- Məncə,
ümumilikdə ədəbiyyatın hər iki tərəfi
müharibədi... Nədənsə Sabirin Xaqanidən tərcümə
etdiyi beyt yadıma düşdü:
Durmuşam
pişü-pəsü-tənədə Sabir,
necə
kim,
O əliflər
ki pəsü-pişü
Əteynadə
durar...
Tənə
sözünün əvvəlinə və sonuna əlif hərfi
qoyanda əteyna sözü alınır ki, mənası tənələr
deməkdi. Sabir demək istəyir ki, tənənin əvvəlində
və sonunda əlif hərfi kimi durmuşam... O baxımdan,
müharibə də ədəbiyyatın əvvəlində
və sonunda duran məfhumdur, çünki davası olmayan mətn
ədəbiyyat ola bilməz. Bu dava saflıq, təmizlik, mənəvi
yüksəliş davası da ola bilər, ictimai mübarizə
də, xeyir-şər davası da, fərqi yoxdu... Ədəbiyyatda
konflikt dediyimiz məfhum, əslində, elə həmin
müharibə, davadır... Sadəcə, söz
davasıdır. Bu baxımdan, dediyiniz üçbucaq olmayan
yerdə və yaxud onun bucaqları yola getməyən yerdə
ədəbiyyat da yoxdur...
-
Böyük Vətən müharibəsinin ədəbiyyatda
inikasında biz çoxşaxəli
işıqlandırmanı görürdük. Orda məğlubiyyət
də var, xəyanət də, geri çəkilmə də,
müdafiə də, itkilər də, hücum da, qələbə
də... Amma son aylara qədər bizim Qarabağ müharibəsiylə
bağlı ədəbiyyatda bu dediklərimin bir hissəsi
çatmırdı... birtərəfli idi. Lakin bundan sonra
yaradılacaq sənət nümunələri, ədəbi əsərlər,
məncə, artıq tam olaraq hər tərəfə
inkişaf edəcək, mövzu hərtərəfli
işıqlandırılacaq... Məncə, məhz bu qələbədən
sonra biz Azərbaycanda sözün həqiqi mənasında
müharibə ədəbiyyatını görə biləcəyik...
-
Sözün bitdiyi yer yoxdur. Bir sözün bitdiyi yerdə
başqa bir söz başlayır. Və bu silsilə Qiyamətə
qədər davam edir. Hərçənd Qiyamət də, əslində,
sözün bitdiyi yer yox, həqiqət sözünün
başlandığı yerdir... Çünki orda yalan
mümkünsüzdür...
Ölümə
gedən - Cavid Zeynallı | Edebiyyatqazeti.az
Cavid
ZEYNALLI
(nasir)
-
Əvvəlcədən qəti bir söz demək çətindir.
Bunu ədəbiyyat tarixi göstərir. Əgər söhbət
Azərbaycan ədəbiyyatının tarixindən gedərsə,
əlbəttə, sonsuz sicilləmələrin arasında həqiqi
ədəbi mətnlər də yarandı. Əsl ədəbiyyat
həmişə az yaranır və dediyim həmin sonsuz sicilləmə
müəlliflərini hörmətlə
xatırlamalıyıq ki, bizə yaxşını seçmək
imkanı verdilər. Məsələn, İsa Hüseynovun
povestləri. İsa İsmayılzadənin "Güllələr
demədi" şeiri. Yaxud Əhməd Cəmilin "Can nənə,
bir nağıl de", Süleyman Rüstəmin "Ana və
poçtalyon" şeirləri. Bunlar Böyük Vətən
müharibəsinin bizə ədəbi "bəxşiş"ləridir.
Birinci Qarabağ savaşı haqqında yazılan yüzlərlə
ədəbi mətnlərdən biz hansıları haqqında
danışırıq? Daha doğrusu, mənim yaddaşımda
qalanlar hansılardır? İlham Qəhrəmanın
"Şəhidlər", Qulu Ağsəsin "Müharibə
əlili" şeirləri, Elçin Hüseynbəylinin,
Şərif Ağayarın hekayələri. Əlbəttə,
yaddaşımı qurdalasam, siyahını böyüdə
bilərəm.
-
Hansı dövrdə, hansı şəraitdə olmasından
asılı olmayaraq, müharibə elə müharibədir. Məhv
olmuş insan talelərinin, yarıda qırılmış
insan ömürlərinin hansı oxşar, fərqli tərəfləri
ola bilər? Müharibənin ədəbi fikirdəki
inikası elə insanın taleyinə işıq
tutmasıdır. Faciəni, dərdi sözə çevirməsidir.
Dünyanın hər yerində belədir. Andre Moruanın
"Əsirin qayıtması" adlı bir hekayəsi var. Məşhur
deyil, amma mənim üçün dünyanın ən
gözəl müharibə mövzulu hekayələrindən
biridir. Süjeti danışmıram, amma eyni hadisə hər
yerdə baş verə bilərdi: Fransanın ən ucqar əyalətində
də, bizim Ağdamda, Füzulidə də. Ya da Svetlana
Alekseyeviçin qadın qəhrəmanlarının taleyini
Qarabağın qadın döyüşçüləri
yaşamayıbmı, yaşayıb. Bəs Alberto Moravianın
"Çoçara" romanındakı insan müsibətlərini?
Ona görə də ədəbi müstəvidə oxşar
və fərqli cəhətlər axtarmağı doğru
hesab etmirəm.
-
Öz başına gələn müsibəti yaza bilməmək...
50
yaşlı Elçin Mirzəbəyli:
Elçin
MİRZƏBƏYLİ
(şair)
- Nə
müharibənin, nə ədəbiyyatın, nə də
müharibə ədəbiyyatının bir üzü, bir
siması yoxdur ki, onların yola gedib-getmədiyi barədə
konkret fikir söyləmək mümkün olsun. Ədəbiyyatın
rəng və çalarlarını görmək, hiss etmək
mümkündür. Müharibəninkini isə yox. Müharibənin
rəng və çalarlarının əhəmiyyətli hissəsi
gizli qalır. Onların sayı iştirakçıların
sayı qədərdir. Müharibənin rəng və
çalarları, qoxusu qaliblərin, məğlubların,
qazananların, itirənlərin baxış sayı qədər
və bəlkə də, çoxdur. Bu baxımdan, mənim
üçün "müharibə ədəbiyyatı"
deyilən bir anlayış yoxdur. Mən müharibəyə əsgər,
ədəbiyyata isə şair kimi baxıram. Söhbət vətən
və torpaqdırsa, bayraqdırsa, millətimin və dövlətimin
marağıdırsa, bütün humanizm hisslərini
qatlayıb qoyuram döş cibimə, qarşımda olanı
düşmən, yanımda olanı dost gözündə
görürəm. Sentimental baxış bucağının, mərhəmət
hisslərinin üzərindən çalın-çarpaz xətt
çəkirəm. Əsgərimin, dövlətimin qalib gəlməsi,
millətimin birliyinin qorunması üçün
döyüşçü ruhuyla hərəkət edir, məni
ani də olsa, duyğulandıra biləcək heç bir hissi
yaxına buraxmıram. Yazdıqlarıma da sonuna qədər
savaşmaq və qələbə qazanmaq üçün
emosional təsir vasitəsi kimi yanaşıram. Şüurlu
olaraq, məqsədyönlü şəkildə!
Əlisilahlı düşmənə qarşı
dünyanın ən qəddar, ən amansız adamına
çevrilə bilərəm. Ədəbiyyatdan fərqli
olaraq, müharibədə zərif hisslərə yer yoxdur. Bu
baxımdan müharibə dövrünün ədəbiyyatı
mənim üçün dövlətimin və millətimin
qalib gəlməsinə xidmət edən emosional təsir vasitəsidir.
Ola bilsin, bu yanaşmadan doğan ədəbiyyatı kimlərsə
"böyük ədəbiyyat nümunəsi" hesab etməsinlər.
Amma belə yanaşmanın da iştirakı ilə əldə
olunan qələbə daha böyük ədəbiyyat
nümunəsidir! Vətənin sərhədlərində
dalğalanan Azərbaycan bayrağından yüksəkdə
heç bir əsər yoxdur, ola da bilməz.
Bu
"üçbücaq"da mən dördüncü
"bucağam"...
- İkinci Dünya
müharibəsi ilə
Qarabağ savaşı
arasındakı oxşar
cəhətlər hər
ikisinin ultramillətçilik,
faşizm ideologiyası
üzərində qurulan
qəsbkarlıq siyasətinə
qarşı mübarizəsi
ilə bağlı olmasındadır. Fərqli cəhətlər isə çoxdur. Məsələn, SSRİ bu müharibədə
işğala məruz
qalan dövlət olsa da, yaranışı qəsbkarlıq üzərində
qurulan bir imperiya idi. SSRİ-nin ideoloji platformasının
əsas məqsədi
xalqları assimilyasiya
etməklə, mədəniyyətlərin
süni qarışığından
"Sovet mədəniyyəti"
və "Sovet adamı" formalaşdırmaq
idi. Əslində,
"Sovet adamı"
ideyasına Hitler ariizminin-faşizmin
təmiz qanlı ali irq,
ali insan, "super insan" ideyasına qohum bir ideya
kimi də yanaşmaq mümkündür.
Amma
"Sovet adamı"
ideyasının faşizmin
"super ali irq-super insan" ideyasından daha humanist olduğunu qeyd etməyi də vacib sayıram.
Çünki Sovet ideologiyası qarşısına
faşizm kimi başqalarını tamamilə
məhv etmək, Yer üzündən silmək kimi bir hədəf qoymamışdı... Doğrusu, bu
barədə uzun-uzadı
danışmaq istəmirəm.
Çox
geniş və əhatəli yanaşma tələb edən bir mövzudur.
- Bu günün baxış bucağından yanaşanda,
heç yerdə. Söz heç vaxt və heç bir şərtlər daxilində bitmir. Biz konkret halda
erməni vəhşiliyinin
bu və digər nümunəsinə
"sözün bitdiyi
yer" kimi yanaşırıq. Amma sonra
bəlli olur ki, bundan daha
amansızına qadirdirlər.
Sevgi də, nifrət də, bütövlükdə
insana xas olan nə varsa,
nəhayətsizdir. "Bitdi" deyirsən, yenisi yaranır. Bu səbəbdən də bəşəriyyət
mövcud olduqca nə sevgi, nə nifrət, nə qəddarlıq, nə də mərhəmət bitəcək.
Müharibələr də həmçinin.
Forma dəyişəcək,
amma mahiyyət yox.
İlqar Fəhmi
525-ci qəzet.- 2021.- 12 mart.- S.13.