Qərbi Azərbaycanda və Zəngəzur
qəzasında Azərbaycan məktəbləri
Zəngəzur qəzasının Qarakilsə
bölgəsindəki Vağüdü
ibtidai məktəbi 1928-ci
ildə, Dəstəkerd
və Qarakilsə (Sisyan) məktəbləri
isə 1931-ci ildə yeddiillik məktəbə
çevrildi. Tədricən bu cür məktəblərin sayı
artdı.
Qarakilsə rayonunun Ərəfsə kəndində 1932-ci ildə,
Qafan rayonunun Oxdar kəndində
1933-cü ildə, Gığır
və Baharlıda
1934-cü ildə, Gorus
rayonunun Şurnuxu kəndində 1933-cü ildə,
Mehri rayonunun Nüvədi kəndində
1935-ci ildə ibtidai məktəblər yeddiillik
məktəblərə çevrildi. Zəngəzurda ibtidai məktəblərin
sayı 34, yeddiillik məktəblərin sayı
11 oldu. Xeyli geriləmə olsa
da, xalqın tələbi ilə
1936-37-ci tədris ilində
Zəngəzur qəzasının
Şəhərcik, Gığı,
Vağüdü və
Aldərə kəndlərində
yeddiillik məktəblər
orta məktəbə
çevrildi.
İrəvan şəhəri istisna olmaqla 1936-cı ildə Qərbi Azərbaycandakı
Azərbaycan məktəblərində
bir nəfər də alitəhsilli müəllim yox idi. Həmin il Qərbi Azərbaycanda 541 müəllim
çalışırdı ki, onlardan yalnız
5 nəfərin ali təhsili var idi. Onlar da İrəvan
şəhərindəki məktəblərdə
dərs deyirdilər.
Zəngəzurddakı 110 müəllimin bir nəfəri də alitəhsilli deyildi.
Ermənistan hökuməti bilərəkdən
Azərbaycan məktəblərini
pedaqoji kadrlarla təmin etmək üçün heç bir tədbir görmürdü.
1935-ci ildə xalqın
təkidi ilə
Leninakan ikiillik Qiyabi Pedaqoji Müəllimlər
İnstitutu təşkil
edildi və 1937-ci ildə isə Yerevan Pedaqoji İnstitutunda Azərbaycan bölməsinin
açılmasına razılıq
verildi. Bu şöbənin
açılması azərbaycanlılar
təhsil alan
məktəblərin ixtisaslı
müəllim kadrları
ilə təmin olunmasında böyük rol oynadı.
SSRİ
Ali Sovetinin 1946-cı il mart sessiyasının
qərarı ilə
(1946-1950) yeddiillik icbari
təhsil həyata keçirildi. Yeddiillik məktəbi bitirənlər
ya orta məktəbin
VIII sinfinə, ya da orta ixtisas
məktəbinə daxil
olurdular. 1956-1957-ci tədris
ilində təkcə
Zəngəzurdakı Gorus,
Qafan, Sisyan və Mehri rayonlarında
9 orta, 24 yeddiillik və 17 ibtidai məktəb fəaliyyət
göstərirdi. 1959-cu ildən isə səkkizillik icbari təhsilə başlanmışdı.
Müharibədən sonra məktəb şəbəkəsi genişlənsə
də, Azərbaycan məktəbləri üçün
tədris binalarının
inşası geri qalırdı. Belə ki, 70-ci illərdə
Ermənistandakı bütün
erməni məktəbləri
yeni məktəb binası ilə təmin edilmişdi.
Bu, azərbaycanlıların
narazılığına səbəb
oldu. Məcburiyyətdə qalan Ermənistan
hökuməti azərbaycanlılar
yaşayan bəzi
rayon və kəndlərdə
də yeni məktəb binaları tikməyə başladılar.
Amasiya rayonunun mərkəzində 1176 yerlik,
Güllücə kəndində
320, Basarkeçər (Vardanes)
rayonunun Əzizli kəndində 320, Kalinino rayonunun Mixaylovka kəndində 1176, Gorus rayonunun Şurnuxu 192 yerlik məktəb binaları tikilib istifadəyə verildi. Bu məktəblər Qərbi Azərbaycanda soydaşlarımızın deportasıyası
ərəfəsində tikilmişdi.
Erməni məktəblərinin fənn kabinetləri, laboratoriyalar, kinoaparatlar,
radio qovşağı, televizor.
maqnitofon və digər texniki və əyani vasitələrlə
təmin edildikdən sonra Azərbaycan məktəblərində bu
işə başlanmışdı.
Lakin çox ləng həyata keçirilirdi.
Qərbi
Azərbaycanda Azərbaycan
məktəblərinin və
orada təhsil alan şagirdlərin
1922-1980-ci illərdə sayı
bu cədvəldəki
kimi olub:
Cədvəldən göründüyü kimi,
müharibədən sonrakı
illərdə Qərbi
Azərbaycanda ümumtəhsil
məktəblərin sayı
ildən-ilə azalıb. Bunun bir
neçə səbəbi
var idi. Səbəblərdən biri müharibədən
sonra SSRİ-nin razılığı ilə
BMT-nin 1947-ci ildə xaricdə yaşayan ermənilərin Ermənistana
və Dağlıq Qarabağa gəlməsi idi. İ.Stalinin və A.Mikoyanın
himayədarlığı ilə
ermənilər İran,
Suriya, Livan, Misir, Türkiyə və digər ölkələrdən Qərbi
Azərbaycana köçürüldülər.
Ermənistan ərazisinin
onlar üçün
az olduğunu
bəhanə edən
o vaxtkı SSRİ hökumətinin
rəhbərləri - İ.Stalin,
A.Mikoyan, L.Beriya və digər ermənipərəstlərin təzyiqi
ilə qərar qəbul olundu ki, erməniləri yerləşdirmək üçün
azərbaycanlılar Azərbaycan
SSR-yə köçürülsünlər.
Bununla da Qərbi Azərbaycanda
soydaşlarımızın kütləvi deportasiyası
başladı. 1948-1953-cü
illərdə həyata
keçirilən deportasiya
kağız üzərində
"könüllü" olsa da, məcburi
xarakter daşıyırdı.
Bu, Qərbi azərbaycanlılara
ciddi mənəvi zərbə oldu, onların mədəni və elmi inkişafını
ləngitdi. Deportasiya nəticəsində
on minlərlə azərbaycanlı
ata-baba torpaqlarından
çıxarıldı. Minlərlə azərbaycanlı kəndi, evi, bağı, bostanı ermənilərə qaldı.
Həmin
kəndlərdə məktəblər
bağlandı. Bu deportasiya
zamanı İrəvandakı
Azərbaycan Pedaqoji Texnikumu və X.Abovyan adına
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan
bölməsi də deportasiyaya məruz qaldı. İnstitut 1948-ci ildə Gəncəyə,
texnikum isə Xanlara köçürüldü.
Bundan sonra Qərbi Azərbaycanda qalan məktəblərin kadrlarla
təmin olunması ancaq Azərbaycan Respublikasından asılı
oldu.
Məktəb və şagirdlərinin sayının azalmasının
səbəblərindən biri
də azərbaycanlı
kadrlara olan qeyri-insani münasibət idi. Azərbaycanlı ziyalılara
Ermənistanda yer, iş
verilmirdi. Yerli azərbaycanlıların ən
böyük vəzifəsi
Azərbaycan kəndlərində
ya məktəb direktoru, sovet sədri, ya da kolxoz sədri
ola bilərdi.
Bütün bu maneələrə
baxmayaraq, azərbaycanlı
müəllimlər və
şagirdlər bütün
sahələrdə uğurlar
qazanırdılar. Müəllim kadrların tərkibi kəmiyyət və keyfiyyətcə dəyişmişdi.
Azərbaycan müəllimləri
arasında 77 nəfər
"Əməkdar müəllim",
4 nəfər elmlər
namizədi, 6 nəfər
"Lenin" ordeni, 24 nəfər
"Qırmızı Əmək
Bayrağı" ordeni,
45 nəfər "Şərəf
Nişanı" ordeni,
10 nəfər "Metodist
müəllim", 47 nəfər
"Baş müəllim"
fəxri adlarına layiq görülmüşdü.
Azərbaycan məktəbi məzunlarından
isə 1988-ci ilə kimi 96 nəfər akademik və elmlər doktoru, 618 nəfər elmlər namizədi alimlik dərəcəsinə sahib olmuşlar.
Onlardan dünya şöhrəti qazanmış
akademiklər Həsən
Əliyev, Əhliman Əmraslanov, Həsən Əhmədov, Mustafa bəy
Topçubaşov, Heydər
Hüseynov, Hüseyn Əhmədov, Budaq Budaqov, Bəhmən Axundov, Zərifə Budaqova, Afat Qurbanov, Cümşüd Zülfüqarlı, Rafiq Qasımov, Sabir Hacıyev və başqaları Qərbi Azərbaycan məktəblərində
təhsil almışdılar.
Bundan başqa, Azərbaycan məktəblərinin
yetirmələrindən bir
nəfər Sovet İttifaqı Qəhrəmanı,
on səkkiz nəfər
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Sovet
İttifaqı Qəhrəmanı
Xıdır Mustafayev
(Gözəldərə, Pəmbək
mahalı), Sosialist Əməyi Qəhrəmanları
akademik Mustafa bəy Topçubaşov, Abbas Məmmədov, Səkinə
Əliyeva, Şamama Ələkbərova (İrəvan),
Həlimə Abdullayeva,
Əli Kərimov, A.Əliyeva (Oktamberyan), Murad Zeynalov (Krasnoselo), Nəbi Mərdanov (Vardenis), Mərziyə Mustafayeva (Dağ Borçalı), İbrahim Qurbanov (Əzizbəyov), İsrafil
Hüseynov, Firidun Ağayev (Mehri), Musa Bayramov, Məmməd Adıgözəlov, Əli
Hüseynov, Şirvan Cəfərov, Saməddin Şükürov (Qarakilsə)
və başqaları
Qərbi Azərbaycan məktəblərinin məzunlarıdır.
Əgər 1925-ci ildə Sisyan
rayonunun azərbaycanlılar
yaşayan kəndlərində
172 şagird oxuyurdu və bu, böyük
tərəqqi hesab edilirdisə, 80-ci illərdə
həmin rayonun Azərbaycan məktəblərinin
məzunlarından 66 nəfəri
elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsi almışdır.
Təkcə Urud kəndindən
16 alim yetişmişdir.
Bundan başqa, 1980-ci ilə qədər Mehri rayonunun Nüvədi kəndi 20, Basarkeçər rayonunun Böyük Məzrə kəndi 9, Krasnoselo rayonunun Əmrxeyr kəndi 8, Toxluca kəndi 8, İcevan rayonunun Salah kəndi 8, Gorus rayonunu Şurnuxu kəndi 8, Qafan rayonunun Gilətağ kəndi 7 alim yetişdirmişdi.
1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər azərbaycanlılara qarşı açıq mübarizəyə başladılar. İllərdir içlərində saxladıqları nifrəti M.S.Qorbaçovun rəhbərlik etdiyi Sovet Rusiyasının dəstəyi ilə həyata keçirməyə müvəfəq oldulur. Ermənilər azərbaycanlara məxsus kəndlərə basqın edir, evlərə od vururdular. Minlərlə soydaşımız Qərbi Azərbaycanın müxtəlif bölgələrində qətlə yetirildi, var-dövlətləri əllərindən alındı, ayaqyalın, başıaçıq, qarlı-çovğunlu gündə növbəti deportasiyaya uğradılar. 100 minlərlə soydaşımız öz əzəli torpaqlarından qovuldu. Ermənistanda 1988-ci ildən bir nəfər də olsun azərbaycanlı qalmadı. Bununla da kifayətlənməyən ermənilər rus ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdilər. Azərbaycan ərazisinin 20 faizi düşmənlərin əlinə keçdi. Dünyada misli olmayan Xocalı soyqırımını törətmələri, Dağlıq Qarabağda və ona sərhəd Qubadlı, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl rayonlarında minlərlə azərbaycanlıların evlərini talan etmələri, tarixi abidələri, muzeyləri, kitabxanaları, məktəb və səhiyyə müəssisələrini viran qoymaları, minlərlə günahsiz insanı qətlə yetirmələri erməni vəhşiliyinin əyani sübutudur. Ermənistan işğal etdiyi Azərbaycan ərazisini qeyri-şərtsiz azad etməsi barədə BMT-nin 4 qətnaməsi də yerinə yetirilmədi.
Azərbaycana qarşı olan bu haqsızlığa baxmayaraq, 30 il ərzində dövlətimiz bütün istiqamətlərdə inkişaf etdi, iqtisadiyyatını gücləndirdi. Təhsil sahəsində olduğu kimi, digər sahələrdə də dünyada öndə gedən ölkələrdən oldu. Regionda həm iqtisadi, həm siyasi cəhətdən ən güclü dövlətə çevrildi. Torpaqlarının 20 faizinin işğalda olduğunu nəzərə alaraq Azərbaycan öz ordusunu dünya standartlarına uyğun qurmağa başladı.
Gec də olsa haqq-ədalət öz yerini tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 27 sentyabr 2020-ci ildə erməni təxribatının qarşısını alaraq əks-hücuma keçdi və 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Sözsüz ki, işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri uğurla davam etdiriləcək, dünya standartlarına uyğun ali və orta ixtisas məktəbləri açılacaq.
Şəlalə ADIGÖZƏLOVA
Pedaqogika üzrə fəlsəfə
doktoru, Sumqayıt Dövlət Universitetinin baş müəllimi
525-ci qəzet.- 2021.- 20 mart.- S.17.