Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı olub

 

 

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçirilib.

 

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev hər bir xalqın, millətin təşəkkülü prosesində onun folklor nümunələrinin milli sərvət kimi zənginləşdiyini, inkişaf etdiyini söyləyib.

 

Ulu öndər Heydər ƏliyevinAzərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” 7 avqust 2002-ci il tarixli Sərəncamını xatırladan alim bölmənin fəaliyyəti dövründə Naxçıvan bölgəsinin hərtərəfli tədqiqata cəlb olunduğunu mühüm elmi nəticələrin qazanıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, İncəsənət, Dil Ədəbiyyat İnstitutunun aparıcı şöbələrindən olan Folklorşünaslıq şöbəsi ötən dövr ərzində öz elmi istiqaməti üzrə yüksək elmi əhəmiyyəti olan işlər həyata keçirib. Yenicə işıq üzü görən monoqrafiya məhz zənginliyi milli köklərə bağlılığı ilə seçilən Ordubad folklor mühiti ilə bağlı uzunmüddətli tədqiqatların nəticəsidir.

 

Ordubad folklor mühitinin kompleks tədqiqi monoqrafik təqdimatdamövzusunda məruzə edən institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, təqdim edilən monoqrafiya sanballı elmi-tədqiqat işi kimi Ordubad regionunun tarixi, etnoqrafiyası, coğrafi xüsusiyyətləri, təsərrüfat məişət həyatı haqqında dolğun informasiya mənbəyidir. Müəllif əsərdə Ordubad bölgəsinin folklor nümunələrinin toplayıcısı olmaqla yanaşı, həm tədqiqatçılıq bacarığını sərgiləmişdir. Belə ki, kitabda folklor nümunələri həm ümumtürk folkloru kontekstində, həm Azərbaycanın digər regionlarına məxsus örnəklərlə müqayisəli şəkildə öyrənilmişdir.

 

Giriş, dörd fəsil, nəticə ədəbiyyat siyahısından ibarət əsərin hər bir fəslinin mövzunu geniş bənzərsiz şəkildə əhatə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdıran dosent Elxan Məmmədov fəsillərin əhatə etdiyi mövzu elmi istiqamətləri təhlil izah edib.

 

Vurğulanıb ki, 200-ə yaxın Azərbaycan, rus türk dillərində mənbələrə müraciət edən tədqiqatçı Aytən Cəfərova sonda, sözün əsl mənasında, Ordubad folklor mühiti ilə bağlı mükəmməl bir tədqiqat işi ortaya qoymuş, folklorşünaslıq elmi üçün sanballı mənbə ərsəyə gətirmişdir. Yeni monoqrafiya həmçinin Naxçıvanşünaslıq elminin zənginləşdirilməsi üçün əhəmiyyətli əsər sayıla bilər.

 

Sonra bölmənin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva çıxış edərək monoqrafiya ilə bağlı fikirlərini bölüşmüşlər.

 

 525-ci qəzet.- 2021.- 18 mart.- S.9.